Məhkəmə qərarları › İş №2(058)-570/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-570/2025

04.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-570/2025 04.06.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X10 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun övladı X2 xx.xx.2015-ci ildə Gəncə şəhərində doğulmuş, Samux rayonıu, Qarabağlar kəndi, Ərəstun Əliyev küçəsində yerləşən ata evində ağır dərəcəli toksiki ensafalit xəstəliyindən xx.xx.2018-ci ildə vəfat etmişdir. Uşaq evdə vəfat etdiyinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadığından, Maraqlı şəxs xx.xx.2018-ci ildə vəfat etmiş Ələkbərov Mehdi adlı övladına ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Vəfat etmiş Ələkbərov Mehdi adlı övladının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında sağ göstərilməsi ona əlavə kommunal xidmətlərlə bağlı məsuliyyət yaradır, əmlak alqı-satqı işlərində əlavə lüzumsuz sənədlər tərtibatı yaradır, eləcə də, gələcəkdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə aralarında məcburi hərbi xidmət borcu ilə bağlı çətinliklərlə üzləşməyinə zəmin yaradır. Məhkəmə qətnaməsi olmadığı üçün o, məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçi onun qızıdır. X5 ailə həyatı qurmuş, 2014-cü ildə boşanmışdır. Vüsalənin 2015-ci il tarixdə Mehdi adlı bir övladı doğulmuşdur. Vüsalənin övladı Mehdi üç il yaşamış, lakin üç yaşında xəstəlikdən vəfat etmişdir. Mehdi Samux rayonu, Qarabağlar kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun bacısıdır. Vüsalənin 2015-ci il tarixdə Mehdi adlı övladı doğulmuşdur. Mehdi 2018-ci il tarixdə vəfat etmiş və Samux rayonu, Qarabağlar kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, hazırda X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 358 nömrəli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Qarabağlar kənd sakini Ərizəçi vətəndaş X3 ilə birgə yaşadığı dövrdə xx.xx.2015-ci il tarixdə doğulmuş X2 adlı uşağı anasının deməsinə görə xx.xx.2018-ci il tarixdə vəfat etmiş və Qarabağlar kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Bayramova (Aslanova) Vüsalə Zərqəm qızının faktiki münasibətlərindən xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində X2 doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədləri bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə həmçinin nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Nəhayət, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində doğulmuş X2 xx.xx.2018-ci il tarixdə Samux rayonu, Qarabağlar kəndində ölmüşdür. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində doğulmuş X1 xx.xx.2018-ci il tarixdə Samux rayonu, Qarabağlar kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində doğulmuş X1 xx.xx.2018-ci il tarixdə Samux rayonu, Qarabağlar kəndində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar