Məhkəmə qərarları › İş №2(057)-573/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-573/2023

16.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-573/2023 16.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Quliyeva (Nəcəfova) Sədaqət Teymur qızının, İddiaçının vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Quliyeva (Nəcəfova) Sədaqət Teymur qızının Cavabdeh qarşı “qızıl-zinət əşyalarının cehiz əmlaklarının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı Quliyeva (Nəcəfova) Sədaqət Teymur qızının Cavabdeh qarşı “qızıl-zinət əşyalarının cehiz əmlaklarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evində qalan cehiz əmlak və qızılları olan 1 ədəd taxt, 2 ədəd tumbuçka və geyim dolabı 2400 manat, serevant 200 manat, stol-stul 500 - manat, divankreslo dəsti 1100 - manat, 2 ədəd güzgülü kamot 300 - manat, paltaryuyan maşın “Şivaki” 1100 - manat, televizor “Vesta” altlığı ilə 1200 - manat, soyuducu “Şvaki” 800 manat, elektrik soba evroluks 200 manat, aspiratr 90 manat, elektrik süpürgə eroluks 240 manat, elektrik ətçekən maşın evroluks 200 manat, mətbəx mebeli 2 metrlik 700 manat, tək çarpayı 180 - manat, 3 ədəd xalça 150 -manat, billur rumkalar 90 - manat, billur meyvə qabı və 2 ədəd güldan ilə birlikdə 200 - manat, çaynik, abedni və kafeyni dəstlər 200 manat, qaşıq - çəngəl dəsti 30 - manat, çilçıraq 2 ədəd 100 - manat, gecə lampası 25 manat, salatdoğrayan 15 - manat, 1 ədəd mikser 35 - manat, otaq güldanı içində gülləri 48 - manat, 2 ədəd zibilqabı 11 - manat, 1 ədəd ləyən 5 - manat, 4 ayaq və oxlov 20 - manat, qara çömçə naboru 20 - manat, xrustal stəkan nəlbəkilər 15 - manat, armud stəkan nəlbəki 11 - manat, ədviyyat naboru 20 - manat, qəddan 19 - manat, 3 ədəd çaynik 45manat, çaynik çaşka dəsti 25-manat, 12 ədəd yağ bıçağı 6 - manat, 6 ədəd duzqabı 5manat, 2 ədəd qəndqabı 10 - manat, toyuq doğrayan qayçı 12-manat, qoz sındıran 6manat, asılqan 6-manat, pol silən matorlu 15-manat, kartof səbəti 10 manat, paltar səbəti 6-manat, 2-aş süzən 6-manat, 6 ədəd çay dəsmalı 6-manat, 2 ədəd sini 13-manat, ayaqqabı geyən 4-manat, 2 ədəd salfetka qabı 5-manat, yağ və pendirqabı 4-manat, paltar şotkası 4-manat, şpilka paltar üçün 3 - manat, 1 ədəd vedrə plasmas 3-manat, 2 ədəd dəmir vedrə 10-manat, çörəkqabı 5-manat, çörək saxlayan 15-manat, şampun maçalka dəsti 7-manat, iynə sap 2-manat, plasmas qab ilə aş süzən 4-manat, 2 ədəd çuğun qazan 27-manat, divar saatı 30-manat, güzgü balaca 5-manat, divan üstlüyü 70manat, yay ədyalı 25-manat, 2 ədəd çamadan ədyal 100-manat, 6 ədəd bulud qaşığı 6manat, ütü tefal və altlığı 94-manat, tortqabı dəsti 30-manat, iki tül pərdə və atlas 120manat, tefal çaynik 40-manat, tava alüminum dəst 100-manat, tefal tava tək 65-manat, 1ədəd tava 10-manat, 2 ədəd ləpəqabı 15-manat, 6 ədəd yun nalça 60-manat, 4 ədəd balış qaz tükündən 60-manat, 4 ədəd yorğan 200-manat, 3 ədəd yun döşək atlas üzlü 260-manat, taxt üstlüyü gəlincik 300-manat, 6 ədəd əlüz dəsmalı 36-manat, 4 ədəd hamam dəsmalı 48-manat, 6 ədəd yataq örtüyü dəst 72-manat, masa örtüsü 6-dəst 180manat, 2 ədəd divan üstü balış 10-manat, ümumi qiymət 12450-manat dəyərində. Geyimləri koftalar, yupkalar, pencəylər, kurtkalar, ayaqqabıları, ziyafət geyimləri, çantalar, sapaşkiləri, vinetka, kasmetikaları, kitabları, suvinerləri, şəkilləri hava və ütü saç fenləri, orada qalmışdır. Qızılları: boyunbağı, qolbaq, üzük sırğa dəsti 750-əyyar 34-qram 3400manat, tək üzük alyans 585-əyyar 4-qram 350-manat, bəxt üzüyü briliyant qaşlı 750-əyarlı 4-qram 400-manat, duz ayağına verilmiş qaşlı üzük 585-əyar 5 qram 400-manat ümumi dəyəri 4550 manat. Ərizədə qeyd etdiyi əmlakın özünü və yaxud dəyəri cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 23 iyul 2022-ci il tarixdə el adəti ilə toy edib rasmi ailə qurmuşlar. Ailə qurduqları gündən bütün ailə münasibətlərinə qaynanası müdaxilə etmiş. 2-ay cavabdehin evində gəlin olduğu hər gün mübahisə hər gün təhqir stolun üzərində meyvə qabını sındıraraq onun əlini sınmış şüşəyə basan Qoşqar əlindən axan qandan sanki zövq alırmış. Onun valideyinləri çəkdiyi əziyyəti görsələrdə Qoşqarın müharibədə iştirak etməsinə görə hörmətlə yanaşmışlar anasının qolundan yapışıb sıxaraq əzən Qoşqar onu qorxutduqca ondan uzaq olmağa çalışmış valideyinlərinin gözləri qrşısında valideyinləri onun təhqir olunub döyüldükdən sonra atasının evinə qayıtmış, geri qayıtmaq artıq onun üçün asan olmamışdır. Barəsində xoşa gəlməz şaiyələr yayaraq onu şərləməyə başlayan Qoşqar cehiz əmlakını qızıllarını geyimlərini vermədiyindən bu günə kimi qardaşının jaketlərini geyinir. Qoşqar cehizlərinin götürməsinə imkan verməyərək əvəzində ondan pul istəyir ki, toy edib pul xərcləmiş deyir. Cavabdehin evində qalan cehizlarini və toyuna verdikləri qızıllar onların evində qalıb döyülüb çıxarılmış əyninin bir dəst dəyişiyində götürməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlə 2 ay birlikdə yaşamışlar. Valideyinləri onları qonaq çağırdığı üçün 01 oktyabr 22-ci il tarixdə o, Qoşqar, Qoşqarın xalası və xalasının əri ilə birlikdə getmişlər. Valideyinləri onun bir neçə gün qalmasını istəmişlər, Qoşqar da etiraz etməmişdir. Bir neçə gün qaldıqdan sonra anası ilə birlikdə evə qayıtmaq istəsə də cavabdeh və onun anası buna imkan verməmişdir. Cehiz əşyalarını cavabdeh təhvil verilərkən onun iştirakı olmadığına və əşyaları cavabdeh əvvəlcədən qablaşdırdığı üçün Tefal ütünün altlığı, Termus, 1 ədəd Fincan, yanında oyuncaq ayı, Quran Ayəsinin və mətbəx mebelini və ya onun dəyərinin 1/3 hissəini (2 metr) tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili X5 11 iyun ərizə və akt təqdim edərək iddiaçıya məxsus qızıl-zinət əşyaları istisna olmaqla digər cehiz əmlakları cavabdehin evindən götürdüklərini və cehiz əmlakla bağlı heç bir tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməməklə izahatında bildirmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə iddaçının atası onları evlərinə qonaq çağırmış, o, iddiaçı, xalası və xalasının əri ilə birlikdə qonaq getmişlər. Biz qonaq getdiyimiz üçün İddiaçı qızıl-zinət əşyalarını taxmışdır. 04 oktyabrda o, anası ilə Salyan şəhərində bazarda olduqları vaxtı İddiaçı anası ilə birlikdə evə getmişdir. Evin qapısının açarının biri də iddiaçıda olmuşdur. Onlar evə qayıtdıqdan sonra onların arasında yenə də söz-söhbət olmuş, iddiaçı anası ilə birlikdə evi tərk edərək getmişlər. Evdə olan cehiz əşyalarının hamısını iddiaçı 11 iyun 2023-cü il tarixdə aparmışlar. Qızıl-zinət əşyalarını isə anası evinə gedərkən üzərində taxılı olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan X4 Şəhadətnamənin ksero surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Salyan Rayon Qeydiyyat Şöbəsində 191 nömrəli akt qeydi ilə xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İş materiallarına olan 14 mart 2023-cü il tarixdə Neftçala şəhəri, 20 Yanvar D-1/2 küçəsində yerləşən 49 saylı zərgərlik emalatxanasının zərgər mütəxəsisi X2 tərəfindən Cavabdeh adına verilmiş rəydən görünür ki, təqdim edilmiş fotoşəkillərdəki və video görüntülərdə əks olunan qızılların təxmini qiyməti: dəst (boyunbağı, qolbaq, üzük, sırğa) 585 əyyar, 17.5 qram 1750 manat, üzük tək qaşlı 585 əyyar, 2 qram - 190 manat, nişan üzüyü 583 əyyar, 5 qram - 300 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 11 iyun 2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Cavabdeh, X3 və X1 iştirakı ilə İddiaçı iddia ərizəsində qeyd etdikləri cehiz əmlaklarının qızıl-zinət əşyaları istisna olmaqla cavabdehin evindən götürülmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuş, həmin nikahdan onların uşaqları olmamışdır. Gəlin köçərkən iddiaçı özü ilə cehiz əmlakları aparmış, həmçinin toy zamanı Cavabdeh tərəfindən ona qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı xx.xx.2023-cü il tarixda iddia ərizəsində göstərdiyi əşyaları geri almış lakin, qızılzinət əşyalarının orda qaldığından ona qaytarılmasını istəmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, iddiaçının cehizlərini gəlib aparıdıqlarını,Tefal ütünün altlığını, Termusu, 1 ədəd fincanı cavabdehə istənilən vaxt verə biləcəyini qızılları isə anası evinə gedərkən özü ilə apardığını bildirmişdir. Lakin mətbəx mebelini kredit yolu ilə alındığını kreditini özünün ödədiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş 11 iyun 2023-cü il tarixli aktdan görünür ki, iddiaçı cehiz əşyalarını cavabdehin evindən götürmüşdür. Qızıl-zinət əşyalarına münasibət də qeyd edilməlidir ki, iddiaçı tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehə məxsus yaşayış evində qalmasını qeyd etsə də, məhkəmə bunu inandırıcı qəbul etməməklə qeyd edir ki, iddiaçı özü iddia ərizəsində və məhkəmə iclaslarındakı izahatlarında göstərmişdir ki, ailə qurduqları gündən bütün ailə münasibətlərinə qaynanası müdaxilə etmiş, cavabdehin evində gəlin olduğu hər gün mübahisə olmuş, cavabdeh tərəfindən əli sınmış şüşəyə basmışdır. Belə olan halda iddiaçının valideyinlərinin evinə qonaq gedərkən heç bir qızıl taxmamasını inandırıcı hesab etmir. Mətbəx mebeli müşətərək şəkildə “Nisyə alqı-satqı” müqaviləsinə əsasən alındığı üçün və hazırda da həmin borc tam ödənilmədiyi üçün mətbəx mebelinin 2 metrlik hissəsini cavabdehdən alınaraq ona qaytarılması hissəsində hesab edir ki, həmin əmlaklar birgə nikah dövründə alınmış və iddiaçı yalnız həmin əmlakların birgə nikah dövründə əldə olunması ilə bağlı bölgüsünü tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Tefal” ütünün altlığını, 1 ədəd termus, 1 ədəd fincan və Quran ayələrinin yazılı olduğu kitab İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş tələbin məbləğinə münasibətdə ödənilmiş rüsumun 10 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalanı iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Tefal” ütünün altlığını, 1 ədəd termus, 1 ədəd fincan və Quran ayələrinin yazılı olduğu kitab İddiaçı verilsin. Ödənilmiş rüsumun 10 manatı Cavabdeh alınaraq İddiaçı verilsın. Ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar