Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1208/2023 25.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında 12 aprel 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin birgə nigahlarından doğulmuş uşaqların onun yanında qalması və alimentə dair hissəsinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs 10 sentyabr 2016-cı ildə doğulmuş X8, 04 fevral 2019-cu ildə doğulmuş X10 və 12 oktyabr 2021-ci ildə doğulmuş X4 ərizəçinin yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Samux 1 saylı Mediasiya Təşkilatı tərəfindən müəyyən olunmuş hər ay hər uşağa görə 50 (əlli) manat alimentin ödənilməsi barədə bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Samux 1 saylı Mediasiya Təşkilatının 12 aprel 2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X8, xx.xx.2019-cu il tarixdə doğulmuş X10 və xx.xx.2021-ci il tarixdə doğulmuş X4 anaları Ərizəçi yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutulması barədə tərəflər razılığa gəlmişlər. Hazırda o, həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Odur ki, mediasiya prosesi zamanı bağlanılmış barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2023-cü il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, AZ-İİİ seriyalı 832956 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 sentyabr 2016-cı ildə doğulmuşdur, onun atası Maraqlı şəxs, anası isə X2r. İş materiallarına əlavə edilmiş, AZ-İV seriyalı 253058 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 fevral 2019-ci ildə doğulmuşdur. Onun atası Maraqlı şəxs, anası isə X2r. İş materiallarına əlavə edilmiş, AZ-İV seriyalı 660317 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 oktyabr 2021-ci ildə doğulmuşdur. Onun atası Maraqlı şəxs, anası isə X2r. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-655/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh X1 arasında xx.xx.2013-cü il tarixdə Göygöl rayonu UHB-nın Dozular kənd İƏD nümayəndəliyində 02 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan X5 və Maraqlı şəxs oğlu arasında 12 aprel 2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından 10 sentyabr 2016-cı ildə doğulmuş X8, 04 fevral 2019-ci ildə doğulmuş X10 və 12 oktyabr 2021-ci ildə doğulmuş X4 X1 yanında qalması, X6, X7 və X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs tərəfindən hər ayın 1-dən 10-dək hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin X3 ödənilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslıdır və tərəflər arasında 12 aprel 2023-cü il tarixdə mediasiya prosessi nəticəsində bağlanılmış barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305- 311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 12 aprel 2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2019cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay, hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1208/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1208/2023
25.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver