Məhkəmə qərarları › İş №2(058)-91/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-91/2023

18.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-91/2023 18.01.2023 SAMUX RAYON MƏKƏMƏSİ X17 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı X1, Cavabdeh X7 və onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 cavabdeh X9 qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası üzrə mülki işə Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh X9 qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 ilə aralarında olan 16 mart 2009-cu il tarixdə 79 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından 22 noyabr 2009-cu il tarixdə anadan olmuş X8, 25 noyabr 2012-ci il tarixdə anadan olmuş X3 və 04 iyul 2018-ci il tarixdə anadan olmuş X6 onun yanında saxlanılması və birgə nikahlarından dünyaya gəlmiş 3(üç) uşaq üçün cavabdehdən əmək haqqının və əlavə gəlirlərinin yarısının tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X13 ilə 16 mart 2009-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından 22 noyabr 2009-cu il tarixdə X14, 25 noyabr 2012-ci il tarixdə X10 və 04 iyul 2018-ci il tarixdə X11 adlı üç uşaqları anadan olmuşdur. Cavabdeh X13 ilə aralarında daima narazılıqlar olmuşdur. O, cavabdehin qeyri-normal hərəkətlərinə hazırkı vaxtadək dözmüş və ailəsinin dağılmaması üçün cavabdehin hərəkətlərinə göz yummuşdur. Hazırda cavabdeh ilə aralarında olan ər-arvad münasibətlərinə son qoymuş və qəti olaraq aralarında olan nikahın pozulmasını istəyir. Onların nikahları formal xarakter daşıyır və bundan sonra onların barişib birgə yaşamaları mümkünsüzdür. Ayrıldıqları müddət ərzində cavabdeh ailəsinə baxmamış, maddi və mənəvi yardım göstərməmişdir. O, hazırda azyaşlı uşaqları ilə birlikdə maddi çətinlik çəkir. İddiaçı X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X13 məhkəmə iclasında bildirdi ki, onların birgə yaşamaları mümkün olmamış və faktiki olaraq ayrılmışlar. Bundan sonra onların barışıb birgə yaşamaları mümkün deyildir. Məhkəmədən onlara barışıq üçün vaxt verilmədən nikahlarının pozulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında cavabdeh X13 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəflərin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki,16 mart 2009-cu il tarixdə Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə Səlimova (Quliyeva) Ceyhunə Ceyhun qızının nikahları 16 mart 2009-cu il tarixdə 79 nömrəli akt qeydi ilə bağlanmışdır. xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 ilə X1 birgə nikahlarından 04 iyul 2018-ci il tarixdə X11 anadan olmuşdur. 25 noyabr 2009-cu il tarixdə Samux rayon Qarayeri qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 ilə X1 birgə nikahlarından 22 noyabr 2009-cu il tarixdə X14 anadan olmuşdur. 27 noyabr 2012-ci il tarixdə Samux rayon Qarayeri qəsəbə İcra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X13 ilə X1 birgə nikahlarından 25 noyabr 2012-ci il tarixdə X10 anadan olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər uzun müddətdir ki, ailə münasibətlərini kəsmiş, ər-arvad kimi yaşamırlar. Ayrı-ayrı ünvanlarda yaşamaqla müstəqil təsərrüfatı idarə edirlər. Onların nikahları formal xarakter daşıyır. Ailənin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcələsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcələsinin 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Məhkəmə tərəflərə hazırkı vəziyyətdə barışıq üçün vaxt verilməsi zəruriliyini mümkün hesab etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanamsı üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, nikahın pozulmasına imkan verməyən qanunvericilikdə nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğunun sübuta yetirilmədiyi, iddiaçı tərəfin nikahın pozulmasında təkid etdiyini, cavabdeh tərəfin nikahın pozulmasına razı olduğunu, eləcə də ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının artıq qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasındakı nikah pozulmalı, uşaqların yaşı və mənafeyi nəzərə alınmaqla tərəflərin birgə nikahlarından 22 noyabr 2009-cu il tarixdə anadan olmuş X14, 25 noyabr 2012-ci il tarixdə anadan olmuş X10 və 04 iyul 2018-ci il tarixdə anadan olmuş X11 nikahın pozulmasından sonra iddiaçının himayəsində saxlanılmalı, 22 noyabr 2009-cu il tarixdə anadan olmuş X8, 25 noyabr 2012-ci il tarixdə anadan olmuş X3 və 04 iyul 2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay cavabdeh X7 qazancının (və ya başqa gəlirinin) yarısı miqdarında aliment tutularaq, iddiaçı X2 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Səlimova (Quliyeva) Ceyhunə Ceyhun qızı ilə cavabdeh X7 arasında 16 mart 2009-cu il tarixdə Samux şəhəri Samux rayon Qeydiyyat şöbəsində 79 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından 22 noyabr 2009-cu il tarixdə anadan olmuş X14, 25 noyabr 2012-ci il tarixdə anadan olmuş X10 və 04 iyul 2018-ci il tarixdə anadan olmuş X11 nikahın pozulmasından sonra iddiaçı Səlimova (Quliyeva) Ceyhunə Ceyhun qızının himayəsində saxlanılsınlar. 22 noyabr 2009-cu il tarixdə anadan olmuş X8, 25 noyabr 2012-ci il tarixdə anadan olmuş X3 və 04 iyul 2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay cavabdeh X7 qazancının (və ya başqa gəlirinin) yarısı miqdarında aliment tutularaq, iddiaçı Səlimova (Quliyeva) Ceyhunə Ceyhun qızının xeyrinə ödənilsin. Qətnamənin “alimentlə bağlı hissəsi” qəbul edildikdən sonra dərhal qüvvəyə minir və həmin hissədə dərhal icraya yönəldilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar