Məhkəmə qərarları › İş №2(057)-568/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-568/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-568/2023 03.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X19 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 1944-cü il təvəllüdlü X5nın xx.xx.1997-ci il tarixdə Salyan rayonunun, Qaraçala qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1944-cü il təvəllüdlü X5 xx.xx.1997-ci ildə yaşadıqları ünvan olan Salyan rayonunun, Qaraçala qəsəbəsində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət edilmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda, ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda X5nın ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X5 xx.xx.1997-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində vəfat etmiş və həmin qəsəbə qəbiristanlığında dəfn olunmuşdu. Ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Eləcə də qəsəbədə yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər anasının ölüm faktını təsdiq edə bilərlər. Həmçinin Qaraçala qəsəbə İƏN-i tərəfindən verilmiş arayışda da anasının xx.xx.1997-ci ildə ölməsi faktı təsdiqlənmişdir. Ərizəçi məhkəmə baxışında ərizə təqdim edərək X5nın xx.xx.1997-ci ildə rəhmətə getdiyi halda səhvən xx.xx.1997-ci il kimi qeyd olunmuşdur. Bu səbəbdən X5nın ölüm tarixinin xx.xx.1997-ci il kimi qeyd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, o, Qaraçala qəsəbəsində 1959-cu ildə anadan olmuşdur, hazırda orada yaşayır. X4 Ərizəçi anası olub. X4 uzun müddət xəstəlikdən əziyyət çəkmişdir. Daha sonra səhhəti pisləşmiş, xx.xx.1997-ci ildə vəfat etmiş və onun iştirakı ilə mərhum qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərmişdir ki, o, Ərizəçi bacısıdır. X4 onun anasıdır. Anasının uzun müddət səhhətində problemləri olmuşdur və o, xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Anası X2 qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişlər. İş materiallarında olan Salyan rayonu İHB-nın Qaraçala qəsəbə İƏD üzrə Nümayəndəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14 1997-ci ildə vəfat etmiş və ölən günədək Salyan rayonunun Qaraçala qəsəbəsində yaşamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş, Salyan rayonu İHB-nın Qaraçala qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq olunmuş Aktdan görünür ki, X14 1944-cü ildə doğulmuş və 1997-ci ildə vəfat etmişdir. Aktın doğrululuğunu Ərizəçi, X9, X10, X11 və X3 öz imzaları ilə təsdiq edirlər. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, 1944-cü il təvəllüdlü X6 xx.xx.1997-ci ildə yaşadığı ünvan olan Salyan rayonunun Qaraçala qəsəbəsində ölməsi faktının qeydə alınması ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, 1997-ci ildən xx.xx.2023-cü il tarixədək "Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş məlumatlar yoxlanılmış və 1944-cü il təvəllüdlü X6 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin ölüm haqında həkim arayışı ilə təsdiq edilməlidir.Qeydiyat şöbəsi ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş məzar daşının üzərində olan fotoşəkildən görünür ki, X14 03 dekabr 1997-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 1944-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş X14 03 dekabr 1997-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində evdə vəfat etmişdir. Mərhum Qaraçala qəsəbəsində qəbiristanlıqda dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi anasının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X6 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X5nın 03 dekabr 1997-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 1944-cü il təvəllüdlü, Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş X6 xx.xx.1997-ci il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin 1944-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş X6 xx.xx.1997-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində ölməsi fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar