Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-762/2023 05.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X20 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) qarşı “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1981-ci il təvəllüdlü X9 xx.xx.1998-ci ildə Salyan rayonunun, Seyidsadıqlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1981-ci ildə Salyan rayonunun, Seyidsadıqlı kəndində anadan olmuş oğlu X16 xx.xx.1998-ci ildə Salyan rayonunun, Seyidsadıqlı kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət edilmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda, ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda Mahir adlı oğlunun vəfat etməsi, lakin onun ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Mərhum oğlu X16 xx.xx.1998-ci ildə vəfat etmiş və Seyidsadıqlı kənd qəbiristanlığında dəfn edilmişdir. Ərizəsinə əlavə etdiyi məzar daşının fotoşəkilləri bu faktı bir daha təsdiqləyir. Eləcə də kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri oğlunun ölüm faktını təsdiq edə bilərlər. Həmçinin Salyan rayon Sarvan kənd İƏN-i tərəfindən verilmiş arayışda da oğlunun xx.xx.1998-ci ildə ölməsi faktı təsdiqlənmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirmişdir ki, mərhum Mahir Ərizəçi oğludur. O, 1998-ci ildə təxminən 16 yaşında özü-özünə qəsd etmişdir. Mərhum yoldaşının qardaşı oğludur. Onun dəfnində iştirak etmişdir. Mahir Seyidsadıqlı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məmmədov Bayram Babaş oğlu bildirmişdir ki, X5nun qonşusudur. Mahir özü-özünə qəsd etmişdir. O xəstə idi. Mahir Salyan rayonu, Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunmuş və həmin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 135 nömrəli arayışdan görünür ki, X16 xx.xx.1998-ci il tarixində Salyan rayonu, Seyidsadıqlı kəndində vəfat etmiş, Seyidsadıqlı kənd qəbiristanlığında basdırılmışdır. İş materiallarında olan 14 mart 2023-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X9 xx.xx.1998-ci ildə yaşadığı ünvan olan Salyan rayonunun, Seyidsadıqlı kəndində ölməsi faktının qeydə alınması barədə müraciətə Maraqlı şəxsndə baxılmış, iddia edilən ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi əlavə edilməməsi, eyni zamanda verilən məlumatda və Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubunda, həmin orqan tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi və ölümün qeydiyyatının aparılmadığı müəyyən olunmuşdur. Görülmüş tədbirlər üzrə "Vətəndaşlıq vəziyyəti aktları” X2 Sisteminə xx.xx.2023-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.1981-ci il təvəllüdlü X9 ölümü haqqında akt qeydi aşkar edilməmiş və iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunaraq, ərizəçiyə oğlunun ölməsi faktının müəyyən edilməsindən ötrü məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmuş məzar daşının üzərində olan fotoşəkildən görünür ki, X16 17 sentyabr 1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-159 KOD 80909028 olan torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X14, X6, X11, X12, X15 və X8 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 09 saylı qərarı əsasında Salyan rayonu, Seyidsadıqlı kəndində yerləşən 3.87 ha torpaq sahəsi vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 1982-ci ildə Salyan rayonu, Seyidsadıqlı kəndində doğulmuş X16 17 sentyabr 1998-ci ildə Salyan rayonu, Seyidsadıqlı kəndində olan evdə vəfat etmişdir. Mərhum X1 qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi oğlunun ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X9 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi mərhum oğlu X9 xx.xx.1998-ci il tarixdə Salyan rayonu, Seyidsadıqlı kəndində ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin və hal şahidlərinin izahatları və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə 1982-ci il təvəllüdlü, Salyan rayonu, Seyidsadıqlı kəndində doğulmuş X9 xx.xx.1998-ci il tarixdə Salyan rayonunun Seyidsadıqlı kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin xx.xx.1982-ci il tarixdə Salyan rayonu, Seyidsadıqlı kəndində doğulmuş X9 xx.xx.1998-ci il tarixdə Salyan rayonu, Seyidsadıqlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-762/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-762/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver