Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-12/2024 02.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, sonuncunun nümayəndəsi Nümayəndə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin digər nümayəndəsi və vəkili Vəkil2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “istifadəsində olmuş şəxsi əşyanın geri qaytarılması” tələbinə dair ilk, eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “istifadəsində olmuş şəxsi əşyanın geri qaytarılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya kredit müqaviləsi əsasında alınaraq hədiyyə edilmiş və qanunsuz sahibliyindən çıxana qədər istifadəsində olmuş 2949 manat dəyərində “İphone 14” markalı, **********9243, **********29763 İMEİ kodlu mobil telefonun mütəxəssisin istismara yararlılıq rəyi alınmaqla, cavabdehdən alınaraq ona qaytarılması, həmçinin ödənilmiş 55 manat məbləğində mediasiya xərcinin də cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda cavabdehin evində olan ümumi dəyəri 6400 manat təşkil edən qızıl-zinət əşyalarının, ümumi dəyəri 39305 manat olan 88 sayda cehiz əmlakının və ona məxsus digər əşyaların cavabehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 vasitəsi ilə qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair ərizəylə məhkəməyə müraciət edərək, hazırda cavabdehin evində olan ümumi dəyəri 6400 manat təşkil edən qızıl-zinət əşyalarının, ümumi dəyəri 39305 manat olan 88 sayda cehiz əmlakının və ona məxsus digər əşyaların, həmin əşyalar olmadığı təqdirdə onların dəyərinin və ödənilmiş 227 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İlk iddia ərizəsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 17 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, habelə nikah mərasimindən sonra 15 gün ərzində Siyəzən şəhərində, aralarında olan ər-arvad münasibətləri kəsildiyi günə kimi, yəni 2023-cü ilin mart ayınadək isə Bakı şəhərində valideynlərindən ayrı yaşamışlar. Bakı şəhərində yaşamağa başladıqdan sonra, cavabdehlə arasında tez-tez mübahisələr olmuş, mübahisələrin səbəbi isə onun neft sahəsində, cavabdehin isə “ART” psixologiya mərkəzində işləməklə, sonuncunun ailədə öz vəzifələrini, yəni evə aid yemək hazırlanması, təmizlik işlərini yetinə yetirməməsi olmuşdur. Bu səbəbdən də, ev işlərini bəzən o, bəzən də anası etmişdir. Cavabdeh psixologiya ilə məşğul olduğundan, tezliklə sonuncunun ailə səmimiyyətini pozan hərəkətlərindən onun cana doymasını anlayacağını düşünsə də, cavabdeh bu hisslərdən uzaq olduğu üçün onunla heç cür razılığa gəlməmiş və 2-3 aydan sonra ailə səmimiyyətləri soyumağa başlamışdır. Cavabdehin bu halı anlamış olması sonuncunu narahat etmir, habelə iş karyerasını düşünür. Bundan başqa, cavabdehə ailəsinin, yaxud işinin lazım olmasını soruşduqda sonuncu ona işinin maraqlı olmasını bildirmişdir. Bundan sonra, o, işdən evə qayıdarkən cavabdehin evdə olmamasını görmüş, habelə cavabdehin küsüb evdən getməsi ona məlum olmuşdur. Daha sonra, 2 həftə ərzində cavabdeh evə qayıtmadığı üçün sonuncunun valideynlərindən soruşduqda, onlar Cavabdeh boşanmaq istədiyini və özlərinin də buna razı olmasını bildirmişlər. Cavabdehin onu tərk etməsini anladıqdan sonra, sonuncuya apardığı qızıl-zinət əşyalarının nikah mərasimində verildiyini, nikah müddəti çox çəkmədiyi üçün həmin əşyaların ona məxsus olmamasını bildirmiş və bu halın məhkəmə tərəfindən həll olunacağını qeyd etmişdir. Bundan başqa, toy mərasimindən sonra atası tərəfindən hədiyyə edilmiş dəyəri 2949 manat olan “İphone 14” markalı telefonu geri qaytarmasını və ya hər ay ödənilən 164 manat aylıq kredit məbləğini ödəməsini sonuncudan tələb etmişdir. Lakin, cavabdeh onun fərdi istifadəsində olmuş “İphone 14” markalı mobil telefonu qaytarmaqdan imtina etmiş, həmçinin bu barədə tərəfindən polis orqanlarına etdiyi müraciətlər əsasında ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Beləliklə, 2023-cü ilin mart ayından sonra atası tərəfindən kreditlə alınaraq ona hədiyyə edilmiş və şəxsi istifadəsində olmuş qeyd edilən mobil telefon, aralarında faktiki olaraq nikah münasibətləri olmayan cavabdeh tərəfindən özbaşına götürülərək, özününküləşdirilmiş, bununla da, onun sahibliyindən çıxmışdır. Nəticəd, müəyyən edilir ki, hazırda nikahları rəsmi qaydada pozulmasa da, onlar ayrı yaşayırlar və bu dövrdə ər-arvadın qazandığı əmlak onların hər birinin öz mülkiyyəti sayılır. Bu baxımdan da, hazırda aylıq krediti atası ödəsə belə, gələcəkdə telefonun dəyəri tam ödənildikdən sonra əmlak ona məxsus olacaqdır. Odur ki, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 17 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, toy mərasimindən sonra cehiz əmlakları ilə birlikdə cavabdehin evinə gəlin köçmüşdür. Evliliklərinin ilk vaxtalarında ailə münasibətləri normal olsa da, sonradan cavabdehin qeyri-adekvat hərəkətləri nəticəsində mübahisələri yaranmağa başlamışdır. Sonuncu dəfə cavabdehlə yaranmış mübahisədən sonra evi tərk edərək ata evinə qayıtmışdır. Ata evinə qayıdarkən nə cehiz əmlaklarını və ona məxsus digər əşyaları, nə də qızıl-zinət əşyalarını götürmüşdür. Bu səbəbdən də, o, hazırda ona məxsus cehiz əmlaklarını, ona aid digər əşyaları, həmçinin qızıl-zinət əşyalarını, yəni 4000 manat dəyərində olan yataq dəstini, 3000 manat dəyərində olan stolstul dəstini, 2000 manat dəyərində olan divanı, 700 manat dəyərində olan kamotu, 600 manat dəyərində olan mətbəx üçün 1 ədəd stol-4 ədəd stul dəstini, 450 və 300 manat dəyərində olan 2 ədəd çilçırağı, 450+350 manat dəyərində olan pərdə-brilyantı, 850 manat dəyərində olan “Toshiba” markalı soyuducunu, 850 manat dəyərində olan “Toshiba” markalı paltaryuyan maşını, 1200 manat dəyərində olan “Onvo” markalı televizoru, 200 manat dəyərində olan “Samsung” markalı tozsoranı, 150 manat dəyərində olan “Eurolux” markalı samovarı, 100 manat dəyərində olan “Eurolux” markalı şirəçəkəni, 150 manat dəyərində olan “Tefal” markalı ütünü, 250 manat dəyərində olan “Gorenje” markalı ət çəkən maşını, 200 manat dəyərində olan “Eurolux” markalı mikseri, 100 manat dəyərində olan tosteri, 100 manat dəyərində olan “Eurolux” markalı tok samovarını, 150 manat dəyərində olan “Eurolux” markalı sobanı, 100 və 50 manat dəyərində olan 2 ədəd blenderi, 400 manat dəyərində olan 2 ədəd yun döşəyi, 120 manat dəyərində olan taxt üçün sintifon döşəyi, 300 manat dəyərində olan 2 ədəd yun yorğanı, 120 manat dəyərində olan taxt üçün sintifon yorğanı, 200 manat dəyərində olan 4 ədəd tük yastığı, 180 manat dəyərində olan 4 ədəd sintifon yastığı, 450 manat dəyərində olan yataq örtüyünü, 150 manat dəyərində olan ağ sürfəni, hər birinin dəyəri 200 manat olan 3 ədəd, hər birinin dəyəri 100 manat olan 3 ədəd və 50 manat dəyərində olan 1 ədədi pastelləri, 350 manat dəyərində olan 2 dəst dəsmalı, 100 manat dəyərində olan 12 ədəd çay dəsmalını, 450 manat dəyərində olan kamot dəstini (ləpə qabı, konfet qabı, zərli büllur güldan, 2 ədəd meyvə qabı), 600 və 150 manat dəyərində olan 2 dəst servisi, 50 manat dəyərində olan bıçaq dəstini, 250 və 50 manat dəyərində olan 2 qaşıq dəstini, 150 manat, 150 manat və 50 manat dəyərində sayları müvafiq olaraq 12, 12 və 6 ədəd olan rumka dəstini, 70 manat dəyərində olan su qabını, 100 manat dəyərində olan 3 mərtəbəli stolüstü qabı, 100 manat dəyərində olan saatı, 60 manat dəyərində olan külqabını, 50 manat dəyərində olan iri qaşıqları, 50 manat dəyərində olan 5 litrlik çayniki, 50 manat dəyərində olan 2 ədəd dəm üçün çayniki, 50 manat dəyərində olan zibil qabını, 50 manat dəyərində olan pol vedrəsini, 50 manat dəyərində olan hamam dəstini, 40 manat dəyərində olan qab yığılmaq üçün asılqanı, 80 manat dəyərində olan 12 ədədlik stəkan dəstini, 40 manat dəyərində olan armudu stəkan dəstini, 30 manat dəyərində olan konfet qabını, 50 manat dəyərində olan tort qabını, 280 manat dəyərində olan keramika qazan dəstini, 100 manat dəyərində olan “Tefal” markalı 2 ədəd qazanı, 100 manat dəyərində olan 2 ədəd nikel qazanı, 50 manat dəyərində olan 3 ədəd çuqun qazanı, 40 manat dəyərində olan “Tefal” markalı çayniki, 30 manat dəyərində olan şüşə qabı, 20 və 15 manat dəyərində olan saxlama qablarını, 10 manat dəyərində olan su qabını, 10 manat dəyərində olan 2 ədəd fincanı, 45 manat dəyərində olan 6 ədəd şüşə qabı, 55 manat dəyərində olan qara mətbəx dəstini, 25 manat dəyərində olan ədviyyat qabını, 20 manat dəyərində olan duz-istiot qabını, 20 manat və 5 manat dəyərində olan paltar yığmaq üçün 2 ədəd vedrəni, 50 manat dəyərində olan gecə lampasını, 15 manat dəyərində olan meyvə bıçağını, 50 manat dəyərində olan güldanı, 25 manat dəyərində olan mətbəx üçün süfrəni, 1200 manat dəyərində olan psixoloji inkişaf üçün 4 yeşik oyuncaqları, 5000-6000 manat dəyərində olan 250-300 ədəd psixoloji kitabları, 600 manat dəyərində olan İran istehsalı olan xalçanı, 100 manat dəyərində olan boz rəngli xalçanı, 200 manat dəyərində olan xalçanı, 50 manat dəyərində olan boz rəngli pencəyi, 40 manat dəyərində olan qara rəngli pencəyi, dəyərləri 150 manat, 150 manat, 120 manat, 140 manat və 100 manat olan toy paltarlarını (Phardi brendi), 200 manat dəyərində olan 3 ədəd çantanı, 250 manat dəyərində olan şalvarları, 200 manat dəyərində olan koftaları, 150 manat dəyərində olan şalvar-kofta dəstini, 70 manat dəyərində olan məcməyini, 25 manat dəyərində olan dayseri (tərəvəzdoğrayanı), 60 manat dəyərində olan 2 ədəd krasovkanı, 50 manat dəyərində olan tuflini, 100 manat dəyərində olan yay ayaqqabısını, 400 manat dəyərində olan bir qutu bijüteriyanı, habelə 3000 manat dəyərində çəkisi 30 qram olan Türkiyə istehsalı üzük, boyunbağı, qolbaq və sırğadan ibarət qızıl dəstini, ümumi çəkisi 8 qram olan İtaliya istehsalı ağ rəngli qolbaq və boyunbağını, 1000 manat dəyərində çəkisi 11 qram olan İtaliya istehsalı nişan üzüyünü, 1200 manat dəyərində çəkisi 12 qram olan İtaliya istehsalı üzüyü, 400 manat dəyərində olan Türkiyə istehsalı bacısı tərəfindən hədiyyə edilmiş sırğanı, 400 manat dəyərində olan Rusiya istehsalı, 583 əyarlı anası tərəfindən hədiyyə edilmiş təkqaş üzüyü geri istəyir. Odur ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia tələbini qəbul etməyərək, müdafiə etdiyi ilk iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, mübahisə predmeti olan “iPhone 14” markalı mobil telefon 18 noyabr 2022-ci il tarixdə, 18 aylıq kreditlə “Gənclik mall”da yerləşən “Maxi.az” mağazasından alınmışdır. O, qeyd edilən telefonu atası Nümayəndə fərdi sahibkar kimi rəsmi olaraq öz adına götürə bilmədiyindən, özü “Socar” şirkətində işləyərək aldığı "xxxx" ASC-yə məxsus “Tam Kart” vasitəsilə, üzərinə əlavə faiz gəlmədən adına rəsmiləşdirmişdir. Aldıqdan sonra telefonu qutusundan şəxsən özü çıxarmış, habelə həmin telefonu özü üçün almışdır. Sonradan cavabdehin telefonu nasaz olduğundan sonuncu ilə əlaqə saxlaması üçün müvəqqəti onun istifadəsinə vermiş, habelə ilk öncə cavabdehin işlətdiyi ***-***-**-** saylı nömrə mübahisə predmeti olan telefonun üzərinə qoşulmuşdur. Həmin vaxtlarda, cavabdehlə arasında mübahisə olmasına baxmayaraq, sonuncu ilə birlikdə atasının adına olan Bakı şəhərinin Yasamal rayonunda yerləşən Əsəd Əhmədov küçəsindəki 18 saylı binanın 6-cı mərtəbəsində olan 63 nömrəli mənzildə valideynlərin təsirindən kənarda yaşamışlar. Cavabdehin telefonunu təmir etdirdikdən sonra “iPhone 14” markalı sözügedən mobil telefonu qaytaracağını düşünsə də, cavabdeh nasaz telefonunu təmir etdirməklə, anası Ruhiyyə xanıma vermişdir. Bu səbəbdən də, o, telefonu geri istəməmişdir. Hazırda da sözügedən telefonu cavabdeh istifadə edir. Bununla belə, mübahisə predmeti olan telefonun krediti tam şəkildə ödənilməmişdir. Belə ki, cavabdeh mənzili tərk etdiyi günə kimi, yəni 24 mart 2023-cü il tarixədək krediti atası ödəsə də, hazırda telefonun pulunu o, özü ödəyir. Bundan əlavə, o hazırda 2020-ci ildə aldığı “iPhone 11” markalı mobil telefonu istifadə edir. Bundan başqa, qarşılıqlı iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını cavabdeh gedərkən özü ilə aparmışdır. Bununla belə, sözügedən əşyalardan Türkiyə istehsalı, 585 əyarlı olan üzük, boyunbağı, qolbaq və sırğadan ibarət ağ rəngli qızıl dəstini 01 iyun 2022-ci il tarixdə toy mərasimindən əvvəl Bakı şəhərində yerləşən Moskva Univermanğından 2500 manata almışlar. Siyahıda göstərilən İtaliya istehsalı 750 əyarlı qolbağı 14 fevral 2022-ci il tarixdə, yəni sevgililər günündə, boyunbağını isə 10 iyun 2022-ci il tarixdə cavabdehin ad gününə görə almış, habelə onların ümumi çəkisi 8 qramdır. Bunların ikisinə görə cəmi 400 manat vəsait sərf etmişdir. Qeyd edilən həri üzüyünün modelinin fotosunu cavabdeh bacısı Simuzər Nəsibovaya göndərdikdən sonra, İtaliya istehsalı, 750 əyarlı, çəkisi 12 qram olan ağ rəngli üzüyü onlar Bakı şəhərində yerləşən Moskva Univermağından 800 manata almışlar. Sözügedən nişan üzüyü isə onunla cavabdehə eyni vaxtda alındığından ikisi üçün ümumilikdə 1800 manat ödəniş etmişlər. Bundan əlavə, qeyd edilən qızıl-zinət əşyalarının hər biri cavabdehlə birgə yaşadıları dövrdə, sözügedən mənzildə şkafın siyirməsində olmuşdur. Həmin siyirmədə bir qutuda bjüteriyalar, digər qutuda isə qızıl-zinət əşyaları yerləşdirilməklə, hər biri cavabdehin istifadəsində olmuşdur. Qolbağı isə sonuncu hər zaman istifadə etdiyi qış gödəkcəsinin cibində saxlamışdır. Yuxarıda ünvanı göstərilən mənzildə iki nəfər yaşadığı, habelə kənar şəxs gəlmədiyi üçün seyfə ehtiyac olmamışdır. Bundan başqa, onlar 2023-cü ilin mart ayında bayram münasibətilə Siyəzən rayonuna gəldiklərində aralarında mübahisə yaranmış, səbəbi isə onun cavabdehi valideynlərinin evinə gec aparması olmuşdur. Bakı şəhərinə qayıtdıqdan sonra hər zaman olduğu kimi o, 24 mart 2023-cü il tarixdə də, cavabdehdən öncə evdən çıxaraq işə getmiş, lakin qayıdanda sonuncunu orada görməmiş, hətta cavabdeh gedərkən istifadəsində olan “iPhone 14” markalı mobil telefonu və qeyd edilən qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Odur ki, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə çıxarılmasın xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə ilk iddia tələbini müdafiə etməklə, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 müdafiə etdiyi ilk iddia ərizəsində göstərilənləri təsdiq etməklə, qarşılıqlı iddia tələbini isə qəbul etməyərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etməyərək, qismən müdafiə etdiyi qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, köhnə telefonu nasaz olduğundan mübahisə predmeti olan “iPhone 14” markalı mobil telefonu xahiş etdiyi üçün cavabdeh 18 noyabr 2022-ci il tarixdə öz adına kreditlə alıb ona hədiyyə etmiş, habelə həmin gün cavabdehlə birlikdə toy mərasiminə yollanmışlar. Telefon alındığı gün o, əvvəlki telefonunda istifadə etdiyi ***-***-**-** saylı nömrəni çıxararaq sözügedən telefona qoşmuşdur. Mübahisəli telefonu cavabdeh öz adına rəsmiləşdirməklə alsa da, telefonun dəyərini o, “ART” psixologiya mərkəzində işləyərək öz qazancı hesabına hər ay 165 manat olmaqla, 24 mart 2023-cü il tarixədək ödəmişdir. Nikahdan əvvəl, cehiz əşyalarını alan vaxt atası kredit götürmüş, habelə o da zamin olduğu üçün adına kredit olması səbəbindən sözügedən telefonu cavabdehin adına almışlar. Bundan başqa, sözügedən qızıl-zinət əşyalarından Türkiyə istehsalı, 585 əyarlı, çəkisi 30 qram olan üzük, boyunbağı, qolbaq və sırğadan ibarət ağ rəngli qızıl dəstini 01 iyun 2022-ci il tarixdə toy mərasimindən əvvəl Bakı şəhərində yerləşən Moskva Univermanğından cavabdehin atası 3000 manata almış, habelə 05 iyun 2022-ci il tarixdə “Siyəzən Palace” şadlıq evində keçirilmiş qız toyu mərasimində isə cavabdehin bacısı Simuzər Nəsibova tərəfindən onun üzərinə taxılmışdır. Siyahıda olan İtaliya istehsalı 750 əyarlı, qolbağını 14 fevral 2022-ci il tarixdə, sevgililər günündə, boyunbağını isə 10 iyun 2022-ci il tarixdə onun ad gününə görə cavabdeh almış, habelə onların ümumi çəkisi 8 qram olmuşdur. Qeyd edilən İtaliya istehsalı, 750 əyarlı, çəkisi 12 qram olan ağ rəngli həri üzüyü təxmini 800 manata alınmış, habelə cavabdeh tərəf elçilik mərasimində onun üçün gətirmişlər. Cavabdehlə nişanları olmasa da, sözügedən nişan üzüyü, boyunbağı, qolbaq və sırğadan ibarət ağ rəngli qızıl dəsti ilə birlikdə eyni gündə, lakin fərqli mağazadan cavabdeh və valideynləri ilə birlikdə alınmış, habelə toy mərasimində üzərinə taxılmışdır. İtaliya istehsalı, 750 əyarlı, ağ rəngdə nişan üzüyünün çəkisi təxmini 9 qram, qiyməti isə 900 manat olmuşdur. Bundan əlavə, Türkiyə istehsalı, 585 əyarlı, çəksii 4 qram olan sarı rəngli sırğa onun Mələk adlı bacısı tərəfindən 400 manata alınaraq, 2022-ci ilin iyul ayında olan qonaqlıqda ona hədiyyə edilmişdir. Həmçinin, anasının hədiyyə etdiyi Rusiya istehsalı, çəkisi 4 qram, əyarı 583 olan sırğa qədimi sarı qızıldır, həmçinin bu sırğanı uşaqlıqdan istifadə etmişdir. Bundan başqa, qeyd edilən qızıl-zinət əşyalarının və pulların hər biri oğurlanmaması üçün cavabdeh tərəfindən sözügedən mənzilin yataq otağındakı uzun şkafın aşağı hissəsində olan gümüşü rəngli seyfdə, qızıl dəstini öz qutusunda, qalanını isə açıq şəkildə olmaqla orada saxlanılmış, habelə həmin seyfin açarı onda olmamışdır. Ailədə ayrı-seçkilik olmadığından onun pulları da cavabdehin seyfində olmuş, həmçinin qızıl-zinət əşyaları taxmağı sevmədiyindən mənzildən çıxarkən üzərində heç bir zinət əşyası da olmamış, hətta dərman preparatlarını, ona məxsus sənədləri və şəxsiyyət vəsiqəsini də cavabdehin evində qoymuşdur. Belə ki, 24 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində cavabdehlə iş üstündə aralarında mübahisə olmuş, sonuncu ona işə getdiyi təqdirdə mənzilə dönməməsini bildirmiş, habelə qolundan tutaraq mənzildən qovmuşdur. Həmin vaxt cavabdeh anası Aygün ilə danışarkən sonuncu da eyni fikirdə olmasını bildirmişdir. Bundan başqa, Bakı şəhərində, birgə yaşadıqları sözügedən mənzildən çıxarkən qoyduğu cehiz əşyalarını anası Ruhiyyə 07 oktyabr 2023-cü il tarixdə gedib götürmüşdür. Bundan əlavə, əvvəlki fikrindən fərqli olaraq komplektə daxil olan üzüyün və bir cüt sırğanın çəkisinin müvafiq olaraq 5 qram və 5,56 qram olmaqla, qaşlarının brilyant olması, habelə qızıl-dəstinin ümumi çəkisinin 19,29 qram təşkil etməsi, eləcə də İtaliya istehsalı, 750 əyarlı, 1,16 sot brilyant qaşlı ağ rəngli “həri” üzüyünün çəkisinin 3,67 qram olması ilə razılaşır. Odur ki, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə qismən, yəni qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona qaytarılması hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilk iddia tələbini qəbul etməyərək, qismən müdafiə etdiyi qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, ötən məhkəmə iclasından sonra, yəni 07 oktyabr 2023-cü il tarixdə sözügedən 88 adda cehiz əşyaları cavabdehin yuxarıda ünvanı qeyd olunan mənzilindən götürülmüş və hazırda yalnız 6 adda qızıl-zinət əşyalarına dair mübahisə qalmışdır. Bundan əlavə, komplektə daxil olan üzüyün və bir cüt sırğanın çəkisinin müvafiq olaraq 5 qram və 5,56 qram olmaqla, qaşlarının brilyant olması, habelə qızıl-dəstinin ümumi çəkisinin 19,29 qram təşkil etməsi, eləcə də İtaliya istehsalı, 750 əyarlı, 1,16 sot brilyant qaşlı ağ rəngli “həri” üzüyünün çəkisinin 3,67 qram olması ilə razılaşırlar. Odur ki, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə qismən, yəni qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq təmsil etdiyi şəxsə qaytarılması hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, işdə olan 18 noyabr 2022-ci il tarixli, 135123 nömrəli hesab-fakturadan görünür ki, 1 ədəd 2949 manat dəyərində “iPhone 14 Pro” markalı 128 GB yaddaş tutumlu mobil telefon "xxxx" QSC tərəfindən sifarişçi İddiaçı təhvil verilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və onun qohumları tərəfindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya toy ərəfəsində qarşılıqlı iddiada sadalanan qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2(059)-131/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 17 iyun 2022-ci il tarixdə, 2100 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli, 9/8440 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən zərgərlik məmulatlarının, o cümlədən Türkiyə istehsalı, 585 əyarlı, cəmi çəkisi 30 qram (1 qramının qiyməti 85 manat) olan üzük, boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət olan ağ rəngli qızıl dəstinin qiyməti 2550 manat, İtaliya istehsalı, cəmi çəkisi 8 qram (1 qramının qiyməti 110 manat) olan 750 əyarlı ağ rəngli qolbaq və boyunbağının qiyməti 880 manat, İtaliya istehsalı, çəkisi 9 qram (1 qramının qiyməti 110 manat) olan 750 əyarlı ağ rəngli üzüyün qiyməti 990 manat, İtaliya istehsalı, çəkisi 12 qram (1 qramının qiyməti 110 manat) olan 750 əyarlı ağ rəngli üzüyün qiyməti 1320 manat, Türkiyə istehsalı, çəkisi 4 qram (1 qramının qiyməti 85 manat) olan 585 əyarlı sarı rəngdə bir cüt sırğanın qiyməti 340 manat, Rusiya istehsalı, çəkisi 4 qram (1 qramının qiyməti 85 manat) olan 583 əyarlı sarı rəngli bir cüt sırğa qiyməti 340 manat olmaqla, cəmi 7620 manat, eləcə də, 1 ədəd “İphone 14” markalı, **********9243, **********29763 İMEİ kodlu mobil telefonun bazar qiyməti 1200 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2024-cü il tarixli, 9/1594 saylı ekspert rəyindən görünür ki, 2022-ci ilin noyabr ayında alınmış “İphone 14” markalı mobil telefonun orta bazar qiyməti 1200 manat, eyni tarixdə alınmış “İphone 14 Pro” markalı,128 GB yaddaş tutumlu, boz rəngli mobil telefonun qiyməti 1650 manat müəyyən edilmiş, qızıl-zinət əşyalarının üzərində olan brilyant (almaz) qaşların saylı, ayrı-ayrılıqda çəkisi, keyfiyyəti haqqında ətraflı məlumat olmadan fotoşəkillərə və oxşar mallara istinadən qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, İddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 55 manat vəsait sərf etmiş, Cavabdeh isə qarşılıqlı iddia tələbi üçün 227 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə tərəflərin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİ hissələrinə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sözügedən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Bu Məcəllənin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 12 mart 2024cü il tarixli 1 №-li qərarınının 5.9-cu bəndinə əsasən, istehlak təyinatına görə ər-arvadın hər birinin istifadəsində ola bilən fərdi əşyaların (məsələn, mobil telefon, planşet, noutbuk və sair) ər-arvadın ümumi əmlakı hesab edilib-edilməməsi barədə mübahisə məhkəmələr tərəfindən nikah dövründə həmin əşyaların, ərin (arvadın) fərdi, yaxud ailənin ümumi istifadəsində olması nəzərə alınmaqla həll edilməlidir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, eləcə də tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən edildi ki, tərəflər 17 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, habelə 24 mart 2023-cü il tarixədək faktiki olaraq bir ailə kimi yaşasalar da, Siyəzən Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflər birgə təsərrüfat idarə etdikləri dövrdə, yəni 18 noyabr 2022-ci il tarixdə ilk iddia üzrə İddiaçı “iPhone 14” markalı mobil telefonu əldə edərək, onu arvadı, ilk iddia üzrə Cavabdeh şəxsi istifadəsinə vermiş, habelə sonuncu həmin tarixdən etibarən bu telefonu istifadəsinə qəbul etmiş, hazırkı vaxtda da istifadə etməkdədir. Həmçinin, ilk iddia üzrə iddiaçının toy mərasimindən sonra ona atası tərəfindən hədiyyə edilmiş dəyəri 2949 manat olan “İphone 14 Pro” markalı telefonun birgə nikah dövründə öz şəxsi istifadəsində olması, 2023-cü ilin mart ayından sonra ilk iddia üzrə cavabdehin sözügedən telefonu özbaşına götürərək özününküləşdirməsi halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, ilk iddia üzrə iddiaçı ilkin iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübuta yetirməmişdir. Belə ki, 18 noyabr 2022-ci il tarixdə "xxxx" QSC-dən ilk iddia üzrə İddiaçı tərəfindən təhvil alınmış 1 ədəd “İphone 14 Pro” markalı telefonun hər hansı bir təzyiq və təsir olmadan elə həmin gün ilk iddia üzrə Cavabdeh verilməsi və bundan sonra tərəflərin birgə yaşadıqları 24 maqt 2023-cü il tarixədək həmin mobil telefonun sonuncuda qalması bu telefonun onun şəxsi əşyası kimi qiymətləndirilməsinə əsas verir. Bundan başqa, mübahisəli 1 ədəd “İphone 14 Pro” markalı telefonun dəyərinin ilk iddia üzrə İddiaçı atası Nümayəndə şəxsi vəsaiti hesabına ödənilməsi iş materialları ilə təsdiqini tapmamaqla, həmin telefonun tərəflərin birgə nikah dövründə ümumi vəsaiti hesabına əldə edildiyi müəyyən edilir. Bundan başqa, tələb edilən mübahisəli cehiz əşyalarının qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən həmin iddia üzrə iddiaçıya qaytarılması işin mübahisələndirilməyən hallarından olsa da, qızıl-zinət əşyalarına münasibətdə tərəflər arasında mübahisə hazırda da davam etməkdədir. Qarşılıqlı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının mövcud olması da işin mübahisəsiz hallarındandır. Belə ki, işə əlavə edilmiş, toy mərasimində çəkilmiş fotoşəkillərlə, habelə tərəflərin izahatlarında da qarşılıqlı iddia üzrə iddiaçıya qızılzinət əşyalarının hədiyyə edilməsi, onların mövcud olması, həmçinin sonuncu tərəfindən birgə nikah dövründə istifadə elməsi bir daha təsdiq edilmişdir. Digər tərəfdən, qarşılıqlı iddia üzrə cavabdeh tərəf həmin iddia üzrə iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının sonuncu tərəfindən evi tərk edib gedərkən aparıldığını qeyd etsə də, istinad etdiyi bu halları təsdiq edəcək mötəbər sənədi və ya sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı İlahə Nəsbovanın keçmiş əri İddiaçıla birgə yaşadıqları mənzili sonuncu dəfə ailədaxili münaqişə zəminində hamilə vəziyyətində tərk etməsi, bu vəziyyətdə sonuncunun digər zəruri və şəxsi əşyalarını, sənədlərini götürmək imkanında olmaması, qeyd edilən əşyaları, sənədləri yalnız məhkəmə icraatı dövründə götürə bilməsi, habelə bir daha həmin mənzilə qayıtmaması hər iki tərəfin izahatları ilə təsdiqini tapmışdır. Bununla da, mübahisəli qızıl-zinət əşyalarının mövcud olması öz təsdiqini tapmaqla, yanaşı, iddiaçıya qaytarılmadığı müəyyən edilmişdir. Çünki, dəyəri yüksək olan qızıl-zinət əşyalarının tərəflər arasında yaranmış münasibət fonunda qarşılıqlı iddia üzrə iddiaçıya verilməməklə, qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz sahibliyində qalması məhkəmə praktikası baxımından mümkündür və istisna deyildir. Eyni zamanda məhkəmə, hər iki tərəfin sonrakı məhkəmə iclaslarında mübahisəli qızıl-zinət əşyalarından komplektə daxil olan üzüyün və bir cüt sırğanın çəkisinin müvafiq olaraq 5 qram və 5,56 qram olmaqla, habelə qızıl dəstinin ümumi çəkisinin 19,29 qram təşkil etməsi, eləcə də İtaliya istehsalı, 750 əyarlı ağ rəngli “həri” üzüyünün çəkisinin 3,67 qram olması ilə razılaşmasını nəzərə alır. Beləliklə, məhkəmə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə əsasən toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “istifadəsində olmuş şəxsi əşyanın geri qaytarılması” tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qiyməti 1639,65 manat, cəmi çəkisi 19,29 qram olan, Türkiyə istehsalı, 585 əyarlı üzük, boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət olan ağ rəngli qızıl dəsti, qiyməti 880 manat, cəmi çəkisi 8 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli qolbaq və boyunbağı, qiyməti 990 manat, çəkisi 9 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli nişan üzüyü, qiyməti 403,70 manat, çəkisi 3,67 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli üzük, qiyməti 340 manat, çəkisi 4 qram olan, Türkiyə istehsalı, 585 əyarlı sarı rəngdə bir cüt sırğa, qiyməti 340 manat, çəkisi 4 qram olan, Rusiya istehsalı, 583 əyarlı sarı rəngli bir cüt sırğa və ya onların cəmi dəyərini təşkil edən 4593,35 (dörd min beş yüz doxsan üç manat 35 qəpik) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, ilk iddia tələbi rədd edildiyindən mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 55 (əlli beş) manat məhkəmə xərci ilk iddia üzrə İddiaçı aid edilməlidir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş cəmi 227 (iki yüz iyirmi yeddi) manat məhkəmə xərcinin 12%-i, yəni, 27,24 (iyirmi yeddi manat 24 qəpik) manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Eyni zamanda məhkəmə belə hesab edir ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 150 manatın 56%-i, yəni 84 (səksən dörd) manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 44%-i, yəni 66 (altmış altı) manatı isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “istifadəsində olmuş şəxsi əşyanın geri qaytarılması” tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməsin. Mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 55 (əlli beş) manat məhkəmə xərci ilk iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qiyməti 1639,65 manat, cəmi çəkisi 19,29 qram olan, Türkiyə istehsalı, 585 əyarlı üzük, boyunbağı, qolbaq və bir cüt sırğadan ibarət olan ağ rəngli qızıl dəsti, qiyməti 880 manat, cəmi çəkisi 8 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli qolbaq və boyunbağı, qiyməti 990 manat, çəkisi 9 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli nişan üzüyü, qiyməti 403,70 manat, çəkisi 3,67 qram olan, İtaliya istehsalı, 750 əyarlı ağ rəngli üzük, qiyməti 340 manat, çəkisi 4 qram olan, Türkiyə istehsalı, 585 əyarlı sarı rəngdə bir cüt sırğa, qiyməti 340 manat, çəkisi 4 qram olan, Rusiya istehsalı, 583 əyarlı sarı rəngli bir cüt sırğa və ya onların cəmi dəyərini təşkil edən 4593,35 (dörd min beş yüz doxsan üç manat 35 qəpik) manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş cəmi 227 (iki yüz iyirmi yeddi) manat məhkəmə xərcinin 12%-i, yəni, 27,24 (iyirmi yeddi manat 24 qəpik) manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyərini təşkil edən cəmi 150 manatın 56%-i, yəni 84 (səksən dörd) manatı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 44%-i, yəni 66 (altmış altı) manatı isə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-12/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-12/2024
02.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver