Məhkəmə qərarları › İş №2(058)-892/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-892/2025

25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-892/2025 25.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ X24 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il təvəllüdlü bacısı X4 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci il tarxdə Samux rayonu, Qovlarsarı kəndində anadan olmuşdur və hazırda həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Onun mərhum atası X11 ilə mərhumə anası X3 birgə nikahlarından xx.xx.1975-ci il təvəllüdlü bacısı X12 adlı övladları anadan olmuşdur. O, mülkü adına sənədləşdirən zaman bacısı X4 adı alt sistemdə çıxdığı üçün mülkü sənədləşdirə bilməmiş, xx.xx.1975-ci ildə doğulmuş bacısı bir yaşı tamam olmamış ölmüşdür. X7 ölüm haqqında şəhadətnamə alınmamışdır. Bu məqsədlə o, Maraqlı şəxsnə müraciət etmiş, X4 ölüm akt qeydi tapılmadığı üçün Maraqlı şəxs imtina məktubu vermişdir və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, ilk öncə Maraqlı şəxsnə müraciət etdikdə ona bildirmişlər ki, mərhumə bacısı X5 ölüm kağızı tapılmır və bu barədə imtina məktubu verərək məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən xx.xx.1975-ci il təvəllüdlü bacısı X5 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması üçün o, məkəməyə ərizə vermiş, lakin sonradan maraqlı şəxs xx.xx.1975-ci il təvəllüdlü bacısı X4 ölüm haqqında xx.xx.1976-cı il tarixli 6 nömrəli akt qeydini təqdim etmiş, lakin akt qeydi ilə doğum haqqında şəhadətnamə arasında şəxsin adında hərf səhvinin olduğu müəyyən edilmişdir. Belə ki, onun mərhumə bacısının doğum haqqında şəhadətnamədə adı Zəbinə kimi qeyd olunmuşdur. Ölüm haqqında xx.xx.1976-cı il tarixli 6 nömrəli qeyd aktında şəxsin adı Zəminə kimi qeyd olunmuşdur, yəni texniki səhvə yol verilərək adda “b” hərfi əvəzinə “m” hərfi yazılmışdır. Məhkəmədən xx.xx.1976-cı il tarixli 6 nömrəli ölüm haqqında akt qeydinin İİİ - № ЖГ 370449 nömrəli doğum haqqında şəhadətnamədə qeyd olunmuş xx.xx.1975-ci il təvəllüdlü X8 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bacısı X5 ölüm haqqında akt qeydində adı Zəbinə əvəzinə səhvən Zəminə kimi yazılmışdır. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X6 ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, hazırda X5 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Qovlarsarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 99 nömrəli məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi həqiqətən Samux rayonu, Qovlarsarı kəndində şəhid Xasay Həsənov küçəsində yaşayır. İş materiallarında olan Xanlar rayonu Qovlarsarı kənd soveti tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X2 nikahları xx.xx.1964-cü il tarixdə bağlanmışdır. İş materiallarında olan Xanlar rayonu Qovlarsarı kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X2 birgə nikahlarından xx.xx.1975-ci il tarixdə Xanlar rayonu, Qovlarsarı kəndində X13 doğulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə X9, X10 və X14 tərəfindən tərtib edilmiş aktdan görünür ki, qonşuları X11 ilə X2 birgə nikahlarından xx.xx.1975-ci il təvəllüdlü X12 adlı uşaq olmuşdur, 3 aylıq olanda ölmüşdür. İş materiallarında olan xx.xx.1976-cı il tarixli 6 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X12 xx.xx.1976-cı il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, Xanlar rayonu Qovlarsarı kənd soveti tərəfindən verilmiş İİİ-ЖГ 370449 nömrəli doğum haqqında şəhadətnamədə ərizəçinin bacısının adı Zəbinə kimi qeyd edilmişdir, lakin xx.xx.1976-cı il tarixli 6 nömrəli ölüm haqqında akt qeydində texniki yanlışlıqla ərizəçinin adı Zəminə kimi qeyd edilmiş, həmin qeyd X8 məxsusdur. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə həmçinin nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Belə olan halda, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 adına verilmiş xx.xx.1976-cı il tarixli 6 nömrəli ölüm haqqında akt qeydinin xx.xx.1976cı il tarixdə vəfat etmiş X8 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar