Məhkəmə qərarları › İş №2(057)-579/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-579/2025

14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-579/2025 14.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 mart 1996-cı ildə Salyan rayonunun, Gəncəli kəndində anadan olmuş X2 15 dekabr 1997-ci il tarixdə Salyan rayonu, P.Gəncəli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, P.Gəncəli kəndində yaşayır. 26 mart 1996-cı ildə Salyan rayonunun, Gəncəli kəndində anadan olmuş qızı X7 15 dekabr 1997-ci il tarixdə ölmüşdür. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədiyi üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Beləliklə hazırda qızının ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Qızının ölümünün qeydə alınması miras qalmış torpağın rəsmiləşdirilməsi üçün lazımdır. Bildirir ki, 26 mart 1996-cı ildə Salyan rayonunun, Gəncəli kəndində anadan olmuş qızı X7 15 dekabr 1997-ci il tarixdə Salyan rayonu, P.Gəncəli kəndində vəfat etmiş və Salyan rayonu, P.Gəncəli kənd qəbiristanlığında dəfn olunmuşdur. Kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri qızının ölüm faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 03 mart 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, onun qızı 9 aylığında vəfat etmişdir. Uşağın ölümü qeydə alınmamışdır. Hazırda pay torpaqlarını sənədləşdirmək istəyən zaman problem yaranmışdır. Uşağın xəstəliyini imkanları olmadıqları üçün müalicə etdirə bilməmişlər. Qızı xəstəxanada vəfat etmişdir. Onu ata babasının yanında dəfn etmişlər. Məhkəmənin 03 mart 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, pensiyaçıdır. Ərizəçi onun bacısı oğludur. Ərizəçinin qızı 9 aylığında xəstələndiyi üçün vəfat etmişdir. Xəstəxanada və ya evdə vəfat etməsi yadında deyildir. Uşaq kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmənin 03 mart 2025-ci il tarixli iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, ərizəçi əmisi oğludur. Ərizəçinin 1996-cı ildə qız övladı dünyaya gəlmişdir. Sonra vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 Şəhadətnamədən görünür ki, Ərizəçi ilə X5 arasında nikah 17 noyabr 1992-ci ildə Salyan rayonu Çuxanlı kənd Nümayəndəliyində rəsmiləşdirilmişdir. İş materiallarında olan X3 surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.1996-cı il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Çuxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi M.İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli aktdan görünür ki, mərhum X1 rayon P.Gəncəli kəndində yaşamışdır və xx.xx.1997-ci il tarixində Salyan rayon, P.Gəncəli kəndində vəfat etmiş və Salyan rayon, P.Gəncəli kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 16 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X2 ölümü haqqında akt qeydi 1996-2000-ci illərə aid Maraqlı şəxs və Çuxanlı kənd İcra Nümayəndəliyi üzrə şöbənin arxivində saxlanılan ölüm haqqında akt qeydləri kitabında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan JN-160 KOD 80912018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Ərizəçi, X4, X8, X2 ümumi mülkiyyətlərində olan Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı əsasında Salyan rayonu, Çuxanlı kəndində yerləşən 2.05 ha torpaq sahəsi olmuşdur. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X16 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mərhum qızı Salyan rayonu, P.Gəncəli kəndində yaşamış, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X2 (təvəllüdü-xx.xx.1996) ölümü haqqında Salyan RMX-dan və onun tabeçiliyində olan Səhiyyə müəssisələrindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X7 xx.xx.1996-cı il tarixdə Salyan rayonu, P.Gəncəli kəndində anadan olmuş və xx.xx.1997-ci ildə Salyan rayonu, P.Gəncəli kəndində vəfat etmişdir. Mərhum Salyan rayonu, P.Gəncəli kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi qızının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi qızı X2 xx.xx.1997-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1996-cı il təvəllüdlü, Salyan rayonu, P.Gəncəli kəndində anadan olmuş X2 xx.xx.1997-ci il tarixdə Salyan rayonu, P.Gəncəli kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü, Salyan rayonu, P.Gəncəli kəndində anadan olmuş X2 xx.xx.1997-ci il tarixdə Salyan rayonu, P.Gəncəli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar