Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-92/2023 09.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ X19 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı X8 və onun nümayəndəsi X4, Cavabdeh X3 və onun nümayəndəsi - Vəkil iştirakı ilə, İddiaçı Elyar qızının cavabdeh X5 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Elyar qızı cavabdeh X5 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 iddia ərizəsinin təsvir hissəsində göstərdiyi cehiz əşyalarını, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə ifadədə dəyəri olan cəmi 16053 (on altı min əlli üç) manat pulun, dövlət rüsumu kimi ödədiyi 140 manatın və mediasiya xidmətinə görə ödədiyi 50 manatın alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, avqust 2019-cu ildə Bərdə rayonu Türkmən kənd sakini, xalasının oğlu X10 ilə nişanlanmışdır. Lakin 2019-cu ilin dekabr ayında başlamış COVİD-19 pandemiyası səbəbindən toyları və digər mərasimlər dövlət tərəfindən rəsmi icazə verilənədək təxirə salınmış, nişanlı olduqları üçün toyu planlaşdırdıqlarına görə onu bərk və yumşaq mebellərdən yorğan-döşəkdən, müxtəlif məişət və mətbəx əşyalarından, xalça-palazdan ibarət olan cehiz əşyaları valideyinləri tərəfindən alınıb tədarük edilmişdir. 2020-ci ilin mart ayında nişanlısının valideyinləri ilə yaşadığı evə aparılmış, xalçalar döşənmiş, pərdələr asılmış, digər məişət və mətbəx əşyalarıda yerləşdirilmişdir. X1 ilə evliliyi müxtəlif səbəblərdən baş tutmadığı üçün onunla ailə qurmaq fikrindən daşınmış və nişanı qaytarmışdır. 05 avqust 2022-ci il tarixdə ona məlum olmuşdur ki, keçmiş nişanlısı X6 tələbi və razılığı ilə lakin ona məlumat verilmədən və ondan xəbərsiz cavabdeh atası X9 ona məxsus cehiz əşyalarını götürmüş və naməlum yerə aparmışdır. Atası və anası nikah qeydini pozdurmaq məqsədi ilə hüquqi prosedur başlatdıqlarına görə uzun müddətdir ki, ayrı-ayrı yerlərdə yaşayırlar. Onun tərəfindən atası X5 razılıq verilməmişdir ki, onun cehizini özbaşına gedib götürsün və harasa aparsın. Eyni zamanda X7 da razılıq verməmişdir ki, onun cehiz əşyalarını kiməsə o, cümlədən də atasına versin. Odur ki, cavabdehdən dəfələrlə özü və yaxud anası Nəcibə Xudaverdiyeva və digər qohum-əqraba vasitəsi ilə xahiş və tələb etmişlər ki, onun cehiz əşyalarını qayatarıb özünə versin. Lakin cavabdeh bunu könüllü olaraq etmir. Cavabdeh mediasiya sessiyasında iştirak etmək üçün heç bir üzürlü səbəb olmadan gəlməməklə mübahisənin məhkəmədən kənar mediatorun vasitəçiliyi ilə həllindən imtina etdiyini nümayiş etdirmişdir. Mediatorun xidmət haqqı 50 manat məbləğində və onun tərəfindən ödənilmişdir. Məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehdə olan cehiz əşyaları aşağdakılardır: 1, ədəd, çilçıraq (yarımxurustal) - dəyəri 80 manat, 1 ədəd, çilçıraq (yarımxurustal) dəyəri 70 manat, 1 ədəd, çilçıraq (böyük, xurustal) - dəyəri 220 manat, 1 ədəd, elektirik ətçəkən maşın - dəyəri 90 manat, 1 ədəd, elektirikli şirəçəkən maşın - dəyəri 110 manat, 1 ədəd, mikser (krem qarışdıran) - dəyəri 40 manat, 1 ədəd, ütü - dəyəri 70 manat, 3 ədəd, mətbəx naborları - 40, 30 və 20 manat dəyərlərində olmaqla cəmi 90 manat dəyərində, 1 dəst, bıçaq dəsti - dəyəri 45 manat, çamadan adlanan bıçaq, çəngəl və qaşıq dəsti dəyəri 180 manat, 12 qaşıq, 12 çəngəl və 12 çay qaşığından ibarət dəst - dəyəri 20 manat, 12 ədəd farfor nəlbəki - dəyəri 30 manat , 12 ədəd armudu stəkan nəlbəkisi (farfor) - dəyəri 22 manat, 12 ədəd mürəbbə nəlbəkisi - dəyəri 18 manat, 12 ədəd təmiz xurustal stəkan - dəyəri 360 manat (1x30), 12 ədəd təmiz xurustal armudu stəkan - dəyəri 240 manat (1x20), 6 ədəd xurustal rumkalar - dəyəri 90 manat (1x15), 1 ədəd divar saatı dəyəri 30 manat, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd bıçaq və 6 ədəd çay qaşığından ibarət dəst (üzərləri güllü) - dəyəri 15 manat, 12 nəfərlik Qırmızı güllü nahar servisi - dəyəri 200 manat, 6 nəfərlik nahar çay servisi - dəyəri 250 manat, 6 nəfərlik digər nahar - çay servisi - dəyəri 250 manat, Üstündə çayniki olan elektirik samovar - dəyəri 180 manat, Çay dan onun 2 çayniki ilə birlikdə - dəyəri 24 manat, 2 ədəd orta ölçü qazan dəyəri 40 manat (1x20), 1 dəst, Qazan dəsti - dəyəri 200 manat (şirəli qazanlar), 2 ədəd tava - dəyəri 24 manat (1x12), 1 ədəd tozsoran - dəyəri 150 manat, 1 ədəd ütü stolu dəyəri 30 manat, qazan dəsti (keramikadan) - dəyəri 200 manat, paltar sərgisi - dəyəri 50 manat, (1 dəst) bıçaq dəsti - dəyəri 40 manat, 2 ədəd şirəli ləyənlər - (biri böyük 25 manat, biri kiçik 15 manat) olmaqla cəmi dəyəri 40 manat, şirəli vedrə - dəyəri 19 manat, 3 ədəd aliminium ləyənlər - (15, 10 və 8 manat olmaqla) - dəyəri 33 manat, kapron vedrə və onun qulplu qabı-dəyəri cəmi 6 manat, kapron vanna - dəyəri 5 manat, 1 ədəd qrafinka 12 ədəd rumkası ilə - dəyəri 120 manat, 1 ədəd qrafinka 6 ədəd stəkanı ilə - dəyəri 30 manat, şirniyyat dəsti (boşqabı və qaşıqları ilə) - dəyəri 50 manat, 2 ədəd böyük meyvə qabları dəyəri 120 manat (1x60), 2 ədəd kiçik meyvə qabları - dəyəri 60 manat (1x30), güldan (xrustal) - 1 ədəd, dəyəri 50 manat, 2 ədəd qəndqabı-dəyəri 40 manat (1x20), 2 ədəd konfet qabı - dəyəri 40 manat (1x20), 2 ədəd dizaynlı fincan (kuruşka) - dəyəri 20 manat (1x10), Sadə ramkalar (6 böyük, 6 kiçik) - dəyəri 10 manat, oxlov və duvax dəsti - dəyəri 9 manat, paltaryuyan şpilkaları və təmizlik bezləri - 10 manat, süfrə (1 ədəd) - dəyəri 50 manat, pakreval (örtük) - 2 ədəd, dəyəri 210 manat (150+60 manat), pərdələr - cəmi dəyəri 800 manat, yorğan-döşək dəsti (2 döşək, 1 qoşa yorğan, 6 yastıq) - dəyəri 480 manat, silkon yorğan (1 ədəd) - dəyəri 30 manat, 2 dəst yorğan - döşək üzü (50 və 40 manata olmaqla) – cəmi dəyəri 90 manat, divan dəsti (yastıq və mütəkkələri ilə) - dəyəri 1699 manat, qoşa çarpayı - dəyəri 429 manat, qorka mebeli (sol tərəf) - dəyəri 369 manat, qorka mebeli (sağ tərəf) - dəyəri 369 manat, kamot mebel - dəyəri 449 manat, 1 ədəd stol - dəyəri 219 manat, 1 ədəd tumba - dəyəri 159 manat, döşək ECORİNE - dəyəri 209 manat, televizor altlığı - dəyəri 219 manat, televizor - dəyəri 1200 manat, 2 çarpayı (dəmirləri hədiyyə) 160 və 200 manat, - cəmi dəyəri 360 manat, (8 ədəd) stullar - dəyəri 600 manat, mətbəx mebeli (aspiratorla birlikdə) - dəyəri 1400 manat, paltaryuyan maşın dəyəri 600 manat, döşək üzü və yorğan üzü dəsti (xarici istehsal) - dəyəri 80 manat, 5 ədəd əl-üz dəsmalları - dəyəri 50 manat, ’‘dumanlı” meyvə, konfet, qənd qabı və güldan dəsti - dəyəri 160 manat, 2 ədəd böyük məhrəba - dəyəri 50 manat (1x25), 10 ədəd çay dəsmalları - dəyəri 30 manat (1x3), döşəmə vedrəsi (şotka, fırça və əski ilə) - dəyəri 18 manat, 3 ədəd gəvə xalça (150,60 və 40 manata olmaqla) - dəyəri 250 manat, yemək saxlamaq üçün qab dəsti - dəyəri 15 manat, stolüstü qaz peçi - dəyəri 90 manat, 6 ədəd kasalar - dəyəri 30 manat (1x5), dolab-dəyəri 1239 manat. Məhkəmə iclasında iddiaçı X12 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cehiz əşyaları atası, anası və onun vəsaiti hesabına alınmış və ona hədiyyə edilmişdir. Həmin cehiz əşyaları təxminən iki ilə yaxın müddətdə keçmiş nişanlısı X7 məxsus evdə qalmışdır. Cavabdeh anası ilə münasibəti pozulduqdan sonra ona məxsus cehiz əşyalarını onun icazəsi olmadan aparmışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X11 məhkəmə iclasında iddiaçı X12 ilə eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında bildirdi ki, qızı X8 cehizlərini o, almış və sonuncunun keçmiş nişanlısı Bərdə rayonu Türkmən kəndində yaşıyan X6 evinə yığmışdır, sonra nişan pozulduğu üçün cehizlərin müəyyən hissəsini oradan götürüb geri qaytarmış, digər hissəsini də X6 evində qoymuşdur. Həmin əşyaların iddiaçıya heç bir adiyyatı yoxdur, əşyaların pulunu o, vermiş nişan baş tutmadığı üçün əşyaları geri qaytarmışdır. Cehiz əşyalarından mətbəx mebeli söküləcəyi təqrirdə yararsız hala düşəcəyindən həmin əşyaları o, evdən götürməmişdir. Cehiz əşyalarından mətbəx mebeli (aspiratorla birlikdə) hazırkı vaxtadək X6 evindədir. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-Vəkil cavabdeh X9 ilə eyni məzunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasının üzvü, mediator X17 tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə MŞG/1-04345 nömrəli arayışdan görünür ki X9 mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəməyə təqdim edilmiş nomenklaturadan görünür ki, (Kardinal künc) 1,699 manat, (Alfa 1 qapı qorka sağ krem) 396 manat, (Alfa 1 qapı qorka sol krem) 396 manat, (Alfan Kamod krem) 449 manat, (Alfa Masa krem) 219 manat, (Alfa çarpayı krem) 429 manat, (Alfa Dolab krem) 1.239 manat, (Alfa Tumba krem) 159 manat, (Çarpayı dəmiri 160*200 qara) 0.01 qəpik, (Döşək ECOLİNE 1600*2000) 209 manat, (Alfa Tv altı krem) 219 manat dəyərindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə görə daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinin tələbinə görə əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi sahib kimi qala bilər, mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə cehiz əşyaları olan divan dəsti (yastıq və mütəkkələri ilə) - dəyəri 1699 manat olan hissəsindən başqa, cehiz əşyalarının dəyəri hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən digər cehiz əşyalarının hazırkı dəyəri barədə məhkəməyə sübut təqdim edilmədiyindən, iddia tələbinin əşyaların qiymətləri hissələrində təmin olunması istisnadır. İddiaçıya məxsus cehiz əşyalarından - mətbəx mebeli (aspiratorla birlikdə) cehiz əşyalarının yığıldığı evdən cavabdeh tərəfindən götürülmədiyindən həmin hissədə də iddia tələbi təmin olunmamalıdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 - 1 ədəd çilçıraq (yarımxurustal), 1 ədəd çilçıraq (yarımxurustal),1 ədəd çilçıraq (böyük, xurustal), 1 ədəd elektirik ətçəkən maşın, 1 ədəd elektirikli şirəçəkən maşın, 1 ədəd mikser (kremqarışdıran), 1 ədəd ütü, 3 ədəd mətbəx dəsti, 1 dəst bıçaq dəsti, çamadan adlanan bıçaq, çəngəl və qaşıq dəsti, 12 qaşıq, 12 çəngəl və 12 çay qaşığından ibarət dəst, 12 ədəd farfor nəlbəki, 12 ədəd armudu stəkan nəlbəkisi (farfor), 12 ədəd mürəbbə nəlbəkisi, 12 ədəd təmiz xurustal stəkan (1x30), 12 ədəd təmiz xurustal armudu stəkan (1x20), 6 ədəd xurustal rumkalar (1x15), 1 ədəd divar saatı, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd bıçaq və 6 ədəd çay qaşığından ibarət dəst (üzərləri güllü), 12 nəfərlik qırmızı güllü nahar servisi, 6 nəfərlik nahar çay servisi, 6 nəfərlik digər nahar çay servisi, üstündə çayniki olan elektirik samovar, çaydan onun 2 çayniki ilə birlikdə, 2 ədəd orta ölçü qazan (1x20), 1 dəst qazan dəsti (şirəli qazanlar), 2 ədəd tava (1x12),1 ədəd tozsoran, 1 ədəd ütü stolu, qazan dəsti (keramikadan), paltar sərgisi, (1 dəst) bıçaq dəsti, 2 ədəd şirəli ləyənlər, şirəli vedrə, 3 ədəd aliminium ləyənlər, kapron vedrə və onun qulplu qabı, kapron vanna, 1 ədəd qrafinka 12 ədəd rumkası, 1 ədəd qrafinka 6 ədəd stəkanı, şirniyyat dəsti (boşqabı və qaşıqları ilə), 2 ədəd böyük meyvə qabları (1x60), 2 ədəd kiçik meyvə qabları (1x30), 1 ədəd güldan (xrustal), 2 ədəd qənd qabı (1x20), 2 ədəd konfet qabı (1x20), 2 ədəd dizaynlı fincan (kuruşka) (1x10), sadə ramkalar (6 böyük, 6 kiçik), oxlov və duvax dəsti, paltaryuyan şipilkallar və təmizlik bezləri, 1 ədəd süfrə, 2 ədəd pakrıval (örtük), pərdələr, yorğan-döşək dəsti (2 döşək, 1 qoşa yorğan, 6 yastıq), 1 ədəd silkon yorğan, 2 dəst yorğan, döşək üzü - divan dəsti (yastıq və mütəkkələri ilə) - dəyəri 1699 manat, qoşa çarpayı, qorka mebeli (sol tərəf), qorka mebeli (sağ tərəf), kamot mebel, 1 ədəd stol, 1 ədəd tumba, döşək ECORİNE, televizor altlığı, televizor, 2 çarpayı, 8 ədəd stullar, paltaryuyan maşın, döşək üzü və yorğan üzü dəsti, 5 ədəd əl-üz dəsmalları, ’‘dumanlı” meyvə, konfet, qənd qabı və güldan dəsti, 2 ədəd böyük məhrəba (1x25), 10 ədəd çay dəsmalları (1x3), döşəmə vedrəsi (şotka, fırça və əski ilə), 3 ədəd gəvə xalça, yemək saxlamaq üçün qab dəsti, stolüstü qaz peçi, 6 ədəd kasalar (1x5), dolab cehiz əşyaları, həmin əşyların naturada alınması mümükün olmadıqda onların dəyəri, ödənilmiş 140 manat dövlət rüsumu və mediasiya xidmətinə görə ödənilmiş 50 manat İddiaçı Elyar qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 - 1 ədəd çilçıraq (yarımxurustal), 1 ədəd çilçıraq (yarımxurustal),1 ədəd çilçıraq (böyük, xurustal), 1 ədəd elektirik ətçəkən maşın, 1 ədəd elektirikli şirəçəkən maşın, 1 ədəd mikser (kremqarışdıran), 1 ədəd ütü, 3 ədəd mətbəx dəsti, 1 dəst bıçaq dəsti, çamadan adlanan bıçaq, çəngəl və qaşıq dəsti, 12 qaşıq, 12 çəngəl və 12 çay qaşığından ibarət dəst, 12 ədəd farfor nəlbəki, 12 ədəd armudu stəkan nəlbəkisi (farfor), 12 ədəd mürəbbə nəlbəkisi, 12 ədəd təmiz xurustal stəkan (1x30), 12 ədəd təmiz xurustal armudu stəkan (1x20), 6 ədəd xurustal rumkalar (1x15), 1 ədəd divar saatı, 6 ədəd xörək qaşığı, 6 ədəd çəngəl, 6 ədəd bıçaq və 6 ədəd çay qaşığından ibarət dəst (üzərləri güllü), 12 nəfərlik qırmızı güllü nahar servisi, 6 nəfərlik nahar çay servisi, 6 nəfərlik digər nahar çay servisi, üstündə çayniki olan elektirik samovar, çaydan onun 2 çayniki ilə birlikdə, 2 ədəd orta ölçü qazan (1x20), 1 dəst qazan dəsti (şirəli qazanlar), 2 ədəd tava (1x12),1 ədəd tozsoran, 1 ədəd ütü stolu, qazan dəsti (keramikadan), paltar sərgisi, (1 dəst) bıçaq dəsti, 2 ədəd şirəli ləyənlər, şirəli vedrə, 3 ədəd aliminium ləyənlər, kapron vedrə və onun qulplu qabı, kapron vanna, 1 ədəd qrafinka 12 ədəd rumkası, 1 ədəd qrafinka 6 ədəd stəkanı, şirniyyat dəsti (boşqabı və qaşıqları ilə), 2 ədəd böyük meyvə qabları (1x60), 2 ədəd kiçik meyvə qabları (1x30), 1 ədəd güldan (xrustal), 2 ədəd qənd qabı (1x20), 2 ədəd konfet qabı (1x20), 2 ədəd dizaynlı fincan (kuruşka) (1x10), sadə ramkalar (6 böyük, 6 kiçik), oxlov və duvax dəsti, paltaryuyan şipilkallar və təmizlik bezləri, 1 ədəd süfrə, 2 ədəd pakrıval (örtük), pərdələr, yorğan-döşək dəsti (2 döşək, 1 qoşa yorğan, 6 yastıq), 1 ədəd silkon yorğan, 2 dəst yorğan, döşək üzü - divan dəsti (yastıq və mütəkkələri ilə) - dəyəri 1699 manat, qoşa çarpayı, qorka mebeli (sol tərəf), qorka mebeli (sağ tərəf), kamot mebel, 1 ədəd stol, 1 ədəd tumba, döşək ECORİNE, televizor altlığı, televizor, 2 çarpayı, 8 ədəd stullar, paltaryuyan maşın, döşək üzü və yorğan üzü dəsti, 5 ədəd əl-üz dəsmalları, ’‘dumanlı” meyvə, konfet, qənd qabı və güldan dəsti, 2 ədəd böyük məhrəba (1x25), 10 ədəd çay dəsmalları (1x3), döşəmə vedrəsi (şotka, fırça və əski ilə), 3 ədəd gəvə xalça, yemək saxlamaq üçün qab dəsti, stolüstü qaz peçi, 6 ədəd kasalar (1x5), dolab cehiz əşyaları, qətnamə icra olunan zaman naturada alınması mümkün olmadıqda isə dəyəri, ödənilmiş 140 manat dövlət rüsumu və mediasiya xidmətinə görə ödənilmiş 50 manat İddiaçı Elyar qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şririnov
Məhkəmə qərarları › İş №2(058)-92/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-92/2023
09.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver