Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 2(058)-327/2023 03.02.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində birgə nikahlarından olan övladları xx.xx.2007-ci il tarixdə anadan olmuş X1, xx.xx.2010-cu il tarixdə anadan olmuş X2, xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 analarının yanında qalması və uşaqların saxlanması üçün hər ay, hər uşağa görə 230 manat olmaqla, cəmi 690 manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən ödənilməsi barədə saziş bağlanmışdır. Həmin sazişin təsdiq olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək aralarında barışıq əldə olunduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin maraqlı şəxs Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək İddiaçı ilə barışdıqlarını və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə hesab edir ki, ərizəçinin hazırkı ərizədən imtina etməsi qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından ərizədən imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 52, 122, 191, 261- 262, 263-264, 266-269-cu maddələrinə əsasən məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə ərizəçinin ərizədən imtinası qəbul edisin. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Samux Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-327/2023
Samux Rayon Məhkəməsi Qərardad — İş №2(058)-327/2023
03.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver