Məhkəmə qərarları › İş №2(058)-1314/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1314/2025

28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1314/2025 28.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, X27 qizinin katibliyi, ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci ildə doğulmuş bacısı X5 xx.xx.1991-ci il tarixdə Samux rayonunda ölməsi və Samux rayon Qarayeri qəsəbəsi qəbirstanlığında dəfn olunması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci ildə doğulmuş X13 onun bacısıdır. Belə ki, atası X2 Rahilə Sabir qızı adlı şəxs ilə 1985-1990-cı illərdə rəsmi nikahda olmuşdur. Bu, atasının birinci nikahı olmuşdur. X13 xx.xx.1991-ci il tarixdə həmin nikahdan doğulmuşdur. Lakin həmin uşaq, yəni Gülnarə Əliyeva doğulduqdan iki ay sonra vəfat etmiş və Samux rayon Qarayeri qəbiristanlığında dəfn olunmuşdur. Mərhum bacısı X7 ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda o, bu barədə aidiyyatı orqanlara müraciət etsə də, ona bu barədə heç bir qeydiyyat aparılmadığı bildirilib. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X11 ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, ərizəçi onun oğludur. X21 isə onun əri olub. X2 Rahilə Sabir qızı adlı şəxs ilə 1985-1990-cı illərdə rəsmi nikahda olub, bu A.Əliyevin onunla nikahından öncəki evliliyi olmuşdur. Həmin nikahdan ərinin 2 uşağı olub, onlardan biri hazırda ölüm faktının müəyyən olunması xahiş olunan X8r. X13 xx.xx.1991-ci ildə doğulmuş, lakin uşaq doğulduqdan iki ay sonra evdə vəfat etmiş və Samux rayon Qarayeri qəbiristanlığında dəfn olunmuşdur. Alim Aliyev onunla nikahda olduğu illər ərzində ondan öncəki evliliyindən iki qız övladının olduğunu və onlardan birinin iki aylıq olarkən öldüyünü ona demişdir. Lakin uşağa ölüm şəhadətnaməsinin alınması ilə bağlı onlar müvafiq orqana vaxtında müraciət etməmişlər. Hazırda ərizəçinin, yəni onun oğlu Ərizəçi sözügedən faktının müəyyən edilməsini tələb etməsinin səbəbi atası Alim Əliyevdən qalan miras əmlaka dair hüquqlarını həyata keçirmək məqsədidir. Ona görə də ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadə verərək bildirdi ki, Ərizəçi onun mərhum qardaşı X15 oğludur, X13 isə onun mərhum qardaşı A.Əliveyin ilk nikahından, yəni X14 adlı qadınla evliliyindən doğulan qızıdır. Qardaşı A.Əliyev 2025-ci ildə avqust ayında vəfat etmişdir. A.Əliyevin qızı Gülnarə Əliyeva xx.xx.1991-ci ildə doğulmuş, lakin 2- 3 ay sonra evdə vəfat etmişdir. Həmin vaxt o, subay olmuş və qardaşı və onun ailəsi ilə bir evdə yaşamışdır və uşağın ölümünə bilavsitə şahid olmuşdur. Uşaq Samux rayonu Qarayeri qəbirstanliğında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək bildirdi ki, Ərizəçi onun mərhum qardaşı X15 oğludur, X13 isə onun mərhum qardaşı A.Əliveyin ilk nikahından, yəni X14 adlı qadınla evliliyindən doğulan qızıdır. A.Əliyevin qızı Gülnarə Əliyeva xx.xx.1991-ci ildə doğulmuş, lakin 2-3 ay sonra evdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin atası X21 da onun qonşusu olub. X16 Ruslanın anası Sevdadan öncə də nikahı olub və həmin nikahdan A.Əliyevin iki qızı doğulub. Onlardan biri X13 olub. Həmin uşaq 1991-ildə anadan olmuş, bir neçə ay sonra isə evdə ölmüşdür. Qonşuluqda yaşadığı üçün uşağının öldüyünün bilavasitə şahidi olmuş, yas və dəfn mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin atası X21 da onun qonşusu olub. X16 Ruslanın anası Sevdadan öncə də nikahı olub və X13 həmin nikahdan doğulub. Həmin uşaq 1991-ildə anadan olmuş, bir neçə ay sonra isə evdə ölmüşdür. Qonşuluqda yaşadığı üçün uşağının öldüyünün bilavasitə şahidi olmuş, yas və dəfn mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, 03 oktyabr 1991-ci il tarixdə Samux rayonunda doğulmuş X5 ölüm faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş, Samux Rayon Qeyiyyat Şöbəsi tərəfindən verilmiş (№ 3- 16-5/8-Ə-12-548/2025) arayışdan görünür ki, X13 03 oktyabr 1991-ci ildə Samux rayonunda doğulmuşdur, atası X21, anası X9r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısinin Qarayeri Qəsəbə İnzibati Ərazi dairəsi Üzrə Nümayəndəliyinin 29 oktyabr 2025-ci il 1054 nömrəli arayışından görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmuş və yaşamış mərhum X23 1985-1990-cı illərdə X14 adlı şəxslə rəsmi nikaha daxil olmuşdur. X23 ilə X6 nikahından xx.xx.1991-ci il tarixdə X13 adlı qız övladları doğulmuşdur, lakin həmin qız övladları iki ay sonra vəfat etmiş və Samux rayonu Qarayeri qəsəbəsi qəbirstanliğında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Samux Rayon İcra Hakimiyyəti Başçısinin Qarayeri Qəsəbə İnzibati Ərazi dairəsi Üzrə Nümayəndəliyi tərəfindən möhürlə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, sözügedən akt Samux rayonu Qarayeri qəsəbə sakinləri X17, X10, X4 iştirakları ilə tərtib edimişdir və onlar Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmuş və yaşamış mərhum X21 1985-1990-cı illərdə X14 adlı şəxslə rəsmi nikaha daxil olduqlarını, birgə nikahlarından xx.xx.1991-ci il tarixdə X13 adlı uşaqlarının doğulduğunu, lakin həmin uşağın iki ay sonra vəfat etdiyini və Qarayeri qəsəbəsi qəbirstanliğında dəfn olunduğunu öz imzaları təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X13 ərizəçinin bacısıdır, belə ki, X13 ərizəçinin atası Alim Əliyevin əvvəlki nikahından doğulmuşdur. Həmin uşaq 1991-ci il tarixdə Samux rayonunda, yaşadığı evdə ölmüşdür. Bu fakt şahidlərin bir-birinin və ərizəçinin nümayəndəsinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçinin ərizəsində qeyd etdiyi şəxs ev şəraitində öldüyündən onun ölməsi barədə tibbi sənəd olmamış və belə olan halda isə müvafiq icra hakimiyyətində ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır. X5 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Sözügedən faktın müəyyən edilməsi ərizəçiyə atasından qalan mirasa dair vərəsəlik hüququnun həyata keçirilməsi ilə əlaqədar lazımdır. Məhkəmə, ərizənin qismən təmin olunmasına dair qənaətini onunla əsaslandırır ki, X5 ölməsi faktı müəyyən hüquqi nəticələr doğurur və məhkəmə araşdırması zamanı həmin fakt öz təsdiqini tapır. Ona görə də ərizə həmin hissədə əsaslıdır və təmin edilməlidir. X1 Samux rayonu Qarayeri qəbiristanlığında dəfn edilməsi faktı heç bir hüquqi nəticə doğurmadığına görə həmin faktın müəyyən edilməsinə lüzum yoxdur və həmin hissədə ərizə təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin olunsun. 03 oktyabr 1991-ci il tarixdə doğulmuş X5 1991-ci il tarixdə Samux rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar