Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-876/2024 07.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X5 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Mübariz qızının iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs Mübariz qızı) “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə” dair ərizə üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs Mübariz qızı arasında mediasiya prosesində 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 nömrəli bağlanılmış barışıq sazişinin, yəni 1-ci və 2-ci bənddə göstərilən hissədə olan atanın uşaqla həftəsonu şənbə-bazar günləri saat 10:00-dan axşam 20:00-a kimi görüşməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 28 dekabr 2018-ci il tarixdə 1 saylı Gəncə Regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikah dövründə onların 14 sentyabr 2019-cu il təvvəlüdlü X4 adlı 1 uşaqları anadan olmuşdur. O, cavabdeh ilə ailə qurduqdan sonra ilk əvvəllər mehriban yaşamışlar, sonradan aralarında baş verən narazılıqlar səbəbindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs atası evinə azyaşlı uşağ ilə birlikdə çıxıb getmişdir. Birgə nikah dövründə anadan olmuş uşaqları hazırda Maraqlı şəxs himayəsindədir. O, birgə nikah dövründə anadan olmuş 14 sentyabr 2019cu il təvəllüdlü X4 ilə ünsiyyətdə olma tələbinə dair Mediasiya Təşkilatına müraciət etmişdir, mediasiya prosesində onunla və Maraqlı şəxs arasında 19 fevral 2024-cü İl tarixli MŞG/1MT007/00352 saylı barışıq sazişi bağlanmışdır, həmin barışıq sazişi əsasən tərəflər: Maraqlı şəxs Ərizəçi ilə xasiyyətləri tutmadığı üçün nikahlarının məhkəmə qaydasında pozulmasına, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 ana himayəsində saxlanılmasına, aliment, cehiz əşyalarının çıxarılmasına, atanın uşaqla həftəsonu şənbə-bazar günləri saat 10:00-dan axşam 20:00-a kimi görüşməsinə öz aralarında razılığa gəlmişlər. Maraqlı şəxs nikahının məhkəmə qaydasında pozulmasına, uşağın ana himayəsində saxlanılmasına. Uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 235 manat aliment pulunun ata X1 ana Maraqlı şəxs kartına hər ayın xx.xx.2024-cü il tarixdən göndərməsinə, cehiz əşyalarının çıxarılmasına və atanın uşaqla həftəsonu şənbə-bazar günləri saat 10:00-dan axşam 20:00-a kimi görüşməsinə razılaşdığını bildirmişdir. Ərizəçi birinci tərəf Maraqlı şəxs fikirləri ilə razılaşdığını bildirdi və eyni zamanda hər ay 235 manat aliment pulunu hər ayın xx.xx.2024-cü il tarixində vaxtlı-vaxtında Maraqlı şəxs kartına göndərmək üçün öz üzərinə öhdəlik götürmüşdür. Tərəflər nikahın pozulması Mediatorun səlahiyyətində olmadığı üçün məhkəməyə müraciət etməyə razılaşmışlar. Tərəflər, Maraqlı şəxs və Ərizəçi barışıq sazişində yazılanları oxumuşlar, dinləmişlər və imza atmağa razılaşmışlar. Tərəflər barışıq sazişinə əsasən bir-birilərinə verdikləri sözlərə görə gələcəkdə məsuliyyətsizlik etsələr və öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsələr tərəf-tərəfi məhkəməyə verə bilər. O, Maraqlı şəxs ilə aralarında mediasıya prosesində barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs ona qarşı Gəncə Şəhər Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmışdır və həmin mülki işin məhkəmə baxış iclası 16 avqust 2024-cü il tarixdə keçirilməsi təyin olunmuşdur. O, Maraqlı şəxs ilə ayrıldıqdan sonra mediasiya prosesində bağlanmış barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi icra edərək hər ay uşağı üçün 235 manat aliment pulu ödəyir. Lakin Maraqlı şəxs barışıq sazişinə əsasən üzərinə götürmüş olduğu öhdəliyi icra etməyərək birgə nikah dövründə anadan olmuş 14 sentyabr 2019-cu il təvəllüdlü X7 oglu ilə onun ünsiyyətdə olmağına mane olur. Uşağı ilə 2 aydan artıqdır ki, görüşə bilmir və ondan hər hansı məlumat ala bilmir. 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 nömrəli barışıq sazişində barışıq sazişinin könüllü icrası üçün müddət göstərilməmişdir. Barışıq sazişi onunla Maraqlı şəxs arasında 19 fevral 2024-cü il tarixdə bağlanılmaqla imza edilmişdir. Lakin həmin barışıq sazişinin üzərindən 6 aydan da çox müddət keçməsinə baxmayaraq son bir ayda barışıq sazişi Maraqlı şəxs tərəfindən icra olunmamışdır. Hesab edir ki, onların aralarında bağlanmış 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 nömrəli barışıq sazişi 1-ci və 2-ci bənddə göstərilən hissədə, yəni atanın uşaqla istədiyi vaxt görüşməsi məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mediasiya xidmətində Maraqlı şəxs Mübariz qızı ilə razılığa gəlmişlər ki, o, uşağı ilə şənbə-bazar günləri saat 10:00-dan axşam 20:00-a kimi görüşməlidir. Lakin qarşı tərəf üzərinə düşən öhdəliyi icra etmir. O, iki aydır ki, uşağını görmür. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Mübariz qızı bildirdi ki, o, Ərizəçi ilə mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Qarşı tərəfin anası, xalası və bacısı onun çehiz əşyalarının çıxarılmasını tələb edirdi. Sonra isə onun çehiz əşyalarını çıxarılmasında qarşı tərəf ona mane oldu. O, əvvələr uşaqı tərərflə görüşməsi üçün Gəncə şəhərinə aparırdı, sonra isə qarşı tərəfə bildirdi ki uşağİ ilə görüşmək istərsə kəndə gəlsin. Onun çehiz əşyaları nə vaxt çıxarılarsa o, vaxt da qarşı tərəf uşaq ilə görüşə bilər. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Ərizəçi və Maraqlı şəxs arasında 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki:
1. Maraqlı şəxs Ərizəçi ilə xasiyyətləri tutmadığı üçün nikahlarının məhkəmə qaydasında pozulmasına, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 ana himayəsində saxlanılmasına, aliment, cehiz əşyalarının çıxarılmasına, atanın uşaqla həftə sonu şənbə-bazar günləri saat 10:00-dan axşam 20:00-a kimi görüşməsinə öz aralarında razılaşmışlar.
2. Maraqlı şəxs nikahın məhkəmə qaydasında pozulmasına, uşağın ana himayəsində saxlanılmasına, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 235 manat aliment pulunun ata Ərizəçi ana Maraqlı şəxs kartına hər ayın xx.xx.2024-cü il tarixdən göndərməsinə, cehiz əşyalarının çıxarılmasına və atanın uşaqla həftə sonu şənbə-bazar günləri saat 10:00-dan axşam 20:00-a kimi görüşməsinə razılığını bildirmişdir. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli 314 nömrəli arayışın surətindən görünür ki, Ərizəçi və Maraqlı şəxs Mübariz qızının arasında xx.xx.2018-ci il tarixdə 2961 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli 315 nömrəli arayışın surətindən görünür ki, X7 oglu 14 sentyabr 2019-cu il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxs Mübariz qızıdır. Belə ki, “Mediasiya haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.(“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 nömrəli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs Mübariz qızı tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü şəkildə lazımınca icra etməmişdir. Bu halı təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi:
Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs Mübariz qızının arasında mediasiya xidmətində 19 fevral 2024-cü il tarixli MŞG/1MT007/00352 nömrəli bağlanmış barışıq sazişinin, 1-ci və 2-ci bəndlərində göstərilən hissədə olan atanın uşaqla həftə sonu şənbə və bazar günləri saat 10:00-dan axşam 20:00-a kimi görüşməsinə dair bağlanmış barışıq sazişi təsdiq edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Gündüz Şirinov