Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-880/2025 11.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə Salyan şəhərində anadan olmuş qızı X10 17 avqust 2015ci ildə Salyan rayonu, Qırxçıraq qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1988-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuşdur. X3 ilə 15 aprel 2015-ci il tarixdə faktiki nikaha daxil olmuşlar. Onların faktiki nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X12 adlı bir övladları anadan olmuşdur. X33 üçün tibb müəssisəsindən doğum haqqında şəhadətnamə almışlar. Qızının anası X15 ilə birgə nikahları hal-hazıra kimi davam edir. Qızı vəfat etdiyində onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. X34 iki ay yaşamış, 17 avqust 2015-ci ildə Salyan rayonunda yaşadıqları Qırxçıraq qəsəbəsində ölməsi faktını şahidlər təsdiq edə bilər. Ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etməli olmuşdur. Maraqlı tərəf olan Maraqlı şəxs özünün imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Yaşadığı ərazi üzrə Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən ailə tərkibi haqqında arayış alınaraq iş yeri üzrə verilən zaman xx.xx.2015-ci il təvəllüdlü X12 adlı bir övladları olduğu müəyyən edildiyindən bu arayışı əldə etməsi mümkün deyil və buna görə də, vəfat etmiş uşağa ölüm haqqında şəhadətnaməni əldə etməkdir. Arayış onun iş yeri üzrə tələb edilir. Ailə tərkibi hazırda 3 uşaqdan (Xəlilli Nuray, Xəlilli Əli, Xəlilli Sadiq) və arvadı (X15) ibarətdir. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Salyan RMX PHŞ tərəfindən də uşağın ölümü barədə tibbi şəhadətnamə təqdim oluna bilməmişdir. Beləliklə, hazırda qızı X10 ölümü barədə lazımi sənədin olmaması ona, ailələrinin digər üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bildirir ki, X2 rayonu ərazisində yerləşən Qırxçıraq qəsəbəsində vəfat etmiş və Qarabağlı kəndində olan qəbiristanlıqda baba X16 və nənəsi X6 yanında dəfn olunmuşdur. Qonşuluqlarında yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər X10 ölüm faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qızı xx.xx.2015-ci ildə anadan olmuş, xx.xx.2015-ci il tarixdə yaşadıqları evdə ölmüşdür. Onun ölümü qeydə alınmamışdır. Uşaq Qarabağlı qəbiristanlığında dəfn olunmuşdur. Uşağın ürəyində parok olmuşdur. Həmin diaqnozu “X28”ndə həkim təyin etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, nəvəsi X12 06 iyun 2017-ci ildə doğulmuş, 2 ay sonra vəfat etmişdir. Uşaq xəstə idi. Temperaturu olurdu. Xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, ərizəçinin dayısı arvadıdır. Ərizəçinin 4 övladı olmuş, lakin 1 övladı X12 2017-ci ildə vəfat etmişdir. Bakıya aparmamışlar. X21 dünyaya gəlmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 görünür ki, Ərizəçi ilə X17 arasında nikah 12 aprel 2015-ci ildə Salyan rayon Qarabağlı kənd İnzibati Ərazi Nümayəndəliyində bağlanmışdır. İş materiallarında olan X5 notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X18, xx.xx.2018-ci il təvəllüdlü X23 və xx.xx.2024-cü il təvəllüdlü X19 doğulmuşdur. İş materiallarında olan 31 yanvar 2025-ci il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.2015-ci il təvəllüdlü X10 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən iddia etdikləri ölüm faktının qeydə alınmasından imtina olunur. Əlavə olaraq bildirmişlər ki, müraciətə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət etmək, eyni zamanda iddia etdiyi ölümün qeyd edilmə faktının müəyyən olunması üçün məhkəmədə iddia qaldırmaq hüququ vardır. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X32 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Salyan şəhərində xx.xx.2015-ci il tarixdə doğulan X12, avqust 2015-ci ildə vəfat etmişdir. X10 ölümü haqqında Salyan RMX-dan və onun tabeçiliyində olan Səhiyyə müəssisələrindən “Ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. İş materiallarına əlavə edilmiş K.Y.Fərəcova adına X1 Epikrizindən görünür ki, X11 Aqonal vəziyyət, anadangəlmə ürək qüsuru, Bronxpnevmaniya, kəskin tənəffüs-ürək çatışmamazlığı, anemiya dianqozu qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X12 xx.xx.2015-ci il tarixdə Salyan şəhərində anadan olmuş və xx.xx.2015-ci ildə Salyan rayonu, Qırxçıraq qəsəbəsində vəfat etmişdir. Mərhum Salyan rayonu, Qarabağlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi qızının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X10 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi qızı X10 xx.xx.2015-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. MPM-in 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. MPM-in 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.2015-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş X10 xx.xx.2015-ci il tarixdə Salyan rayonu, Qırxçıraq qəsəbəsində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş X10 xx.xx.2015-ci il tarixdə Salyan rayonu, Qırxçıraq qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-880/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-880/2025
11.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver