Məhkəmə qərarları › İş №2(057)-799/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-799/2023

14.04.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-799/2023 14.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 31 yanvar 2023-cü il tarixli, MŞS/MT 023/2023-00094 saylı “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ona 7800 manat borcu vardır. İşlə əlaqədar Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2023-cü il tarixdə mediator Namik Hüseynovun, onun və borclu Maraqlı şəxs razılaşmasına əsasən xx.xx.2023-cü il tarixli, MŞS/MT 023/2023-00094 saylı “Barışıq Sazişi” tərtib edilmişdir. Barışıq sazişinə əsasən, borclu Maraqlı şəxs ona olan 7800 manat borcunu 2023-cü ilin fevral ayından başlayaraq borcu tam bağlayanadək hər ayın 20-si 300 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Borclu Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, MŞS/MT 023/2023- 00094 saylı “Barışıq Sazişi” ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, ona hər ayın 20-sinədək ödəyəcəyi məbləği ödəməkdən yayınmışdır. İşlə əlaqədar Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş və Hacıqabul Rayon Məhkəməsinin 2(071)-357/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Mülki Prosesual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilməsini nəzərə alaraq, ərazi aidiyyəti üzrə Salyan rayon Məhkəməsinə müraciət etməli olduğunu Hacıqabul Rayon Məhkəməsinin sədri, cənab Zaur Hüseynov ona bildirmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2(071)-357/2023-cü il saylı Hacıqabul Rayon Məhkəməsinin qərardadından görünür ki, Ərizəçi “Barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan MŞS/MT 023/2023-00094 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs Ərizəçi 7800 manat olan borcunu 2023-cü ilin fevral ayından başlayaraq borcu tam bağlayanadək hər ayın 20-si 300 manat ödəməyi öz öhdəliyinə götürmüş, Ərizəçi Maraqlı şəxs ona olan 7800 manat borcu 2023-cü ilin fevral ayından başlayaraq borcu tam bağlayanadək hər ayın 20-si 300 manat ödəməsi ilə razılaşmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 31 yanvar 2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs Ərizəçi 7800 manat olan borcunu 2023-cü ilin fevral ayından başlayaraq borcu tam bağlayanadək hər ayın 20-si 300 manat ödəməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 31 yanvar 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 7800 manat olan borcunu 2023-cü ilin fevral ayından başlayaraq borcu tam bağlayanadək hər ayın 20-si 300 manat ödəməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26 maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə müvafiq olaraq, Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə qeyd edir ki, mülki işin materiallarından müəyyən edilir ki, sözügedən 31 yanvar 2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 023/2023-00094 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, maraqlı şəxs 7800 manat olan borcunu 2023-cü ilin fevral ayından başlayaraq borcu tam bağlayanadək hər ayın 20-si 300 manat olmaqla Ərizəçi xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 023/2023- 00094 saylı xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 7800 manat olan borcu 2023-cü ilin fevral ayından başlayaraq borcu tam bağlayanadək hər ayın 20-si 300 manat olmaqla Ərizəçi xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar