Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-903/2024 29.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1969-cu ildə Salyan rayonunun P.Xalac kəndində anadan olmuş X3nın 1995-ci ildə Salyan rayonu P.Xalac kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu ildə Salyan rayonunun P.Xalac kəndində anadan olmuş X3 1995-ci ildə Salyan rayonunun P.Xalac kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda, ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. Beləliklə, hazırda X3nın ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bacısı X2 rayonu, P.Xalac kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdu. Kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün sakinlər X3nın ölüm faktını təsdiq edə bilərlər. Eyni zamanda bu ölüm faktı ilə bağlı yuxarıda qeyd etdiyi məlumatlar həm də Salyan rayon P.Xalac kənd İƏN-i tərəfindən verilmiş sənəddə öz təsdiqini tapmışdır. Göstərilənlər əsasən xx.xx.1969-cu ildə Salyan rayonu, P.Xalac kəndində anadan olmuş X3nın 1995-ci ildə Salyan rayonu P.Xalac kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 1994-cü ildə qardaşı şəhid olmuşdur. Bacısı hadisədən təsirlənib özünü Kürə atmışdır. Parça Xalac kənd qəbirstanlığında dəfn olunmuşdur. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, Ərizəçi onun əmisi oğludur. 1994-cü il ildə qardaşı vəfat etmişdir. Bu hadisəyə X3 dözməyib özünü Kürə atmışdır. Parça Xalac kənd qəbirstanlığında basdırılmışdır və o da dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, Ərizəçi onun əmisi oğludur. Qardaşı şəhid olandan sonra X8 vəfat etmişdir. Həmin vaxt o işdə olmuşdur. Bu hadisə barədə qohumlarından xəbər almışdır. Parça Xalac kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfndə özü də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, Ərizəçi onun qonşusudur. X4 boğulmuşdur. Parça Xalac kənd qəbirstanlığında dəfn edilmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İş materialına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli məktubdan görünür ki, 1969-cu ildən xx.xx.2024-ci il tarixədək "Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və xx.xx.1969-cu il təvəllüdlü X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. 29 mart 2024-cü il tarixdə Salyan rayonu, Parça Xələc kəndində tərtib olunmuş aktdan görünür ki, Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X17, Parça Xələc kənd sakini mərhumənin qardaşı Ərizəçi, Parça Xələc kənd sakini X11, Parça Xələc kənd sakini X15, X7 iştirakları ilə X5 xx.xx.1995-ci il tarixdə Salyan rayonu, Parça Xələc kənd qəbirstanlığında dəfn edilməsi barədə akt tərtib olunmuşdur. Vətəndaşların imzalarının həqiqiliyi Salyan rayonu, Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi R.Abıyev tərəfindən təsdiq edilmişdir Vİİİ-JQ 277943 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. X1r. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1969-cu il tarixdə Salyan rayonunda anadan olmuşdur. X1r. X5 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 1975-ci il təvəllüdlü olmaqla, 1995-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X3 1995-ci ildə Salyan rayonu P.Xalac kəndində ölmüş və Salyan rayonu, Parça Xalac kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum X3nın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və xx.xx.1969-cu il təvəllüdlü X5 1995-ci il tarixdə Salyan rayonu, Parça Xalac kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X5 1995-ci il tarixdə Salyan rayonu, Parça Xalac kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-903/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-903/2024
29.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver