Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-681/2025 17.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 dekabr 1964-cü ildə Salyan şəhərində anadan olmuş qardaşı Ərizəçi 27 yanvar 1965-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. 5 qardaş, 1 bacı olmuşlar. X5 və X2 birgə nikalarından doğulmuşlar. 16 dekabr 1964-cü ildə Salyan şəhərində anadan olmuş qardaşı Ərizəçi 27 yanvar 1965-ci ildə Salyan şəhərində vəfat etmişdir. Daha sonra xx xxxxxx 1967-ci ildə özü doğulmuşdur. Atası və anası ona ölən qardaşının adını vermişlər. 27 yanvar 1965-ci ildə Salyan şəhərində vəfat etmiş qardaşı Ərizəçi ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda babasının ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirilməsinə maneələr yaradır. Qardaşının ölümünün qeydə alınması miras qalmış torpağın rəsmiləşdirilməsi üçün lazımdır. 16 dekabr 1964-cü ildə Salyan şəhərində anadan olmuş qardaşı Ərizəçi 27 yanvar 1965-ci il tarixdə Salyan şəhərində vəfat etmiş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Göstərilənlərə əsasən, 16 dekabr 1964-cü ildə Salyan şəhərində anadan olmuş qardaşım Ərizəçi 27 yanvar 1965-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, qardaşı Eldar körpə ikən vəfat etmiş, daha sonra vəfat etmiş həmin qardaşının adını ona qoymuşdurlar. Qardaşı 16 dekabr 1964-cü ildə Salyan şəhərində anadan olmuş, 27 yanvar 1965-ci ildə Salyan şəhərində ölmüşdür. Odur ki, həmin hüquqi faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 16 dekabr 1964-cü ildə Salyan şəhərində anadan olmuş Ərizəçi ölümü haqqında şəhadətnamə verilməsi barədə müraciətə baxılmış, 1964-1968-ci illərə aid Maraqlı şəxs üzrə şöbənin arxivində saxlanılan ölüm haqqında akt qeydləri kitabında və "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış, lakin xx.xx.1964-cü il təvəllüdlü Ərizəçi ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X4 arasındakı nikah 11 noyabr 1959-cu il tarixdə Salyan rayonu BBAQ bürosunda 190 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Maraqlı şəxs rəisi R.Hüseynov tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə doğulmuşdur. X1, anası X3r. Maraqlı şəxs rəisi R.Hüseynov tərəfindən məhkəmənin 21 fevral 2025-ci il tarixli sorğusuna cavab olaraq verilmiş Ərizəçi məxsus olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamənin “atası qrafasında” atası kimi X5, “anası qrafasında” anası kimi X4 qeyd edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 noyabr 2000-ci il tarixdə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 sentyabr 2022-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi Ağayev X6 şəhəri, Kür küçəsi ev 16 ünvanında yaşayır. 5 qardaş, 1 bacı olmuşlar. X5 və X2 birgə nikalarından doğulmuşlar. 16 dekabr 1964-cü ildə Salyan şəhərində anadan olmuş qardaşı Ərizəçi 27 yanvar 1965-ci ildə Salyan şəhərində vəfat etmişdir. Daha sonra xx xxxxxx 1967-ci ildə özü doğulmuşdur. Atası və anası ona ölən qardaşının adını vermişlər. 27 yanvar 1965-ci ildə Salyan şəhərində vəfat etmiş qardaşı Ərizəçi ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Ərizəçi mərhum qardaşının ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və 16 dekabr 1964-cü ildə Salyan şəhərində anadan olmuş qardaşı Ərizəçi 27 yanvar 1965-ci ildə Salyan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 16 dekabr 1964-cü il təvəllüdlü Ərizəçi 27 yanvar 1965-ci ildə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-681/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-681/2025
17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver