Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-672/2024 26.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi əsasında qeydə alınmış mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mediator X1 tərəfindən xx.xx.2023-cü ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi təstiq edilməklə 29 oktyabr 2021-ci il təvəllüdlü X2 üçün hər ay 200 manat alimentin Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi barəsində razılığa gəlmişlər. 50 manat mediasiya üçün tərəfindən rüsum ödənilmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə sazişin məhkəmə tərəfindən təstiq edilməsi mütləqdir. Odur ki, mediator X1 tərəfindən təstiq edilmiş xx.xx.2023-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təstiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi tərəflərə göndərilməsinə baxmayaraq, mülki iş Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs israrla nikahın pozulmasını tələb edirlər. Tərəflər xx.xx.2021-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında saxlanılması barəsində və xx.xx.2021-ci il təvəllüdlü X2 üçün alimentin Maraqlı şəxs tərəfindən anası Ərizəçi uşaq 18 yaşına çatanadən hər ayın ilk 10 günlüyündə hər ay 200 manat ödənilməsi barəsində razılığa gəlmişlər. Mediasiya haqqında Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikası MPM 355-23.1-ci maddəsində göstərilir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM 355-23.2-ci maddəsində göstərilir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 anası Ərizəçi yanında saxlanılsın. xx.xx.2021-ci il təvəllüdlü X2 üçün Maraqlı şəxs tərəfindən anası Ərizəçi uşaq 18 yaşına çatanadən hər ayın ilk 10 günlüyündə hər ay 200 manat aliment ödənilsin. Qətnamənin aliment tələbinə dair hissəsi dərhal icra edilsin. Maraqlı şəxs 54 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-672/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-672/2024
26.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver