Məhkəmə qərarları › İş №2(058)-7/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-7/2023

31.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-7/2023 31.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X27 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X13, Cavabdeh və onun vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, X16 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “payların naturada ayrılması və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh, X16 və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “payların naturada ayrılması və mülkiyyət hüququnun tanınması” tələbinə tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış üzrə birgə mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsindən mərhum əri X14 payının 1/3 hissəsinin yeni inşa edilmiş evin yerləşdiyi hissədən naturada ayrılması və ayrılmış torpaq sahəsi üzərində yerləşən yeni inşa edilmiş tikiliyə mərhum əri X14 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1058-ci il tarixdə Gəncə şəhərində anadan olmuş və xx.xx.1995-ci il tarixdə X22 ilə el adəti üzrə faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahlarını xx.xx.2000-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdırş Onlar ailə quran zaman Samux rayonu, Zazalı kəndində yerləşən, mərhum qaynanası X7 məxsus evə gəlin köçmüş və orada qaynanası X17, əri X22 və cavabdeh olan baldızı Cavabdeh ilə birlikdə yaşamışdır. O, əri X22 ilə birgə yaşadıqları müddətdə mərhum qaynanası X7 Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş, 01 saylı qərarı ilə verilmiş, Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha torpaq sahəsində 2014-cü ildə mişar daşından (kubik) 4 otaqdan, dəhlizdən və bir mətbəxdən ibarət, bir mərtəbəli, kürsülü yeni fərdi yaşayış evi tikdirmişlər. Onun mərhum əri X22 evlərdə rəngsaz (malyar) işləmiş, pay torpaq sahələrini icarəyə götürüb əkinlə məşğul olmaqla əldə edilən gəlirlə bu fərdi yaşayış evini inşa etmiş mərhum X22 bu fərdi yaşayış evinin dam örtüyünü (şifer), evin suvağını, ayna-qapılarını qoymuş, sanitar qovşağını quraşdırmış, lakin yaşayış üçün hazır vəziyyətə gətirə bilməmişdir. Onun qaynanası X18 xx.xx.2015-ci il tarixdə, əri X22 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Bundan sonra o, Samux Rayon Məhkəməsində cavabdehlər Cavabdeh, X16, X2 və DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı-mərhum qaynanası X3 miras qalmış Samux rayonu, Zazalı kəndində 0.26 ha həyətyanı torpaq sahəsindən mərhum əri X14 payına düşən həyətyanı torpaq sahəsinə mərhum X14 qanun üzrə birinci növbə vərəsə kimi tanınması, payı müəyyən edilməklə paya mərhum əri X14 mülıkiyyət hüququnun tanınması, mülkiyyətinə verilməsi və xx.xx.1995-ci ildə mərhum əri X22 ilə ailə quran zaman gəlin köçdüyü evə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınması- tələbinə dair iddia qaldırmış, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-203/2019 saylı qətnaməsi ilə onun mərhum əri X22, Cavabdeh və qaynı X23 mərhum anaları X5 mirası qəbul edən qanun üzrə birinci növbə vərəsələri tanınmış, mərhum X3 miras qalmış, Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin hər birinə 1/3 hissə ilə pay ilə mərhum X14, Cavabdeh və X13 mülkiyyət hüquqları tanınmış, həmin hissələr onların mülkiyyətinə verilmiş, onun xx.xx.1995-ci ildə mərhum əri X22 ilə ailə quran zaman gəlin köçdüyü Samux rayonu, Zazalı kəndində yerləşən mərhum qaynanası X5 adına olan, cavabdehlərdən Cavabdeh adına olan, cavadehlərdən Cavabdeh yaşadığı və istifadə etdiyi 2 отаглы yaşayış evinə köçürülməklə həmin ivdən istifadə hüququnun tanınması qət edimişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-203/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh, X23, X8, X9, X6 və X20 tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-2520/2019 nömrəli qətnaməsinə əsasən cavabdelər Cavabdeh, X23, X8, X9, X6 və X20 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(058)-203/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(058)-203/2019 nömrəli qətnaməsinə əsasən Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinin mərhum X10, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsinə X13 paylı mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə **********23 reyestr nömrəsində ********** sayla qeydiyyata alınmış çıxarış verilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha torpaq sahəsində mişar daşından (kubik) 4 otaqdan, dəhlizdən və bir mətbəxdən ibarət, bir mərtəbəli, kürsülü sözü gedən yeni fərdi yaşayış evi onun mərhum anası X5 vəsaiti hesabına inşa edilmişdir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X23 məhkəmə iclasında Cavabdeh ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili X19 məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Samux rayonu, Zazalı kəndində yerləşən 0.26 ha torpaq sahəsi hər birinə 1/3 hissə payı olmaqla X14, Cavabdeh və X13 adlarına qeyd edilmişdir. xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X22 11 fevral 2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2000-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X22 ilə Əsgərova (Salmanova) Sahibə Qədir qızının nikahları 17 iyul 2000-ci il tarixdə 218 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.1959-cu il tarixdə Zazalı kənd sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X24 ilə X5 birgə nikahlarından 04 may 1959-cu il tarixdə X22 anadan olmuşdur. xx.xx.1985-ci il tarixdə Xanlar rayonu Samux rayon Sovetliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X24 02 yanvar 1985-ci il tarixdə vəfat etmişdir. xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X17 27 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarxli 2(058)-203/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin olunmuş, İddiaçı mərhum əri X22 və cavabdehlərdən Cavabdeh və X23 mərhum anaları X5 mirası qəbul edən qanun üzrə birinci növbə vərəsələri tanınmaları, mərhum X3 miras qalmış Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə verilmiş Samux rayon Zazalı kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə mərhum X14, 1/3 hissəsinə Cavabdeh və 1/3 hissəsinə X13 bir vərəsə kimi mülkiyyət hüquqları tanınmaqla həmin hissələrin onların mülkiyyətinə verilməsi, İddiaçı xx.xx.1995-ci ildə mərhum əri X22 ilə ailə quran zaman gəlin köçdüyü Samux rayonu Zazalı kəndində yerləşən mərhum qaynanası X5 adına olan, cavabdehlərdən Cavabdeh yaşadığı və istifadə etdiyi 2 otaqlı yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüququnun tanınması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(104)-2520/2019 nömrəli qətnaməsindən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixi, 2(058)- 203/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-745/2020 nömrəli qərarından görünür ki, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-2520/2019 nömrəli qətnaməsi kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli 10/3593 saylı rəyindən görünür ki, Samux rayon Zazalı kəndində yerləşən 0,26 ha torpaq sahəsinin giriş hissəsində sağ və sol tərəfində 1 mərtəbəli yaşayış evləri və köməkçi tikililərin, ön tərəfdə isə 2 mərtəbəli fərdi yaşayış evinin olduğu, həmin tikililərin bir qisminin torpaq sahəsinin künc hissələrində yerləşdiyi və bölgü zamanı tikililərin payçılardan birinin sahəsinə düşəcəyi, üç tərəfdən qonşularla əhatə olunduğu nəzərə alındıqda, Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq torpaq sahəsindən İddiaçı mərhum əri X14 payına düşən 1/3 hissənin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissə də daxil olmaqla cavabdehlər Cavabdeh və X15 payından naturada ayrılmaqla real bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/4334 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışa əsasən Samux rayon Zazalı kəndində yerləşən, hüquq sahibləri, X14, Cavabdeh və X11 hər birinin payı 1/3 hissədə olan 0.26 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən İddiaçı mərhum əri X14 payına düşən 1/3 hissəsinin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissədə daxil olmaql cavabdehlər Cavabdeh və X13 torpaq sahəsindən naturada ayrılması mümkündür. Bunun üçün, tədqiq olunan həyətyanı torpaq sahəsinin darvazasından 2.20 m enində 16.70 m uzunluqda hər iki tərəfdən sərhəd hasarı çəkilməli və evin arxa divarından giriş-çıxış qapısı açılmalı, evin arxa hissəsindən 18.0 m enində 35.0 m uzunluqda torpaq sahəsi hasara alınaraq ayrılmaldır. Yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş-çıxış qapıları quraşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mükiyyətçilərdən hər birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, işin tam və obyektiv araşdırılımasını təmin etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4334 nömrəli rəyində, Samux rayon Zazalı kəndində yerləşən, 0.26 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsindən İddiaçı mərhum əri X14 payına düşən 1/3 hissəsinin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissədə daxil olmaqla cavabdehlər Cavabdeh və X13 torpaq sahəsindən naturada ayrılmasının mümkün olduğu, bunun üçün, tədqiq olunan həyətyanı torpaq sahəsinin darvazasından 2.20 m enində 16.70 m uzunluğunda hər iki tərəfdən sərhəd hasarının çəkilməsi və evin arxa divarından giriş-çıxış qapısının açılması, evin arxa hissəsindən 18.0 m enində 35.0 m uzunluqda torpaq sahəsinin hasara alınaraq ayrılması, yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş-çıxış qapılarının quraşdırılmasının mümkün olduğu göstərilmişdir. Məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4334 saylı rəyi iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbinin “ayrılmış torpaq sahəsi üzərində yerləşən yeni inşa edilmiş tikiliyə mərhum əri X14 mülkiyyət hüququnun tanınması” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4334 saylı rəyində qeyd olunduğu kimi, yəni Samux rayon Zazalı kəndində yerləşən, 0.26 ha torpaq sahəsindən İddiaçı mərhum əri X14 payına düşən 1/3 hissəsinin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissə də daxil olmaqla cavabdehlər Cavabdeh və X13 torpaq sahəsindən naturada ayrılmasının mümkün olduğu, bunun üçün, tədqiq olunan həyətyanı torpaq sahəsinin darvazasından 2.20 m enində 16.70 m uzunluğunda hər iki tərəfdən sərhəd hasarının çəkilməsi və evin arxa divarından giriş-çıxış qapısının açılması, evin arxa hissəsindən 18.0 m enində 35.0 m uzunluqda torpaq sahəsinin hasara alınaraq ayrılması, yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş –çıxış qapılarının quraşdırılmasının mümkün olduğu göstərilmişdir. Məhkəmə iddia ərizəsində göstərilən tələbləri araşdırarkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4334 nömrəli rəyi iddia tələbinin həll edilməsi üçün sübut kimi qəbul edilməlidir. Samux rayon Zazalı kəndində yerləşən, 0.26 ha torpaq sahəsində İddiaçı mərhum əri X14 payına düşən 1/3 hissəsinin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissə də daxil olmaqla naturada ayrılaraq bölünməli, Samux rayonu, Zazalı kəndində yerləşən, 0.26 ha torpaq sahəsinin darvazasından 2.20 metr enində 16.70 m uzunluğunda hər iki tərəfdən sərhəd hasarı çəkilməli və evin arxa divarından giriş-çıxış qapısı açılmalı, evin arxa hissəsindən 18.0 m enində 35.0 m uzunluqda torpaq sahəsi hasara alınaraq ayrılmalı, yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş-çıxış qapıları quraşdırılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4334 nömrəli rəyi üzrə 50 (əlli) manat və xx.xx.2022-ci il tarixli 10/4334 saylı rəyi üzrə 100 (yüz) manat, cəmi 150 manat ekspertiza xərci Cavabdeh və X12 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, **********, SWİFT BİK: STREAZ22, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Samux rayonu, Zazalı kəndində yerləşən, 0.26 ha torpaq sahəsindən X14 payına düşən 1/3 hissəsinin həmin torpaq sahəsində yeni inşa edilmiş tikilinin yerləşdiyi hissə də daxil olmaqla naturada ayrılaraq bölünsün. Samux rayon Zazalı kəndində yerləşən, 0.26 ha torpaq sahəsinin darvazasından 2.20 m enində 16.70 m uzunluğunda hər iki tərəfdən sərhəd hasarı çəkilsin və evin arxa divarından giriş-çıxış qapısı açılsın. Samux rayonu, Zazalı kəndində yerləşən, 0.26 ha torpaq sahəsidə yerləşən evin arxa hissəsindən 18.0 m enində 35.0 m uzunluqda torpaq sahəsi hasara alınaraq ayrılsın və yaradılan sahədə yerləşən dəmir darvaza sökülərək yerinə iki ayrı ayrılıqda giriş-çıxış qapıları quraşdırılsın (xx.xx.2022-ci il tarixli 10/4334 saylı rəyinə əlavə olunmuş plan sxemə uyğun). İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 10/4334 nömrəli rəyi üzrə 50 (əlli) manat və xx.xx.2022-ci il tarixli 10/4334 saylı rəyi üzrə 100 (yüz) manat, cəmi 150 manat ekspertiza xərci Cavabdeh və X12 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, büdcə səviyyəsinin kodu 3, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar