Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1639/2023 28.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin birgə nigahlarından doğulmuş uşaqların onun yanında qalması və alimentə dair hissəsinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Samux 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş barışıq sazişinin 2-ci və 3-cü bəndində göstərilənləri təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2012-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurub. Birgə nikahlarından xx.xx.2015-cı il tarixdə X6 və xx.xx.2019-cu il tarixdə X8 adlı övladları doğulmuşdur. Maraqlı şəxslə xasiyyətləri uyğun gəlmədiyindən uzun müddətdir ki nikahları pozulmuşdur. Hazırda Samux 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə onlar arasında imzaalanmış barışıq sazişinə əsasən, Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2015-cı il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X7 onun yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay, hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutulması barədə tərəflər razılığa gəlmişlər. Beləliklə o, həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Odur ki, mediasiya prosesi zamanı bağlanılmış barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) X4 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, AZ-İİİ seriyalı 632969 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə doğulmuşdur, onun atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İş materiallarına əlavə edilmiş, AZ-İV seriyalı 392431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Onun atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşdə materiallarında olan Ərizəçi və Maraqlı şəxs oğlu arasında xx.xx.2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2015-ci ildə doğulmuş X2 və xx.xx.2019-cu ildə doğulmuş X7 Ərizəçi yanında qalması, X2 və X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs tərəfindən hər ayın 1-dən 10-dək hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslıdır və tərəflər arasında 24 oktyabr 2023-cü il tarixdə mediasiya prosessi nəticəsində bağlanılmış barışıq sazişi uşaqların analarının yanında qalması və alimentə dair hissədə təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin uşaqların analarının yanında qalması və alimentə dair hissələri aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflərin birgə nikahlarından xx.xx.2015-cı il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X8 anaları Ərizəçi yanında qalsın. xx.xx.2015-cı il tarixdə doğulmuş X2 və xx.xx.2019-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs hər ay, hər uşağa görə 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1639/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1639/2023
28.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver