Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-37/2023 13.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X19 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh vərəsəsi X5, Cavabdeh Mikayılova (Adıgözəlova) Sevda İsa qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Mikayılova (Adıgözəlova) Sevda İsa qızına qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh və Mikayılova (Adıgözəlova) Sevda İsa qızına qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********22 reyestr nömrəsi ilə Samux rayonu, Alıuşağı kəndində yerləşən 0,22 ha məqsədli təyinatı yaşayış məntəqələrinin torpağın 1/3 hissəsi, **********99 reyestr nömrəsi ilə 0,7486 ha təyinatı kənd təsərrüfatı təyinatlı torpağın 11/18 hissəsi, reyestr nömrəsi **********00 olan, təyinatı kənd təsərrüfatı təyinatlı 0,2932 ha torpaq sahəsinin 11/18 hissəsinin ümumi mülkiyyətdən ayrılması, bölgü aparılan zaman həyatyanı torpaq sahəsində ona küçəyə çıxmaq üçün yaşayış evinin qarşısından torpaq sahəsi verilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, müstəqil tələb irəli sürən şəxslərin iddiaları təmin edilməmiş, X11 ilə X12 və X15 ilə X16 eyni şəxslərdir və həmin şəxslər İddiaçı dogma anası və qardaşıdır. X14 (Xoraman) Əli qızından miras qalmış JN-334 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktında nəzərdə tutulan mülkiyyətdə olan 1,04 ha pay torpaq sahəsinin onun payına düşən və mirasın kütləsinə daxil olan 0.3466 ha hissəsinin və JN-009 F (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulan 0,22 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi mirası qəbul edən qanun üzrə birinci növbə vərəsə kimi İddiaçı, 1/3 hissəsi Cavabdeh və 1/3 hissəsi isə Mikayılova (Adıgözəlova) Sevda İsa qızının bir vərəsə kimi mülkiyyətinə verilməklə və həmin hissələrdə (hər iki torpaq sahəsi üzrə) onların mülkiyyət hüququ tanınmaqla adlarına mülkiyyəti kimi qeydə alınması mərhum Mustafayev Asdan (Aslan) İsa oğlundan miras qalan JN-334 ( kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna” dair Dövlət Aktında nəzərdə tutulan mülkiyyətdə olan 1,04 ha pay torpaq sahəsinin onun payına düşən və mirasın kütləsinə daxil olan 0.3466 ha hissəsinin 1/2 hissəsi mirası qəbul edən qanun üzrə ikinci növbə vərəsə kimi İddiaçı və 1/2 hissəsi isə Cavabdeh bir vərəsə kimi mülkiyyətinə verilməklə və mərhum Mustayafeva (Aslanova) Dursun İsa qızından miras qalan JN-334 (kod ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında nəzərdə tutulan paylı mülkiyyətdə olan 1,04 ha pay torpaq sahəsindən onun payına düşən və mirasın kütləsinə daxil olan 0.3466 ha hissəsi vəsiyyətnamə üzrə vərəsə kimi İddiaçı mülkiyyətinə və həmin hissədə onun tək mülkiyyət hüququ tanınmaqla adına mülkiyyət kimi qeydə alınması müstəqil tələb irəli sürən üçüncü şəxslər üçüncü şəxslər X3, X4, X2 və X1 miras əmlakdan paylarının müəyyən edilməsi və həmin paya mülkiyyət hüquqlarının tamınması iddialarının əssasız olduğundan rədd edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə apellasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmənin qətnaməsi qanunin qüvvəyə mindikdən sonra ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışlar verilmişdir. Belə ki, **********22 reyest nömrəsi ilə Samux rayonu Alıuşağı kəndində yerləşən 0,22 ha məqsədli təyinatı yaşayış məntəqələrinin torpağın 1/3 hissəsi **********99 reyestr nömrəsi ilə 0,7486 ha təyinatlı kənd təsərüfatı təyinatlı torpağın 11/18 hissəsi, reyestr nömrəsi **********00 olan, təyinatı kənd təsərrufatı təyinatlı 0,2932 ha torpaq sahəsinin 11/18 hissəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. Hazırda cavabdehlər onun torpaq sahəsindən istifadə etməyinə imkan vermirlər. Yaşadığı həyətyanı torpaq sahəsində onun yolunu bağlamıslar və o, kənddən çıxmaq üçün məcbur olaraq öz pəncərəsinin yerində qapı düzəltdirmiş, hazırda yaşadığı evə torpaq sahəsindən girmək mümkün deyil bu isə kənd yerində həyətdə bir ağac əkmək və ya bir toyuq saxlamaq kimi imkandan onu mərhum edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Mikayılova (Adıgözəlova) Sevda İsa qızı qanunamüvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vərəsəsi X7 qanunamüvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və Cavabdeh vərəsəsi X5 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.7486 ha torpaq sahəsi hər birinə 11/18 hissə pay ilə İddiaçı, 5/18 hissə pay ilə Cavabdeh, 2/18 hissə pay ilə Mikayılova (Adıgözəlova) Sevda İsa qızının adlarına qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.2932 ha torpaq sahəsi hər birinə 11/18 hissə pay ilə İddiaçı, 5/18 hissə pay ilə Cavabdeh, 2/18 hissə pay ilə Mikayılova (Adıgözəlova) Sevda İsa qızının adlarına qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu, Alıuşağı kəndində yerləşən 0.22 ha torpaq sahəsi hər birinə 1/3 hissə pay ilə İddiaçı, Cavabdeh, Mikayılova (Adıgözəlova) Sevda İsa qızının adlarına qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-2317/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış sənədi verilən zaman, həmin çıxarışda göstərilən torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib olunmamışdır. Bu səbəbdən də, aparılan araşdırma zamanı, qərardad sualında adı çəkilən və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan JN 009 (KOD ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsaslanılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, şəhadətnamədə göstərilən torpaq sahəsindən faktiki olaraq ********** qeydiyyat nömrəli çıxarışda göstərilən üç mülkiyyətçidən yalnız ikisi, ayrı-ayrılıqda Cavabdeh vərəsəsi X7 və İddiaçı istifadə edir. Sözügedən həyətyanı torpaq sahəsinə yalnız iki giriş-çıxış mövcuddur, torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evləri və köməkçi tikililər, ********** qeydiyyat nömrəli çıxarışda adları göstərilən mülkiyyətçilərdən yalnız ikisi, ayrı-ayrılıqda İddiaçı və Cavabdeh vərəsəsi X5 istifadəsindədir və həmin tikililər üç mülkiyyətçi arasında hüquqi və texniki cəhətdən bölünməmişdir. Qeyd olunan hallar səbəbindən, sözügedən həyətyanı torpaq sahəsinin, mülki iş üzrə iddiaçı və cavabdehlər (********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətçilər) arasında 1/3 hissəsdə bölgüsü mümkün olmamışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrılıqda mülkiyyətçilər arasında bölünəcəyi təqdirdə bölgünün ölçülərinə və konfiqurasiyasına əsasən torpağın öz məqsədli və təsərrüfat təyinatına uyğun səmərəli istifadəsinin mümkün olmayacağına və təsərrüfat sahəsinin yararsız hala düşəcəyinə zəmin yaranması səbəbindən, sözügedən torpaq sahələrinin naturada real bölgüsü mümkün deyildir, lakin yuxarıda qeyd edilən hallar nəzərə alınmazsa ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın A688147 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.7486 ha tomaq sahəsinin iddiaçının payına düşən 11/18 hissəsinin (0.457 ha), ********** qeydiyyat nömrəli xx.xx.2022-ci İl tarixli çıxarışın A688146 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.2932 ha torpaq sahəsinin iddiaçının payına düşən 11/18 hissəsinin (0.179 ha) texniki cəhətdən bölgüsü mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5274 nömrəli rəyindən görünür ki, sözügedən həyətyanı torpaq sahəsinin, mülki iş üzrə iddiaçı və cavabdehlər (********** qeydiyyat nömrəli çıxarışa əsasən) arasında 1/3 hissədə bölgüsünün mümkün olmadığı, xx.xx.2022-ci il tarixli çıxarışın A688147 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.7486 ha torpaq sahəsinin iddiaçının payına düşən 11/18 hissəsinin (0.457 ha), xx.xx.2022-ci il tarixli çıxarışın A688146 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.2932 ha torpaq sahəsinin iddiaçının payına düşən 11/18 hissəsinin (0.179 ha) texniki cəhətdən bölgüsünün mümkün olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və həmin rəydə Samux rayonu Alıuşağı kəndində yerləşən paylı mülkiyyətdə olan 0.7486 ha torpaq sahəsinin iddiaçının payına düşən 11/18 hissə payının, 0.2932 ha torpaq sahəsinin iddiaçının payına düşən 11/18 hissəsinin (0.179 ha) texniki cəhətdən bölgüsünün mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlir ki, verilmiş rəy iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin Samux rayonu, Alıuşağı kəndində yerləşən təyinatı yaşayış məntəqəsi olan 0,22 ha torpaq sahəsinin 1/3 hissələrə bölünməsi hissəsinə qiymət verərək, hesab edir ki, xx.xx.2023-cü il tarixli 10/5274 nömrəli ekspert rəyi ilə həmin torpaq sahəsinin tərəflərin arasında 1/3 hissədə bölgüsünün mümkün olmadığı qənaətinə gəldiyindən iddianın həmin hissədə təmin olunması istisnadır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Samux rayonu, Alıuşağı kəndində yerləşən xx.xx.2022-ci il tarixli çıxarışın A688147 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.7486 ha torpaq sahəsinin iddiaçının payına düşən 11/18 (0.457 ha) hissə payı, xx.xx.2022-ci il tarixli çıxarışın A688146 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.2932 ha torpaq sahəsinin iddiaçının payına düşən 11/18 hissəsinin (0.179 ha) hissə payı təcrid şəklində ayrılaraq bölünməlidir. (xx.xx.2023cü il tarixli ekspert rəyinə uyğun qaydada) İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdeh Mikayılova (Adıgözəlova) Sevda İsa qızından tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SFİFT BİK: CTREAZ22, hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samux rayonu, Alıuşağı kəndində yerləşən xx.xx.2022-ci il tarixli çıxarışın A688147 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinə əsasən 0.7486 ha torpaq sahəsinin İddiaçı payına düşən 11/18 (0.457 ha) hissəsi, xx.xx.2022-ci il tarixli çıxarışın A688146 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinə əsasən 0.2932 ha torpaq sahəsinin İddiaçı payına düşən 11/18 hissəsinin (0.179 ha) hissə payı təcrid şəklində ayrılaraq bölünsün. (xx.xx.2023-cü il tarixli ekspert rəyinə uyğun qaydada). İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat cavabdeh Mikayılova (Adıgözəlova) Sevda İsa qızından tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:- **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SFİFT BİK: CTREAZ22, hesab № AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595 - ə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-37/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-37/2023
13.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver