Məhkəmə qərarları › İş №2(057)-927/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-927/2024

05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-927/2024 05.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1911-ci ildə Rusiya Federasiyasının Tatarıstan MRdə anadan olmuş nənəsi X5 xx.xx.1998-ci ildə Salyan rayonu, Kürsəngi kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 1960-cı ildə Salyan rayonunda anadan olmaqla hazırda Salyan rayonu, Kürsəngi kəndində yaşayır. Evlidir 3 övladı var. “İnfarkt” xəstəsi olduğundan artıq 2017-ci ildən əlilliklə bağlı dövlətdən pensiya alır. Hazırda 1-ci qrup əlil kimi qeydiyyatdadır. X2 anasının mərhum anasıdır, yəni onun doğma nənəsidir. Nənəsi Nadejda 1911-ci ildə Rusiya Federasiyasının Tatarıstan MR-da anadan olmuş və sonrada 1960-cı illərdə Azərbaycana gələrək Salyan rayonu, Kürsəngi kəndində yaşamışdır. X21 rayonu, Kürsəngi kəndində yaşadığı müddətdə heç vaxt ailə qurmamış və burada övladı olmamışdır. X22 rayonu, Kürsəngi kəndinə gələndən sonra onun babası Qüdrətlə ailə qurmuşdur. Yalnız onun RF-da dünyaya gəlmiş qızı Gülüstanla onun atası Məhəmməd ilə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə babası X23 Vətən müharibəsində itkin düşmüşdür. Nadejda isə Salyan rayonu, Kürsəngi kəndində yaşamış və 17 iyul 1998-ci ildə vəfat etmişdir. Nadejda Salyan rayonu, Kürsəngi kənd qəbrəstanlığında dəfn olunmuş və hazırda da onun məzarı həmin yerdədir. Anası, yəni Nadejdanın qızı Gülüstan da Salyan rayonu, Kürsəngi kəndində yaşamış və 30 mart 2020ci ildə vəfat etmişdir. Onun ailə üzvləri ilə birlikdə öz adlarına pay torpaq sahələri və həyətyanı torpaq sahələri var. Pay torpaq sahələri rəsmiləşdirilsə də həyətyanı torpaq sahələrini rəsmiləşdirmək və oğlunun adına olan VÖEN-i dəyişdirmək istədikdə nənəsi Nadejdanın ölümü haqqında Şəhadətnaməni tələb edirlər. Lakin Nadejdanın ölüm haqqında şəhadətnaməsi heç vaxt olmamışdır. Nadejdanın adı və soyadı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə də qeyd edilmişdir. Həmin sənədlərin yenisi ilə əvəz olunması və dəyişikliyin edilməsi məqsədilə nənəsi Nadejdanın ölüm haqqında şəhdətnaməsinin alınması zərurəti yaranmışdır. Vaxtı ilə səhlənkarlıq üzündən həmin şəhadətnamə alınmamışdır. Mərhum nənəsi X5 ölüm qeyd edilmə faktının təsdiq olunması və şəhadətnamənin verilməsindən ötəri X13 müraciət etmişdir. QŞ-i 02 aprel 2024-cü ildə rəsmi məktubla cavab verərək bildirmişlər ki, əvvəllər onun doğumu və ölümü barədə Şəhadətnaməsi olmadığından ölüm haqqında Şəhadətnamənin verilməsi yalnız məhkəmənin səlahiyyəti daxilindədir. Həqiqətən də nənəsinin məzarı Salyan rayonu, Kürsəngi kənd qəbrəstanlığında durur və onun kiçik baş daşında yalnız adının və soyadının baş hərfləri qeyd edilmişcir(M..N).Kəndlərində yaşayan qohumları və qonşuları bu faktı təsdiq edə bilərlər. Odur ki, nənəsi,1911-ci ildə anadan olmuş, Salyan rayonu, Kürsəngi kəndində yaşamış və Salyan rayonu, Kürsəngi kənd qəbrəstanlığında dəfn edilmiş X5 xx.xx.1998-ci ildə ölməsi faktının müəyyən olunması və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin Maraqlı şəxs üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən, işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, X2 həmkəndlisi və qonşusu olmuşdur. O, kənddə qəbirqazan olmuşdur. Nadejdanın qəbrini də o qazmışdır. Nadejda öləndə onun təxminən 30 yaşı olardı. O, Salyan rayon Kürsəngi kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, X2 əmisi qızının yoldaşı olmuşdur. Nadejda öləndə onun təxminən 25-26 yaşı olardı. O, Salyan rayon Kürsəngi kənd qəbirstanlığında dəfn edilmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 473429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə anadan olmuşdur. X1, anası X3r. 152061 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X4 arasında xx.xx.1969-cu il tarixdə nikah bağlanmışdır. Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı ildə Salyan rayonu, Qaraçala qəsəbəsində doğulmuş Ərizəçi Salyan rayonu, Kürsəngi qəsəbəsində qeydiyyatdadır. 433001 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1987-ci ildə anadan olmuşdur. Atası Ərizəçi, anası Qəribova Sevdadır. 011146 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə ölmüşdür. Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi nənəsi 1911-ci il təvəllüdlü X12 Kürsəngi kəndində yaşamışdır. xx.xx.1998-ci ildə Salyan rayon, Kürsəngi kəndində vəfat etmişdir. Mərhumə Kürsəngi kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü tarixli məktubdan görünür ki, 1911-ci il təvəllüdlü X5 ölüm faktının qeydə alınmasından imtina olunmuşdur. Bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət edə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi nənəsi X12 xx.xx.1998-ci il tarixdə Salyan rayonu, Kürsəngi kəndində ölmüş və Kürsəngi kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum nənəsi X5 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmə ərizəçinin ərizədə göstərdiyi tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 6.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüq müəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Həmin qərarın 6.2-ci bəndinə əsasən, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü bəndinə əsasən, hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də, sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından da göründüyü kimi, şəhadətnamənin verilməsi öhdəliyinin aidiyyəti orqanların üzərinə bir vəzifə kimi qoyulması məhkəmənin səlahiyyətlərinə aid olmadığından məhkəmə tərəfindən hər hansı orqanın üzərinə vəzifə qoyulması yolverilməzdir. Buna görə də, ərizəçinin tələbinin bu hissəsi əsassız olduğu üçün yol verilməzdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi qismən təmin edilməli və 1911-ci il təvəllüdlü Rusiya Federasiyasının Tatarıstan MR-də olmuş X5 xx.xx.1998-ci il tarixdə Salyan rayonu, Kürsəngi kəndində ölməsi faktı müəyyən olunmalıdır. Ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. 1911-ci il təvəllüdlü Rusiya Federasiyasının Tatarıstan MR-də olmuş X5 xx.xx.1998ci il tarixdə Salyan rayonu, Kürsəngi kəndində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsinə elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar