Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1283/2025 22.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X23 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il tarixdə doğulmuş mərhum övladı X6 xx.xx.1990-cı il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hazırda Sərkar kəndində ailəsi ilə birlikdə yaşayır, mərhum əri X16 ilə birgə nikahlarından xx.xx.1989-cu il təvəllüdlü X14 adlı övladı anadan olmuşdur. O, mülkü adına sənədləşdirən zaman övladı X6 adı alt sistemdə çıxdığı üçün evi sənədləşdirə bilməmişdir. xx.xx.1989-cu il tarixdə doğulmuş övladı bir yaşı tamam olmamış ölmüş, X6 ölüm şəhadətnaməsi alınmamışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə rəsmi müraciət etmiş, X6 ölüm akt qeydi tapılmadığı barədə ona arayış vermişlər və məhkəməyə müraciət etmək hüququ olduğunu izah etmişlər. Buna görə də o, məcbur olub məhkəmədə ölüm faktının təsdiqinə dair iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun qızı Günel Səfərova xx.xx.1989-cu il tarixdə anadan olmuş, lakin dörd aylıq olarkən xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada “sepsis” xəstəliyindən vəfat etmişdir, lakin uşağa görə o, ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda uşağın adı sistemdə vərəsə-sağ adam kimi çıxır. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. X15 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Günel Səfərova xx.xx.1990cı il tarixdə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada xəstəlikdən vəfat etmiş və o, uşağın dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi əri Ramiq Səfərov vəfat etmişdir. Ərizəçi üç övladı olmuş, ilk övladının adı Fərqanə, ikinci övladının adı Günel olmuşdur. Günel Səfərova xx.xx.1989-cu il tarixdə doğulmuş, lakin dörd aylıq olarkən - xx.xx.1990-cı il tarixdə “sepsis” xəstəliyindən vəfat etmişdir və Günelin adını Ərizəçi 1991-ci il tarixdə doğulmuş digər qızına qoymuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi əri Ramiq Səfərov vəfat etmişdir. Ərizəçi üç övladı olmuşdur, iki övladı yaşayır, lakin bir övladı vəfat etmişdir. Günel Səfərova xx.xx.1989-cu il tarixdə doğulmuş, xx.xx.1990-cı il tarixdə “sepsis” xəstəliyindən vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, hazırda X7 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X13 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: xx.xx.1960-cı il tarixdə Samux rayonu, Sərkar kəndində anadan olmuş X16 (xx.xx.2025-ci il tairxdə vəfat etmişdir), arvadı-xx.xx.1964-cü il tarixdə anadan olmuş Ərizəçi, qızıxx.xx.1988-ci il tarixdə anadan olmuş X8, qızı-xx.xx.1989-cu il tarixdə anadan olmuş-X14 və qızı-xx.xx.1991-ci il tarixdə anadan olmuş X9r. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. İş materiallarında olan xx.xx.1990-cı il tarixdə Gəncə VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. İş materiallarında olan xx.xx.1990-cı il tarixdə Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş atalığı müəyyən etmək haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1989-cu il tarixdə anadan olmuş X7 atası hesab edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Ərizəçi, X1, X3 və X4 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, həqiqətən Sərkar kənd sakini Ərizəçi övladı mərhum X14 xx.xx.1989-cu il tarixdə Sərkar kəndində anadan olmuş, 1990-cı ilin aprel ayında vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə həmçinin nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Nəhayət, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş X15 xx.xx.1990-cı il tarixdə Samux rayonu, Sərkar kəndində vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixdə xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş X7 xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş X7 xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1283/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1283/2025
22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver