Məhkəmə qərarları › İş №2(057)-832/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-832/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-832/2024 21.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, X2 Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1 rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1936-cı il təvəllüdlü əri X3 xx.xx.1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 1936-cı il təvəllüdlü əri X7 xx.xx.1980-ci ildə Salyan rayonunun Xalac kəndində vəfat etmiş və bundan sonra o, başqa şəxslə nikaha daxil olmuşdur. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədiyi üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəfindən aidiyyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda, ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunaraq, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Beləliklə, hazırda əri X3 ölümü barədə lazımi sənədin olmaması həmin nikah dövründə əldə etdiyi daşınmaz əmlak üzərində sərəncam vermək və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bildirmişdir ki, əri X7 xx.xx.1980-ci ildə Salyan rayonunun Xalac kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdu. Kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər əri X3 ölüm faktını təsdiq edə bilərlər. Eyni zamanda, bu ölüm faktı ilə bağlı yuxarıda qeyd etdiyi məlumatlar həm də imzaların həqiqiliyi Salyan rayon Xalac kənd İƏN-i tərəfindən təsdiq edilmiş aktda öz təsdiqini tapmışdır. Göstərilənlər əsasən 1936-cı il təvəllüdlü əri X7 xx.xx.1980-ci ildə Salyan rayonunun Xalac kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən ərizəçi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, X7 ilə 70-ci ildən qonşu olmuşlar. Təxminən 30 yaşı olanda Əfsərağa Səfərov onun qucağında xələstəlikdən vəfat etmişdir. Xalacda dəfn edilmişdir. X19muşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, X7 onun qonşusu olmuşdur. Əfsərağa öləndə onun 8-9 yaşı olardı. Onu Salyan rayon, Xalac qəbirstanlığında dəfn etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında bildirmişdir ki, X7 onlarla uzun müddət qonşu olmuşdur. Əfsərağa öləndə onun 12-15 yaşı olardı. Uzun müddət idi ki, ürəyindən xəstə idi. Onu Salyan rayon, Xalac qəbirstanlığında dəfn etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, X7 ilə uşaqlıqdan qonşu olmuşlar. Səfərov Əfsərağa vəfat edən zaman o, 5-ci sinifdə oxuyardı. Onu Salyan rayon, Xalac qəbirstanlığında dəfn etmişdirlər. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İ-İE 094093 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 arasında 15 avqust 1958-ci il tarixdə Əlibayramlı rayon Xalac kənd sovetində 22 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Səfərov”, arvada isə “Səfərova” soyadı verilmişdir. Maraqlı şəxsndən verilmiş 3-16-5/7-15-S-22/2024 saylı, xx.xx.2024-cü tarixli məktubdan görünür ki, 1936-cı il təvəllüdlü X3 ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. X3 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 1932-ci il təvəllüdlü olmaqla, xx.xx.1980-ci il tarixdə ölmüşdür. 24 fevral 2024-cü il tarixdə Salyan rayonu, Xalac kəndində tərtib olunmuş aktdan görünür ki, Xalac kənd sakinləri X16, X11, X20, X8 və X9 iştirakları ilə X3 05 iyul 1980-ci il tarixdə Salyan rayonunun Xalac kənd qəbirstanlığında dəfn edilməsi barədə akt tərtib olunmuşdur. Vətəndaşların imzalarının həqiqiliyi Salyan Rayon İcra Hakimiyyəti Başçısının Xalac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi S.Qarayev tərəfindən təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi X2 əri X7 xx.xx.1980-ci il tarixdə Salyan şəhərində ölmüş və Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi X5 mərhum əri X4 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 1932-ci il təvəllüdlü X3 xx.xx.1980-ci il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1932-ci il təvəllüdlü X3 xx.xx.1980-ci il tarixdə Salyan rayonu, Xalac kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar