Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-656/2025 18.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1nın 03 mart 1973-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X1 03 mart 1973-cü ildə Salyan şəhərində vəfat etmiş və Salyan şəhərində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. X2 ölməsi ilə bağlı ölüm haqqında şəhadətnaməni əldə edə bilmir. Bununla bağlı Salyan Rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Salyan rayonu Qeydiyyat şöbəsi ölüm şəhadətnaməsinin verilməsində imtina edilmiş və qeyd etmişdir, bununla bağlı həkim arayışı yoxdur. Anasının ölüm haqqında şəhadətnaməsinin olmaması bir sıra hüquqlardan o, cümlədən vərəsəlik işinin həyata keçirilməsində çətinliklə üzləşir. Göstərilənlərə əsasən, X1nın 03 mart 1973cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, X1nın 03 mart 1973-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Ərizəçi bacısıdır. X1 xəstəliyi ilə əlaqədar 03 mart 1973-cü il ildə vəfat etmiş və Salyan şəhər qəbirstanlığında basdırılmışdır. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X6 ilə X5 12 sentyabr 1956-cı il tarixdə rəsmi nikaha daxil olmuş, bu barədə 146 №-li akt qeydi tərtib olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli, AZ-İİ № 451658 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1989-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 95 № ilə qeyd aparılmışdır. Maraqlı şəxs tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli, AZ-İİ № 406995 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 171 № ilə qeyd aparılmışdır. Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 28 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, atası X6 xx.xx.1989-cu ildə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri ünvan 1 ünvan olmuş, ölənədək həmin ünvanda ailə üzvləri Ərizəçi, Nağıyeva (Mustafayeva) Şəkər Salam qızı, Tağıyeva (Mustafayeva) Gövhər Salam qızı və Əliyeva (Mustafayeva) Rəna Salam qızı ilə birlikdə yaşamışdır. İşdə olan X3 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 1927-ci ildə anadan olmuş, 03 mart 1973-cü il tarixdə ölmüşdür. Ərizəçi məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X6, “anası qrafasında” anası kimi X5 qeyd edilmişdir. X4 məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X6, “anası qrafasında” anası kimi X5 qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, 03 mart 1973-cü il təvəllüdlü X2 ölümü haqqında akt qeydi 1970-1976-cı illərə aid Maraqlı şəxs üzrə şöbənin arxivində saxlanılan ölüm haqqında akt qeydləri kitabında və "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin X1 03 mart 1973-cü ildə Salyan şəhərində vəfat etmiş və Salyan şəhərində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum X1nın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və 1927-ci il təvəllüdlü X2 03 mart 1973-cü il tarixdə Salyan şəhər qəbirstanlığında ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1927-ci il təvəllüdlü X2 03 mart 1973-cü il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-656/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-656/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver