Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-348/2024 16.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X21 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 12 iyun 1985-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X6 ilə 1982-ci ildə ailə qurmuşdur. Həmin nikahdan dörd övladı xx.xx.1983-cü il təvəllüdlü X7, xx.xx.1984-cü il təvəllüdlü X8, xx.xx.1987-ci il təvəllüdlü X13 və xx.xx.1988-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Böyük qızı X7 1985-ci ilin iyun ayının 15-də iki yaşında xəstəlikdən ölmüşdür. O, Bakı şəhərində Onkoloji Xəstəxanada ölmüş, Samux rayonunda isə dəfn olunmuşdur. Lakin həmin vaxt müəyyən səbəblərdən uşağın ölümü haqqında şəhadətnamə alınmamışdır. Hazırda ailə üzvlərinə verilmiş torpaq sahəsinə görə şəhadətnamə və dövlət aktlarında, paylı mülkiyyətə dair çıxarışlarda digər ailə üzvləri kimi Xəyalənin də adı qeyd edilmişdir. Bu isə qanuna zidd haldır. Həmçinin mərhum atası Zülfüqar Əliyevin adına miras əmlaklar da vardır ki, həmin əmlakları atasının varisi kimi qəbul edib rəsmiləşdirə bilmir. Çünki bütün sənədlərdə və məlumat bazasında Xəyalə həyatda olan şəxs kimi göstərilir, lakin onun ölümünü təsdiq edən hər hansı sənəd mövcud deyildir. O, qızının ölümü haqqında şəhadətnaməni əldə etmək üçün hər yerə müraciət etsə də, həmin sənədi əldə etmək mümkün olmamışdır. Onun müraciəti əsasında Maraqlı şəxsndən və Gəncə şəhər qeydiyyat şöbəsindən verilmiş arayışda “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində X2 ölümü haqqında akt qeydinin aşkar edilmədiyi qeyd edilmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. O, Samux rayon Dövlət Arxivinə müraciət etmiş, oradan ona rəsmi olaraq bildirilmişdir ki, X2 ölüm tarixinə dair Samux rayon Dövlət Arxivində heç bir məlumat aşkar olunmamışdır. X2 doğum haqında şəhadətnaməsi əllərindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, övladı Xəyalə 1983-cü ildə doğulmuş, 1985-ci ildə ölmüşdür. Övladı Bakı şəhərində xəstəxanada öldükdən sonra ona övladının ölümü ilə bağlı sənəd təqdim edilməmiş, bu səbəbdən də o, ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, övladını kəndə gətirmiş və dəfn etmişdir. Hazırda övladı Xəyalənin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün sənədləşdirmə işlərini apara bilməmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X3 bildirdi ki, ərizəçi ölüm faktının müəyyən olunması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibbi arayış olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, ərizəçi onun əridir. Ərizəçi ilə 1982-ci ildə nikaha daxil olmuşlar. Birgə nikahlarından 1983-cü ildə Əliyeva Xəyalə, 1984-cü ildə Əliyeva Firuzə, 1987-ci ildə Əliyev İlham və 1988-ci ildə Əliyeva Mehriban adlı dörd övladı doğulmuşdur. İlk övladı Əliyeva Xəyalə xx.xx.1983-cü il tarixdə doğulmuş, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində Onkoloji xəstəxanada ölmüş, Samux rayonu, qarayeri qəsəbəsində dəfn olunmuşdur. Qızı Xəyalənin ölüm səbəbi xərçəng xəstəliyi olmuşdur. Belə ki, Xəyalə iki yaşında olarkən kənddə xoruz iki dəfə başına qonmuş və Xəyalə qorxudan xərçəng xəstəliyinə tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, ərizəçi onun bacısının əridir. Ərizəçinin ilk övladı Xəyalə 1983-cü ildə doğulmuş 1985-ci ildə ölmüşdür. Xəyalə iki yaşında olarkən xoruzdan qorxmuş, qorxudan xəstəlik tapmış, bir ayın içində xəstəlikdən ölmüşdür. Xəyaləni Samux rayonu, Qarayeri qəsəbəsində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. 1977-ci ildən hazırki vaxtadək ərizəçi ilə qonşudur. Ərizəçinin dörd övladı olmuş, bir övladı ölmüş üç övladı qalmışdır. Xəyalə 1983-cü ildə doğulmuş, sonra Xəyalə iki yaşında olarkən xəstələnmiş, müalicə üçün Bakı şəhərinə aparılmış, lakin 1985-ci ildə ölmüş və Samux rayonu, Qarayeri qəsəbəsində dəfn edilmişdir. O, baş salığı vermək üçün ərizəçinin evinə getmişdir. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən X10 ünvanlanmış məktubdan görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən X10 ünvanlanmış məktubdan görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Samux rayon Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanmış arxiv arayışından görünür ki, mərhumə X2 1985-ci ilin ölüm haqqında akt qeydi mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İş materiallarında olan Xanlar rayonu Qarayeri qəsəbə soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Əliyeva (Vəliyeva) Şəmsiyə Qədir qızı 21 nömrəli akt qeydi ilə xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 birgə nikahlarından xx.xx.1983-cü il tarixdə Kirovabad şəhərində X7 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, xx.xx.1983-cü il tarixdə Gəncə (Kirovabad) şəhərində doğulmuş X7 12 iyun 1985-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə hesab edir ki, xx.xx.1983-cü il tarixdə Gəncə (Kirovabad) şəhərində doğulmuş X2 12 iyun 1985-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü il tarixdə Gəncə (Kirovabad) şəhərində doğulmuş X2 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-348/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-348/2024
16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver