Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-878/2025 24.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi vəkil Hənifəli Elman Tahir oğlunun iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi nümayəndəsi vəkil Nümayəndə “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 22 mart 1981-ci il tarixdə Salyan şəhərində anadan olmuş X5nın 13 dekabr 1981-ci ildə Salyan şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxx 1985-ci ildə Salyan rayonunda anadan olmuş, atası X24 27 iyul 1977-ci ildə Salyan rayonunda anadan olmuşdur. X1 ilə 08 fevral 2003-cü il tarixdə faktiki nikaha daxil olmuşlar. Onların faktiki nikahlarından xx.xx.1981-ci il təvəllüdlü X25 adlı bir övladları anadan olmuşdur. X31 üçün X17 alınmışdır. Bacısı vəfat etdiyində onun X6 ala bilməmişlər. X5 10 ay yaşamış, 13 dekabr 1981-ci ildə Salyan şəhərində ölməsi faktını şahidlər təsdiq edə bilərlər. X8 alınması üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Maraqlı şəxs özünün imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Atası X3 xx.xx.2024-cü ildə vəfat etmiş, ondan Seriya RX ******* saylı qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Salyan şəhəri, X.R.Ulutürk küçəsi, bina 30, mənzil 52-də yerləşən miras əmlak qalmışdır. Həmin miras əmlak üzrə vərəsəlik işi açılması üçün notariat ofisində vərəsəlik şəhadətnaməsi alınan zaman müəyyən edilmişdir ki, mərhum ilə X2 birgə nikahından xx.xx.1981-ci il təvəllüdlü X25 adlı uşaqları anadan olmuşdur. Uşaq 10 ay sonra vəfat etmişdir. Uzun müddət keçdiyinə görə də, həmin uşağın ölümünün qeydiyyata alınması da mümkün olmur. X3 ilə X2 birgə nikahından anadan olmuş xx.xx.1981-ci il təvəllüdlü X25 uşağın doğumu barədə arayışın təqdim edilməsi və həmin uşağın ölümünü qeydiyyata alınıb-alınmaması haqqında müvafiq arayışın təsdiq edilmiş surətinin verilməsinə və bunun icra edilməsi mümkün olmadığı halda sorğunun müvafiq qaydada cavablandırılmasını Salyan RMX PHŞ istənilmiş həmin sorğuya cavab verilməmişdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Salyan RMX PHŞ tərəfindən də uşağın ölümü barədə tibbi şəhadətnamə təqdim oluna bilməmişdir. Beləliklə, hazırda X5nın ölümü barədə lazımi sənədin olmaması ona, ailələrinin digər üzvlərinə vərəsəlik münasibətlərində qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bildirir ki, X4 şəhərində vəfat etmiş və Salyan şəhərində olan qəbiristanlıqda dəfn olunmuşdur. Qonşuluqlarında yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər X18 ölüm faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi vəkil Nümayəndə ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizəçinin bacısı Lumu doğumundan qısa müddət sonra vəfat etmiş, lakin ölümü qeydə alınmamışdır. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, ərizəçi onun qayını qızıdır. Lamiyənin üç bacısı bir qardaşı olmuşdur. Bacılardan biri Lumu 10 aylıq olduğu vaxtı diş çıxaran zaman yüksək hərarəti olduğu üçün onu həkimə aparmaq istəmişlər, yolda Lumu onun qucağında vəfat etdiyi üçün yoldan evə qayıtmışlar. Uşağı Salyan şəhər qəbirsanlığında babasının yanında dəfin etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, ərizəçi onun əmisi qızıdır. Lamiyənin bacısı 10 aylıq olardı yüksək hərarət səbəbindən vəfat etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X25 xx.xx.1981-ci ildə Salyan şəhərində doğulmuşdur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X11 mülkiyyətindədir. İş materiallarında olan X9 görünür ki, X20 xx.xx.2024-cü ildə Bakı şəhəri, Xətai rayonunda ölmüşdür. İş materiallarında olan X13 Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X12 arasında nikah 29 noyabr 1975-ci ildə Salyan rayon VVAQ Şöbəsində bağlanmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ № seriyalı, 561080 nömrəli X7 notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X21 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, həmin tarixdən X13 akt qeydləri kitabında 191 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mənəfova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X18 ölümü haqqında akt qeydi -1981-1985-ci illərə aid Maraqlı şəxs üzrə şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X25 xx.xx.1981-ci il tarixdə Salyan şəhərində anadan olmuş və xx.xx.1981-ci ildə Salyan şəhərində vəfat etmişdir. Mərhum Salyan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi bacısının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin X8 alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X18 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi X18 xx.xx.1981-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1981-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş X18 xx.xx.1981-ci il tarixdə Salyan şəhərində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş X18 xx.xx.1981-ci il tarixdə Salyan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-878/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-878/2025
24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver