Məhkəmə qərarları › İş №2(057)-918/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-918/2024

04.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-918/2024 04.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 13 mart 1995-ci ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş qızı X2 01 yanvar 2000-ci ildə Salyan rayonunun Xalac kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 13 mart 1995-ci ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş qızı X5 01 yanvar 2000-ci ildə Salyan rayonunun Xalac kəndində vəfat etmişdir. Lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Hazırda bu məsələ ilə bağlı əlaqədar qurumlara müraciət etmiş, lakin Maraqlı şəxs tərəfindən verilmiş rəsmi cavabda ölüm faktının qeydə alınmasından imtina olunaraq buna əsas kimi ölüm haqqında tibbi şəhadətnamənin olmaması əsas göstərilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Beləliklə hazırda qızı X2 ölümü barədə lazımi sənədin olmaması ona və digər ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı və digər məsələlərdə qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bildirir ki, qızı X5 01 yanvar 2000-ci ildə Salyan rayonunun Xalac kəndində vəfat etmiş və Xalac kənd qəbristanlığında dəfn olunmuşdur. Kəndlərində yaşayan müvafiq yaş qrupuna mənsub bütün həmkəndliləri qızı Gülnarənin ölüm faktını təsdiq edə bilər. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, məhkəmənin icraatında olan 2(057)-918/2024 saylı mülki iş üzrə ərizəçi tərəfdir. Ərizəsində qızı X2 vəfat tarixini 01 yanvar 2000-ci il olaraq qeyd etmiş, lakin həmin tarix 02 aprel 2000-ci il olmalıdır. Bu texniki səhvin nəzərə alınaraq qızı X2 vəfat tarixinin 02 aprel 2000-ci il olaraq qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Nərminə həyat yoldaşıdır. Birgə nikahlarından 3 uşaqları olmuşdur. Qızı Gülnarə 1995-ci ildə anadan olmuş, 2000-ci ilin aprel ayının 15-i vəfat etmişdir. Qızı Salyan rayonu, Xalac kənd qəbiristanlığında dəfn olunmuşdur. Ona məxsus pay torpaq sahəsində mərhum qızının adı da qeyd olunmuşdur. X21 Şəhadətnamə almamışdır. Hazırda torpaq sahəsini sənədləşdirmək istəyir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında ərizəçi bildirmişdir ki, qızı X5 02 aprel 2000-ci ildə vəfat etmiş, lakin həmin vaxt ölümün qeydiyyatı üçün sənədləşmə işlərinin aparılmalı olduğunu bilmədikləri üçün tibbi şəhadətnamə alınması və ölümün qeydiyyatı ilə bağlı məsələlər üzrə tərəflərindən aidiyəti orqanlara müraciət olunmamışdır. Ailə üzvləri və həmkəndliləri qızının ölümü barədə şahidlik edə bilərlər. Qızının ölümü barədə sənədin olmaması ona və ailə üzvlərinə ailə təsərrüfatı ilə bağlı məsələlərdə maneələr yaradır. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında ərizəçinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, 15 gün ərzində 3 dəfə əməliyyat olunmuşdur. Yaddaşı zəifdir. Qızı Gülnarə 02 aprel 2000-ci ildə vəfat etmişdir. Qızına qəbirdaşı qoyulmamışdır. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşı qızı xx.xx.1995-ci ildə anadan olmuş, 5 il sonra vəfat etmişdir. Hansı ayda vəfat etdiyini dəqiq xatırlamasa da, kənd qəbirstanlığında dəfin etmişlər. Qardaşının 3-cü uşağıdır. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, ərizəçi onun qudasıdır. Qızı onun gəlinidir. 10 ildir ki, qohumdurlar. Gülnarə 1995-ci ildə anadan olmuşdur. Uşaq 2 ilə yaxın müalicə olunsa da sağalmamışdır. Həmin məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, ərizəçinin yoldaşı onun bacısıdır. Bacısı qızının xəstəliyi qızılcadan sonra başlamışdır. Bacısının 3 uşağı olmuşdur. Vəfat edən 3-cü övladıdır. Gülnarə gecə radələrində vəfat etmiş və kənd qəbirsanlığında dəfin etmişlər. Həmin vaxt imkanları olmadığı üçün başdaşı qoya bilməmişlər. Məhkəmə ərizəçini izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.1995-ci ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1995-ci il tarixli kitabın 38 səhifəsində qeydiyyat aparılmışdır. İş materiallarında olan Xalac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 40 nömrəli arayışın ksero surətindən görünür ki, Ərizəçi qızı X5 vəfat etməsinə baxmayaraq, ona ölüm haqqında şəhadətnamə alınmamışdır. İş materiallarında olan JN-168 KOD 80911018 torpağa mülkiyyət hüququna dair dövlət aktının ksero surətindən görünür ki, Ərizəçi, X3, X9, X12, X2 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 31 mart 1998-ci il tarixli, 04 saylı qərarı əsasında Salyan rayonu, Xalac kəndində yerləşən 1.68 ha torpaq sahəsi olmuşdur. İş materiallarına əlavə edilmiş X10 Şəhadətnamənin ksero surətindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah 08 iyun 1991-ci il tarixdə Salyan rayon Xalac kənd Sovetliyində bağlanmış və nikah 27 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan müəyyən olunur ki, 2000-ci ildən xx.xx.2024-cü il tarixədək "Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1995-ci il təvəllüdlü X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən, iddia edilən ölüm faktının qeydə alınmasından imtina olunaraq, məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X5 xx.xx.1995-ci il tarixdə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş və xx.xx.2000-ci ildə Salyan rayonu, Xalac kəndində vəfat etmişdir. Mərhum Salyan rayonu, Xalac kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Lakin onun ölüm faktı qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmamışdır. Ərizəçi qızının ölümünün qeyd edilməsi haqqında sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ölüm haqqında şəhadətnamənin alınmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, Ərizəçi qızı X2 xx.xx.2000-ci il tarixdə ölməsini təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə onun ölməsi ərizəçinin izahatı və digər materiallar ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır və buna görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməklə xx.xx.1995-ci il təvəllüdlü, Salyan rayonu, Yenikənd kəndində doğulmuş X2 xx.xx.2000-ci il tarixdə Salyan rayonu, Xalac kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü, Salyan rayonu, Yenikənd kəndində doğulmuş X2 xx.xx.2000-ci il tarixdə Salyan rayonu, Xalac kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar