Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-891/2025 05.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 1965-ci ildə Salyan şəhərində anadan olmuş qardaşı X5 17 iyul 1989-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 01 sentyabr 1965-ci ildə Salyan şəhərində anadan olmuş qardaşı X8 17 iyul 1989-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədiyi üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəfimizdən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Beləliklə hazırda qardaşının ölümü barədə lazımi sənədin olmaması və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Qardaşının ölümünün qeydə alınması miras qalmış evin rəsmiləşdirilməsi üçün lazımdır. Göstərilənlərə əsasən, 01 sentyabr 1965-ci ildə Salyan şəhərində anadan olmuş qardaşı X5 17 iyul 1989-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 01 sentyabr 1965-ci ildə Salyan şəhərində anadan olmuş qardaşı X5 17 iyul 1989-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının müəyyən müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 bildirmişdir ki, Eltonun atası Sabir ilə onun əmisi dost olmuşlar. Elşən 1989-cu ilin yay aylarında Bakı şəhərində avtoqəza nəticəsində rəhmətə getmişdir. Dəfndə iştirak etməmiş, lakin yas məclisində iştirak etmişdir. Məhkəmə ərizəçini dinləyib, işə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 25 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, 01 sentyabr 1965-ci ildə Salyan şəhərində anadan olmuş qardaşı X5 1989-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının qeydə alınması barədə müraciətinə Maraqlı şəxsndə baxılmış və müəyyən olunmuşdur ki, müraciətdə iddia etdiyi ölüm faktını təsdiq edən həkim şəhadətnaməsi əlavə edilməmiş, eyni zamanda verdiyi məlumatda, ölüm haqqında tibbi şəhadətnamənin verilmədiyi və ölümün qeydiyyatının aparılmadığı bildirilmişdir. Görülmüş tədbirlər üzrə 1989-ci ildən xx.xx.2023-ci il tarixədək "Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş məlumatlar öyrənilmiş və xx.xx.1965-ci il təvəllüdlü X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. X5 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs xx.xx.1989-cu ildə vəfat etmişdir. 396409 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə anadan olmuşdur. X3, anası X2r. Maraqlı şəxs tərəfindən verilmiş 12 may 2025-ci il tarixli doğumu haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X8 01 sentyabr 1965-ci ildə Salyan şəhərində anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qardaşı X8 01 sentyabr 1965-ci ildə Salyan şəhərində anadan olmuş və 17 iyul 1989-cu ildə Bakı şəhərində vəfat etmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum qardaşı X5 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslı olduğundan təmin edilməli və 01 sentyabr 1965-ci il təvəllüdlü X5 17 iyul 1989-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01 sentyabr 1965-ci il təvəllüdlü X5 17 iyul 1989-cu ildə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-891/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-891/2025
05.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver