Məhkəmə qərarları › İş №2(057)-578/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-578/2023

26.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-578/2023 26.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Yaqub oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə saat 10:00-a təyin edilmişdir. Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizələr təqdim edərək ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1, 114.1.5-ci maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Ərizəçi ərizəsinə əlavə etdiyi 065699 saylı vəsiqədən görünür ki, o, müharibə veteranıdır. Göründüyü kimi, Ərizəçi məhkəməyə verdiyi məlum ərizəyə görə dövlət rüsümu ödəməkdən azad olduğu üçün dövlət rüsumu ödəməmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş, bu səbəbdən də, həmin mülki iş baxılmamış saxlanmalı və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı, ərizəçinin dövlət rüsumunu ödəməkdən azad olunması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi dövlət rüsumunu ödəməkdən azad olunması nəzərə alınsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Salyan rayon məhkəməsinə şikayət vermək olar. Sədrlik edən:Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar