Məhkəmə qərarları › İş №2(057)-853/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-853/2023

11.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-853/2023 11.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X27 qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Salyan rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi barədə” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1994-cü ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş qızı - X14 1994-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ailə üzvlərilə birgə mülkiyyətində olan Neftçala rayonu, Aşağı Surra kəndində yerləşən 5,25 hektar torpaq sahəsi vardır. Həmin torpağa dair JN-0019 nömrəli KOD 80700038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı mövcuddur. O da, həmin torpaq sahəsi üçün çıxarış almaq istəyir. Dövlət aktında mərhum atası X3, mərhum anası X4, mərhum oğlu X15, mərhum qızı X14, arvadı X10, oğlu X19 və onun adları göstərildiyi üçün çıxarış ala bilmir. X8, X16, X24 və X25 vəfat etmişdir, X8, X16 və X15 X7 vardır. Lakin xx.xx.1994-cü il tarixdə X25 doğulduqdan az bir müddət sonra vəfat etmişdir. X35 Şəhadətnamə ala bilməmişdirlər. Həmin vaxt o, Qarabağda müharibədə olmuş və yaxınlar, qonşular uşağı dəfn etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala X1 X5madığı üçün çıxarış verilməsi mümkün deyildir. Neftçala rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, X14 ölümü qeydiyyata alınmadığından ölüm haqqında hər hansı sənəd alınması mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli məktubla məhkəmə qaydasında ölüm faktının təsdiq edilməli olduğu bildirildi. Aktda adı olan X25 onun qızıdır. X14 X6madığından sənədləşmə aparıla bilmir. X25 1994-cü ildə vəfat edib, Neftçala rayonu, Aşağı Surra kəndində dəfn edilmişdir və vəfat etdiyini təsdiq edən şahidləri - kənd sakinləri X17 və X20 da var. xx.xx.1994-cü ildə anadan olmuş qızı X14 1994-cü ildə ölməsi faktının müəyyən edilməsi baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Salyan rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və etibarnamə üzrə nümayəndə və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid qismində dindirilən X17 ifadəsində göstərmişdir ki, X18 zamanı Ərizəçi döyüşlərdə olub. O vaxt atası X2 olub, torpaq islahatı aparılan zaman atası uşağın ölməsi barədə dövlət orqanlarına məlumat vermədiyi üçün uşağın adı torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilmişdir. Uşaq doğulandan xəstə olmuşdur. Adı Aynur olaraq qeyd olunmuşdur. O, kənd qəbiristanlığında dəfn edilmişdir. Baş daşı qoyulmamışdır, sadəcə ağac qoyulmuş və qəbirin yeri qalıb. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilən X20 ifadəsində göstərmişdir ki, Ərizəçi onun dayısıdır. O vaxtı ilə Salyan şəhərində yaşamışdır. İlqarın qızı Aynurun xəstə olduğunu eşidib, ailə üzvləri ilə Aynura baş çəkmək üçün gedib. Qayıdandan bir neçə gün sonra uşağın vəfat etdiyi xəbərini eşidib. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Neftçala rayonu İcra Hakimiyyəti başçısının Aşağı Surra kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Salyan Rayon Vəkil Bürosunun sorğusuna ünvanladığı cavab məktubunda Ərizəçi və onun ailə üzvlərinin Neftçala rayonu, Aşağı Surra kəndindən xx.xx.2009-cu il tarixdən daimi pasport qeydiyyatından çıxması, qeydiyyatda olduğu müddətdə Aşağı Surra kənd İƏDN-də 2006- 2010-cu illəri əhatə edən 09 saylı təsərrüfatbaşına uçot kitabının 41-ci səhifəsində 796 saylı şəxsi hesab nömrəsi üzrə onun ailə üzvləri ilə birlikdə 3.28 ha pay torpaq sahəsi qeydə alınması, sözügedən təsərrüfatbaşına uçot kitabının təsərrüfat üzvlərinin siyahısı bölməsində vətəndaş Ərizəçi ailə üzvləri sırasında X22, X26 və X24 adında ailə üzvləri qeyd olunması, xx.xx.1994-cü il təvəllüdlü qızı X25 barədə heç bir məlumatın aşkar olunmaması qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 176 nömrəli Neftçala rayonu, Aşağı Surra kənd bələdiyyəsinin Ərizəçi ərizəsi əsasında ona ünvanladığı məktubda, onun ərizəsinin Aşağı Surra bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 09 saylı iclasında müzakirə olunduğu, bələdiyyənin xx.xx.1994-cü il təvəllüdlü X21 vəfatından sonra verilmiş pay torpağına qarşı heç bir iddialarının və tələblərinin olmadığını və gələcəkdə də, olmayacağını bildirmişdirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, qızı X25 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyət aktları üzrə yoxlama aparılmış X14 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmaqdıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir.Qeydiyat şöbəsi ölüm faktının müəyyən edilməsi məsələsi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.1994-cü ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş X14 Neftçala rayonu, Aşağı Surra kəndində olan evdə vəfat etmişdir. Mərhum kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi qızının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin X9 alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, xx.xx.1994-cü ildə anadan olmuş X14 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi qızı X14 1994-cü il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də, təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1994-cü il təvəllüdlü, Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş X14 1994-cü il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin xx.xx.1994-cü ildə anadan olmuş X14 1994-cü ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar