Məhkəmə qərarları › İş №2(058)-1065/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1065/2025

28.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1065/2025 28.11.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 xx.xx.1998-ci ildə Samux rayonu, Tatlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X10 xx.xx.1998-ci il də vəfat etmişdir, lakin o anasının vəfat etməsinə dair ölüm haqqında şəhadətnamə almamışdır, bu səbəbdən də sənədləşmə prosesinin aparılmasında çətinlik çəkir. Belə ki, Samux Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə anasının adına olan 0.48 ha torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir, lakin anasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün sənədləşdirmə prosesini apara bilmir. Ona görə də ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, anası X10 xx.xx.1998-ci il də Samux rayonu, Tatlı kəndində yaşadıqları evdə, qocalıq və xəstəlik səbəbilə ölmüşdür, lakin vaxtında ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda anasının ölüm faktının müəyyən edilməsi ona anasından qalmış miras əmlakın qəbulu məsələsi ilə əlaqədar lazımdır. Məhkəməyə təqdim etdiyi məzar daşının şəklindən və məhkəmə iclasına dəvət etdiyi şahidlərin ifadələrindən onun ərizəsində göstərdiyi xüsusatların doğruluğu təsdiq olunur. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, Ərizəçi onun həyat yoldaşıdır. X1 isə onun qaynanası olub. Qaynanası 23 fevral 1998-ci il tarixində Samux rayonun Tatlı kəndində ev şəraitində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. X10 isə Mehdinin anası, həmçinin onun qonşusu olmuşdur. Röyzə Qasımova 1998-ci ildə Samux rayonun Tatlı kəndində evdə ölmüşdür. R.Qasımovanın dəfn və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 və X7 şahid X2 ifadəsində göstərdiyi xüsusatlara uyğun və eyni məzmunda ifadə verdilər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, X3 23 fevral 1998-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon İcra Hakimiyyəti Başçısının Zazalı Kənd İnzibati Ərazi X4 tərəfindən verilən arayışın surətindən görünür ki, X10 xx.xx.1998-ci ildə ölmüş və Gəncə şəhər İmamzadə kompleksinin ərazisində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş AP № 468508 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1948-ci il tarixdə doğulmuş Ərizəçi atası X8, anası X9r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X10 ərizəçinin anasıdır və o, 23 fevral 1998-ci il tarixdə Samux rayonu Tatlı kəndində ölmüşdür. Bu fakt şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. R.Qasımovanın ölməsi haqqında tibbi sənəd olmadığından ölüm haqqında akt qeydinin müvafiq orqanda qeyddiyyatının aparılması mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, sözügedən faktın təsdiqi ərizəçiyə anası R.Qasımovadan qalan miras əmlakın qəbulu məsələsi ilə əlaqədar lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X3 23 fevral 1998-ci il tarixdə Samux rayonu, Tatlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305- 311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. X3 23 fevral 1998-ci il tarixdə Samux rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar