Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-677/2024 23.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1965-ci ildə anadan olmuş X1nun xx.xx.2012-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 21 yanvar 1965-ci ildə Salyan rayonunda anadan olmuş X1 29 may 2012-ci ildə Salyan şəhərində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hazırda X1nun ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. X1 29 may 2012-ci ildə Salyan şəhərində vəfat etmiş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ərizəyə əlavə etdiyi məzar daşının fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Eləcə də, qonşuluqda yaşayan müavafiq yaş qrupuna mənsub bütün sakinlər qardaşının ölüm faktını təsdiq edə bilərlər. Eyni zamanda, bu ölüm faktı ilə bağlı yuxarıda qeyd etdiyi məlumatlar həm də “Salyan rayon Mərkəzi Xəstəxanası” X15n 25 yanvar 2024-cü il tarixli məlumatında öz təsdiqini tapmışdır. Odur ki, 21 yanvar 1965-ci ildə Salyan rayonunda anadan olmuş X1nun 29 may 2012-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; AZE 03303263 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1965ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. xx.xx.1962-ci il tarixli, A3 159564 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1962-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydələri kitabında 395 nömrə ilə qeydə alınmışdır. X2, anası X7r. Maraqlı şəxsndən verilmiş 3-16-5/7-15-Z-11/2-024 saylı, xx.xx.2024-cü tarixli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X3 ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-68/3-34/2024 saylı məktubdan görünür ki, Salyan şəhər Feyruz Məlikov küçəsində yaşayan, 1965-ci il təvəllüdlü X5 üçün xx.xx.2012-ci il tarixdə, saat 21:30 radələrində TTYSə çağırış gəlmiş və TTYS briqadası tərəfindən çağırış yerinə yetirilmişdir. Təcili yardıma qədər xəstə - X5 vəfat etmişdir. X3 ölümü ilə əlaqədar təsdiqedici hüquqi sənədin əldə edilməsi ilə bağlı Salyan rayon “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15nə və ya Salyan Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. X3 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs xx.xx.1965-ci ildə anadan olmuş, 2012-cı il tarixdə ölmüşdür. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçinin ərizəsinə əlavə etdiyi sənədlərin bir çoxunun tələbin mahiyyəti ilə bağlılığı yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X1 xx.xx.2012-cı il tarixdə Salyan şəhərində ölmüş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum X1nın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.2012-ci il tarixdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.2012-ci il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-677/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-677/2024
23.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver