Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1353/2023 06.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi - Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Samux rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Samux rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, atası Məmməd-zadə Namik Şəmil oğlunun 24 iyun 2023-cü il tarixdə Almaniya Federativ Respublikasının Berlin şəhərində ölməsinin qeydə alınması faktıının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası Məmməd-zadə Namik Şəmil oğlu 26 noyabr 1954-cü il tarixdə Samux rayonu, Sərkar kəndində anadan olmuşdur. Son vaxtlar atası müalicəsi ilə əlaqədar olaraq bir müddət Almaniya Federativ Respublikasının Berlin şəhərində yaşamış, lakin orada olan zaman 24 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Atası vəfat edərkən onlar Azərbaycanda olmuş və atasının cənazəsini orada yaşayan dostları, tanışları yola salmışlar. Bunun üçün meyitin daşınması üçün pasport alsalar da, vaxt azlığı səbəbindən həmin sənədi leqallaşdıra bilməmişlər. Hazırda isə atasına ölüm haqqında şəhadətnamə verilməsi üçün sənədləri qeydiyyat şöbəsinə təqdim etsə də, sənədlərin leqallaşdırılmaması səbəbindən ərizəsi təmin olunmamışdır. Atasından miras əmlaklar qalmışdır və həmin əmlakların vərəsələr, o cümlədən o, vərəsəlik yolu ilə adlarına rəsmiləşdirmək istəsələr də, atasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bunu edə bilməmişlər. Ona görə də atası Məmməd-zadə Namik Şəmil oğlunun 24 iyun 2023-cü il tarixdə Almaniya Respublikasının Berlin şəhərində ölməsinin qeydə alınması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi, Vəkil ərizəyə uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Samux rayon Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq mülki iş üzrə məhkəmə iclaslarına Samux Rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin atası Məmməd-zadə Namik Şəmil oğlu uzun müddət Almaniyada yaşamış, Məmməd-zadə Namik Şəmil oğlu xəstəliyi səbəbindən xx.xx.2023cü il tarixdə Almaniyanın Berlin şəhərində ölmüş, onun meyiti 28 iyun 2023-cü il tarixdə Samux rayonu, Sərkar kəndinə gətirilmiş və 29 iyun 2023-cü il tarixdə kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhum Məmməd-zadə Namik Şəmil oğlunun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, ərizəçi ilə o, yaxın qonşudur. Ərizəçinin atası Məmməd-zadə Namik Şəmil oğlu uzun müddət Almaniyada yaşamışdır. Mərhum Məmməd-zadə Namik Şəmil oğlu xx.xx.2023-cü il tarixdə Almaniyanın Berlin şəhərində ölmüşdür. Mərhum Məmməd-zadə Namik Şəmil oğlu 28 iyun 2023-cü il tarixdə Samux rayonu, Sərkar kəndinə gətirilmiş və 29 iyun 2023-cü il tarixdə kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhum Məmməd-zadə Namik Şəmil oğlunun dəfn mərasimində iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə 2 saylı Regional Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, atası Məmməd-zadə Namik Şəmil oğlunun ölüm haqqında şəhadətnaməsinin əhalinin reyestr bazasına daxil edilməsi və inteqrasiya olunması ilə bağlı ölüm bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Sənədlərə baxış keçirilərkən atasının ölüm haqqında şəhadətnaməsi leqallaşdırılmadığı müəyyən edilmişdir. Almaniya Federativ Respublikasının “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın iştirakçısı olduğuna baxmayaraq həmin ölkəyə münasibətdə apostilin verilməsi deyil leqallaşdırma qaydası tətbiq edilir. Odur ki, Almaniya Federativ Respublikasında ölüm haqqında şəhadətnamənin leqallaşdırılması mümkün olmadığı üçün ərizənin təmin edilməsi imkan xaricindədir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, həqiqətən Samux rayonu, Sərkar kənd sakini Məmməd-zadə Namik Şəmil oğlu 24 iyun 2023-cü il tarixdə Almaniya Federativ Respublikasının Berlin şəhərində vəfat etmiş və 28 iyun 2023-cü il tarixdə öz yaşadığı Samux rayonu, Sərkar kəndinə gətirilmiş, 29 iyun 2023-cü il tarixdə Sərkar kənd qəbristanlığında dəfn edilmişdir. xx.xx.2023-cü il tarixdə Kreuzberg Rayon İdarəsi tərəfindən verilmiş meyitin daşınması üçün pasportdan görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Məmməd-zadə Namikin meyiti Berlin şəhərindən Türkiyə-İstanbul hava limanı üzərindən təyyarə ilə Bakı şəhərinə göndərilmişdir. xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Məmməd-zadə Namik Şəmil oğlunun adına Samux rayonu, Sərkar kəndində 0.15 ha torpaq sahəsi qeydiyyata alınmışdır. xx.xx.2005-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası Məmməd-zadə Namik Şəmil oğlu, anası X1r. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, 26 noyabr 1954-cü il tarixdə Samux rayonu, Sərkar kəndində anadan olmuş Məmməd-zadə Namik Şəmil oğlu 24 iyun 2023-cü il tarixdə Almaniya Federativ Respublikasının Berlin şəhərində ölmüşdür. Məhkəmə hesab edir ki, 26 noyabr 1954-cü il tarixdə Samux rayonu, Sərkar kəndində anadan olmuş Məmməd-zadə Namik Şəmil oğlunun 24 iyun 2023-cü il tarixdə Almaniya Federativ Respublikasının Berlin şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 noyabr 1954-cü il tarixdə Samux rayonu, Sərkar kəndində anadan olmuş Məmməd-zadə Namik Şəmil oğlunun 24 iyun 2023-cü il tarixdə Almaniya Federativ Respublikasının Berlin şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-1353/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1353/2023
06.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver