Məhkəmə qərarları › İş №2(058)-165/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-165/2025

05.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-165/2025 05.03.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölməsi faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 31 mart 1992-ci ildə anadan olmuş X6 02 avqust 2006-cı il tarixdə Samux rayonu, Kolayır kəndində vəfat etməsi, 03 avqust 2006-ci ildə Samux rayonu, Kolayır kəndi qəbirsanlığında dəfn olunması faktının məhkəmə qaydasında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə 1986-cı il tarixdə ailə həyatı qurmuş, birgə nikahılarından üç övladları anadan olmuşdur. Birgə nikahılarından doğulmuş X11 02 avqust 2006-cı il tarixdə Samux rayonu, Kolayır kəndində vəfat edib, 03 avqust 2006-cı ildə Samux rayonu, Kolayır kəndi qəbirsanlığında dəfn edilib. O, mərhum oğlu X11 vəfat edəndən sonra ona ölüm haqqında şəhadətnamə almamış, o, bu məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət etsə də ona bu barədə heç bir qeydiyyat aparılmadığı bildirilib. Həmin ölüm haqqında şəhadətnamənin alınması ona mərhum oğlunun və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaqdan oğlu Coşqun Ağayevin payına münasibətdə vərəsəlik münasibətləri ilə əlaqədar lazımdır. O, hazırda oğluna ölüm faktı ilə bağlı ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X2 ərizənin təmin olunmasına dair qərarı məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, Ərizəçi onun uşaqlıqdan qonşusudur. X1 Rabil Əziz oğlunun oğlu olub. X11 2006-cil tarixdə keçirdiyi qəza nəticəsində ölmüşdür. O, sözügedən tarixdə uşaq xəstəxanada olanda və daha sonra yas mərasimində iştirak edib. xx.xx.2025-ci il tarixdə məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun əmisi oğludur. X1 Rabil Əziz oğlunun rəhmətə gedən oğludur. X11 avto qəza nəticəsində ölüb. O, sözügedən tarixdə yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirdiki ki, Ərizəçi onun atası tərəfdən qohumudur, belə ki, əmisi sayılır deyə bilər. Ərizəçi Coşqun adlı oğlu 2006-cı ildə qəza nəticəsində ölmüşdür. O, sözügedən tarixdə yas mərasimində iştirak edib. Uşaq Samux rayonu Kolayır kəndində dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdiki ki, Ərizəçi onun dayısıdır. Ərizəçi 1992-ci il təvəllüdlü Coşqun adlı oğlu 2006-cı ildə avqust ayında qəza nəticəsində ölmüşdür. O, sözügedən tarixdə yas mərasimində iştirak edib. Uşaq Samux rayonu Kolayır kəndində dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçinın oğlu X6 03 avqust 2006-cı il tarixdə Samux rayonun Kolayır kəndində ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: 32 akt qeydi ilə verilmiş İV-ЖГ 302834 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında 02 dekabr 1986-cı il tarixdə nikah bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Məmmədova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 mart 1992-ci il tarixdə doğulmuş X6 atası Ərizəçi, anası X4r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli sənədindən görünür ki, X6 ölüm haqqında tibbi şəhadətnaməsini olmaması səbəbilə Ərizəçi ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etmək hüququnun olduğöu izah olunmuşdur. Gəncə şəhər Birləşmiş xəstəxananın 16 dekabr 2024-cü il tarixli sənədindən görünür ki, 1992-ci il tarxdə doğulmuş X11 adlı vətəndaşın xəstəxanaya aid olan ambulator tibbi sənədlərin saxlanma müdətinin bitdiyi üçün məhv edildiyindən heç bir məlumatın təqdim edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X11 ərizəçinin oğludur. X11 03 avqust 2006-cı ildə Samux rayonunda ölmüşdür. Bu fakt şahidlərin ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni ala bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində qeyd edilməsi mümkün olmamışdır. C.Ağayevin ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, ərizəçinin müəyyən ediməsini istədiyi faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik üzrə hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Qeyd edilənlərə əsasən məhkəmə ərizənin 31 mart 1992-ci il tarixdə Samux Rayonun Kolayır kəndində doğulmuş X6 2006-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi hissəsində təmin edilməli olması qənaətinə gəlir. Ərizə digər hissədə əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin olunsun. 31 mart 1992-ci il tarixdə Samux rayonda doğulmuş X6 03 avqust 2006-ci il tarixdə Samux rayonu Kolayır kəndində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar