Məhkəmə qərarları › İş №2(057)-812/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-812/2025

14.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-812/2025 14.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 yanvar 1989-cu ildə Salyan rayonu Şəkərli kəndində anadan olmuş qardaşı X2 20 dekabr 1989-cu ildə Salyan rayonunun, Şəkərli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 21 yanvar 1989-cu ildə Salyan rayonu Şəkərli kəndində anadan olmuş qardaşı X3 20 dekabr 1989-cu ildə Salyan rayonunun, Şəkərli kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədiyi üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəfimizdən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Beləliklə hazırda qardaşının ölümü barədə lazımi sənədin olmaması və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Qardaşının ölümünün qeydə alınması miras qalmış torpağın rəsmiləşdirilməsi üçün lazımdır. Göstərilənlərə əsasən, 21 yanvar 1989-cu ildə Salyan rayonu Şəkərli kəndində anadan olmuş qardaşım X2 20 dekabr 1989-cu ildə Salyan rayonunun, Şəkərli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 21 yanvar 1989-cu ildə Salyan rayonu Şəkərli kəndində anadan olmuş qardaşı X2 20 dekabr 1989-cu ildə Salyan rayonunun, Şəkərli kəndində ölməsi faktının müəyyən müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən verilmiş 22 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1989-cü il təvəllüdlü X2 ölümü haqqında akt qeydi 1989-1992-ci illərə aid Maraqlı şəxs və Yenikənd kənd icra nümayəndəliyi üzrə şöbənin arxivində və "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmadığı qeyd olunmuşdur. Salyan rayon Yenikənd kənd İƏN-yi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli aktdan görünür ki, xx.xx.1989-cü ildə Salyan rayonunun Şəkərli kəndində anadan olmuş X3 xx.xx.1989-cu ildə Salyan rayonunun Şəkərli kəndində vəfat etmişdir. Mərhum yaxın qohumlarının iştirakı ilə Salyan rayonu Qardili kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli doğumu haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.1989-cü ildə Salyan rayonu Şikarlı kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı X3 21 yanvar 1989-cu ildə Salyan rayonu Şikarlı kəndində anadan olmuşdur. 21 yanvar 1989-cu il tarixdə anadan olmuş X1 rayonu Şəkərli kəndində ölmüş və Salyan rayon Qardili kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qardaşı X2 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və 21 yanvar 1989-cu il təvəllüdlü X2 20 dekabr 1989-cu il tarixdə Salyan rayonu Şəkərli kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 21 yanvar 1989-cu il təvəllüdlü X2 20 dekabr 1989-cu ildə Salyan rayonu Şəkərli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar