Məhkəmə qərarları › İş №2(057)-860/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-860/2024

27.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-860/2024 27.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi əsasında qeydə alınmış mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mediator X5 tərəfindən xx.xx.2023-cü ildə özünün Maraqlı şəxs arasında barışıq sazişi təstiq edilməklə öhdəlik kimi qəbul edilmiş şərtlər aşağıdakı kimidir.

1. Nikahın pozulmasına Ərizəçi və Maraqlı şəxs razıdırlar və nikahın pozulmasında israrlıdırlar.

2. Ərizəçi və Maraqlı şəxs aliment tələbi barəsində razılığa gəldilər. xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X2 üçün hər ay hər uşağa 100 manat olmaqla, ümumi olaraq 300 manat alimenti ataları Maraqlı şəxs tərəfindən anaları Ərizəçi ödənilməsi razılığına gəldilər. Alimentin ödənilməsi 2023-cü ilin avqust ayından başlanılacaqdır. Aliment hər ayın son 10 günlüyündə ödəniləcəkdir.

3. Ərizəçi məxsus cehiz əmlakları Maraqlı şəxs və Ərizəçi birgə razılaşdırılmış tarixdə qaytarılmasına hər iki tərəf təminat verir. Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə sazişin məhkəmə tərəfindən təstiq edilməsi mütləqdir. Odur ki, mediator X5 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə qeyd edilənləri təsdiqləyərək bildirmişdir ki, barışıq sazişinin əşyalara və nikaha dair hissədə qətnamə çıxarılmasını istəmir,yalnız alimentə dair hissədə təsdiq olunmasını xahiş edir.Əri barışıq sazişindən sonra 4 ay ərzində aliment ödəmiş, lakin sonradan alimet verməkdən imtina etmişdir.Odur ki, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi Maraqlı şəxs göndərilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə hesab edir ki, ərizə qismən təmin edilməlidir.Belə ki, məhkəmə başıxı zamanı aydın olmuşdur ki, tərəflər arasında barışıq sazişi bağlanmış,lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək həmin şərtləri qanunda qyed edilən müddət ərzində icra etməmişdir.Ona görə Ərizəçi haqlı olaraq ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etsədə xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü bəndinə əsasən Ərizəçi məxsus cehiz əmlakları Maraqlı şəxs və Ərizəçi birgə razılaşdırılmış tarixdə qaytarılmasına hər iki tərəf təminat vermələri qeyd olunmuşdur. Lakin Ərizəçi sazişdə və ya ərizədə özünə məxsus cehiz əmlakların siyahısını (adları, dəyəri, çeşidi) qeyd edməmişdir. Göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixli barışıq sazişinin cehiz əmlaklarla bağlı hissədə təmin edilməməlidir. Eyni zamanda sazişin “nikahın pozulmasına Ərizəçi və Maraqlı şəxs razıdırlar və nikahın pozulmasında israrlıdırlar” hissəsində tərəflər nikahın pozulması barədə razılığa gəlsələr belə sazişin həmin hissədə təsdiq olunması qanunvericiliyin tələbinə ziddir.Həmçinin tərəflər arasında nikahın bağlanması tarixi və nömrəsi barədə razılığa gəlməmişlər.Ona görə də məhkəmə sazişin həmin hissədə təsdiq olunmamasını daha əsaslı hesab edir. Mediasiya haqqında Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikası MPM 355-23.1-ci maddəsində göstərilir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM 355-23.2-ci maddəsində göstərilir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi alimentə dair hissədə təsdiq edilsin. xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat məbləğində aliment ataları Maraqlı şəxs alınaraq anaları Ərizəçi ödənilsin. Alimentin tutulmasının əvvəli hər ayın son 10 günlüyündə ödənilməklə 2023-cü ilin avqust ayından hesablansın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs 56 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar