Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-516/2024 01.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi rayon məhkəməsinə verdiyi ərizəsində 1935-ci ildə Salyan şəhərində anadan olmuş, anası X1 xx.xx.1993-cü ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, ərizəsində qeyd edilənləri təsdiqləyərək təmin olunması barədə qətnamə çıxarılmasını bir daha xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, mülki iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmədə elan olunmuş Salyan rayon Bələdiyyəsinin sədri S.Cəfərov tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən onun anası X3 1993cü ildə vəfat etmiş, Salyan rayon qəbristanlığında dəfn olunmuşdur. Salyan rayon Salyan RİHB-nın Salyan şəhər İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 yanvar 2024-cü il tarixli 304 №-li arayışdan görünür ki, Ərizəçi həqiqətəndə Salyan şəhəri 20 Yanvar küçəsi ev 243-də yaşayır. Məhkəmədə elan olunmuş Maraqlı şəxs tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli 3-16-5/7-15-M-09/2024 nömrəli məktubdan görünür ki,1935-ci ildə Salyan şəhərində anadan olmuş X1 xx.xx.1993 cü ildə Salyan şəhərində ölməsi faktının qeydə alınması barədə 1993-cü ildən xx.xx.2024-cü il tarixinədək “ Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və 1935-ci il təvəllüdlü X1 ölümü haqqında akt qeydi aşkar edilmədiyindən ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. Bu barədə məhkəmədə iddia qaldırılması tövsiyə edilmişdir. Azərbaycan Respublikası “TƏBİB” X5 “Salyan Rayon Mərkəzi Xəstəxanası” tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli 18-1-68/2-M-17-42-1/2024 saylı məktubdan görünür ki, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X5ində və onun tabeçiliyində olan tibb müəssələrində mərhum X1 ölümü ilə bağlı heç bir hüquqi sənəd aşkar edilməmişdir. Şəxsin ölməsi və öldüyü tarix barədə heç bir tibbi sənəd mövcud deyil. Məhkəmədə elan olunmuş X2 surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Salyan rayonunda anadan olmuşdur. Məhkəmədə elan olunmuş məzar daşının üzərində olan fotoşəkildən görünür ki, X3 1935ci il tarixdə anadan olmuş və 1993-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, mərhum X3 1993-cü ildə vəfat etmiş, mərhum Salyan rayon qəbristanlığında dəfn olunmuş, lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi anasının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin 1935-ci ildə anadan olmuş X1 xx.xx.1993-cü ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-516/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-516/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver