Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-919/2024 09.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X6 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediator X6 tərəfindən xx.xx.2023-cü ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi təsdiq etməklə 04 iyun 2020-ci il təvəllüdlü X8 üçün hər ay 170 manat aliment Maraqlı şəxs tərəfindən ona ödənilməsi, hər həftə şənbə və bazar günləri olmaqla səhər saat 11:00-dan axşam saat 17:00-a qədər ünsiyyətdə olmaq hüququ öhdəsinə götürməsinə razılığa gəlmişlər. 100 manat mediasiya üçün tərəfindən rüsum ödənilmişdir. Maraqlı şəxs 04 ay aliment pulunu ödəmişdir. Lakin son 2 aydır ki, alimenti ödəmir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindəki öhdəlikləri könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə saziş məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, maraqlı şəxs hər ay aliment ödəyəcəyini bildirsə də, lakin ödəmir. Uşağı ondan tələb edir. Uşaq ondan ayrı qalmır. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında maraqlı şəxs iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X4 ksero surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Salyan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş X10 Haqqında Şəhadətnamənin ksero surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2020-ci ildə Ərizəçi doğulmuş X5 atası hesab edilmişdir. Bu barədə X10 haqqında akt qeydləri kitabında 2020-ci ilin iyul ayının 06 günündə 58 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs övladları xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 170 manat aliment ödəməsinə razıdır. X3 onun himayəsində olduğu müddət ərzində atası Maraqlı şəxs ilə hər həftə 1 dəfə şənbə və bazar günləri olmaqla səhər saat 11:00-dan axşam saat 17:00-a qədər ünsiyyətdə ola bilər. Bunun üçün şərait yaradacağını öhdəsinə götürmüşdür. Ödənilən alimentin 01 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ayın 1-dən ödənilməsinə razıdır. Başqa heç bir tələbi, iddiası yoxdur. Maraqlı şəxs Ərizəçi övladları xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 170 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. X2 Ərizəçi himayəsində olduğu müddət ərzində hər həftə 1 dəfə şənbə və bazar günləri olmaqla səhər saat 11:00-dan axşam saat 17:00-a qədər ünsiyyətdə olmağa razıdır. Alimentin ödənişini 01 oktyabr 2023-cü il tarixdə başlamaqla hər ayın 1-dən ödəməyi öhdəsinə götürmüşdür. Alimenti Ərizəçi bank hesabına ödəyəcəyini öhdəsinə götürmüşdür. Ərizəçi heç bir iddiası və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 170 manat alimenti 01 oktyabr 2023-cü il tarixdə başlamaqla hər ayın 1-dən ödəməyi və X5 Ərizəçi himayəsində olduğu müddət ərzində hər həftə 1 dəfə şənbə və bazar günləri olmaqla səhər saat 11:00-dan axşam saat 17:00-a qədər ünsiyyətdə olması barədə razılıq əldə edilmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişini məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin materiallarından müəyyən edilir ki, sözü gedən xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 170 manat alimenti 01 oktyabr 2023-cü il tarixdə başlamaqla hər ayın 1-dən ödəməyi və X5 Ərizəçi himayəsində olduğu müddət ərzində hər həftə 1 dəfə şənbə və ya bazar günləri olmaqla səhər saat 11:00-dan axşam saat 17:00-a qədər ünsiyyətdə olması hissələrində təsdiq edilməsi nəticəsinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi - aşağıdakı şərtlərlə təsdiq edilsin: xx.xx.2020-ci il təvəllüdlü X8 üçün hər ay 170 manat aliment atası Maraqlı şəxs tutularaq anası Ərizəçi ödənilsin. Alimentin tutulması vaxtı xx.xx.2023-cü il tarixdən hesablansın. X5 Ərizəçi himayəsində olduğu müddət ərzində hər həftə 1 dəfə şənbə və ya bazar günləri olmaqla səhər saat 11:00-dan axşam saat 17:00-a qədər ünsiyyətdə olsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-919/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-919/2024
09.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver