Məhkəmə qərarları › İş №2(057)-710/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-710/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-710/2025 17.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 1931-ci il təvəllüdlü atası X5 xx.xx.1994-cü ildə Salyan rayonunun Xalac kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 1931-ci il təvəllüdlü atası X7 xx.xx.1994cü ildə Salyan rayonunun Xalac kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda, ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Beləliklə, hazırda atası X5 ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bildirir ki, atası X7 xx.xx.1994-cü ildə Salyan rayonunun Xalac kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər atası X5 ölüm faktını təsdiq edə bilərlər. Eyni zamanda bu ölüm faktı ilə bağlı yuxarıda qeyd edtdiyi məlumatlar həm də Salyan rayon Xalac kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş sənəddə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Xalac kənd sakinidir. Ərizəçi onun xalası oğludur. X16 32 yaşında cavan oğlu vəfat etdiyiyindən, bu hal atasına pis təsir etdiyi üçün iki il xəstə yaşadı. Nadir Əsgərovun dəfnində iştirak etmişdir. Bir müddət sonra salasıda vəfat etmişdir. Xalası ilə yoldaşı Nadir qəbiristanlıqda yanaşı dəfn olunublar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Nadir Əsgərov onun bibisinin əridir. O, vəfat etmişdir. Dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “TƏBİB” X21 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X18 Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayon Xalac kəndində anadan olmuş, 1931-cü il təvəllüdlü X5 ölümü haqqında “Salyan Rayon Mərkəzi Xəstəxanası” X21i və onun tabeçiliyində olan səhiyyə müəsissələri tərəfindən “Ölüm haqqında şəhadətnamə” təqdim edilməmiş və həmin şəxsin vəfat etməsini təsdiq edən hüquqi sənəd mövcud deyildir. X20 Şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki,1991-1997-ci illərə dair Maraqlı şəxs və Xalac İcra Nümayəndəliyi üzrə şöbənin arxivində saxlanılan vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış, lakin 1931-ci il təvəllüdlü X5 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Bununla əlaqədar həmin təlimatın 9.5-ci bəndinə əsasən ərizəniz icra olunmasından ötrü Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə göndərilmiş və həmin qurumun cavab məktubunda, X5 ölümü haqqında akt qeydinin 1991-1997-ci illərə dair Maraqlı şəxs, Xalac İcra Nümayəndəliyi üzrə xidmətin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadığı bildirilmişdir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan Xalac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən tərtib olunmuş 12 fevral 2024-cü il tarixli aktdan görünür ki, X7 26 may 1994-cü il tarixdə Salyan rayonu Xalac kəndində vəfat etmişdir. Mərhum X1 qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan 2 ədəd məzar daşının fotoşəkillərindən görünür ki, X8 xx.xx.1931-ci ildə anadan olmuş, xx.xx.1994-cü ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X9 14 aprel 2025-ci il tarixli arxiv arayışından görünür ki, Şirvan filialında mühafizə olunan Əli Bayramlı şəhər Qeydiyyat şöbəsinin 1931-1934-cü ilə aid qeydiyyat kitabında X2nun 1931-ci ildə anadan olması ilə bağlı qeydiyyat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası X15 filialının 01 aprel 2025-ci il tarixli məktubundan görünür ki, X15 filialında mühafizə olunan Maraqlı şəxs arxiv sənədləri, o cümlədən 1931-ci ilə aid doğum aktı qeydləri araşdırılmış, lakin X5 1931-ci ildə doğum tarixi aşkar olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X7 xx.xx.1931-ci il tarixdə Salyan şəhərində anadan olmuş və xx.xx.1994-cü ildə Salyan rayonu, Xalac kəndində vəfat etmişdir. Mərhum Salyan rayonu, Xalac kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi atasının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi atası X5 xx.xx.1994-cü il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1931-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş X5 xx.xx.1994-cü il tarixdə Salyan rayonu, Xalac kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1931-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş X5 xx.xx.1994-cü il tarixdə Salyan rayonu, Xalac kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar