Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-137/2024 13.05.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakların və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakların və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiyməti 30 manat olan 1 ədəd qırmızı rəngli kreslonun, qiyməti 50 manat olan 1 ədəd muncuqlu asma pərdənin, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində divardan asılan 2 ədəd ləvazimat şkafının, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 4 ədəd işıqlandırıcı plafonun, qiyməti 7 manat olan 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgənin, qiyməti 12 manat olan 1 ədəd pas-pas döşəməsilənin, qiyməti 20 manat olan 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəstinin, qiyməti 40 manat olan 1 ədəd plastik ləvazimat rəfinin, qiyməti 25 manat olan 1 ədəd Tefal markalı elektrik sobasının, qiyməti 10 manat olan 1 ədəd tavanın, qiyməti 70 manat olan 1 ədəd saatın, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 4 ədəd fincanın, hər birinin qiyməti 1 manat olmaqla, ümumilikdə 4 manat dəyərində 4 ədəd boşqabın, birinin qiyməti 10 manat, digərinin qiyməti 20 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 1 ədəd balaca və 1 ədəd böyük yemək qazanının, qiyməti 8 manat olan 1 ədəd kəlbətinin, qiyməti 12 manat olan 1 ədəd elektrik uzadıcısının, birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat dəyərində 2 ədəd paltar asılqanının, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat dəyərində 2 ədəd sabun qabının, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat dəyərində 3 ədəd əl-üz dəsmalının, hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat dəyərində 3 ədəd ayaqaltı xalçasının, qiyməti 550 manat olan 1 ədəd işıqlı reklam lövhəsinin (Beauty Center), hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 3 ədəd bayner reklam lövhəsinin, hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 4 ədəd vinil reklamın, qiyməti 25 manat olan 1 ədəd profillə birgə qapı kilidinin, qiyməti 238 manat olan 1 ədəd Keratinin, qiyməti 130 manat olan 1 ədəd uklatka feninin, qiyməti 150 manat olan 1 ədəd hava feninin, qiyməti 25 manat olan “Fara” markalı 1 ədəd lipuçka aparatının, qiyməti 40 manat olan 1 ədəd manikür aparatının (Nail drill), qiyməti 40 manat olan 1 ədəd lakqurudan aparatın, 10 ədəd dırnaq lakının,1 paçka saç yabasının, 1 paçka nevidimkanın, 10 ədəd kipriyin, 2 ədəd dırnaq gelinin, ten dəstinin, dırnaq aksessuar qabının, 2 ədəd saç lakının, karandaşların, saç şampunu və maskasının, rəng qabının, lipuçka çubuğunun, qadın qol saatının, 5 ədəd darağın, həmçinin işçilərin geyimi daxil olmaqla, ümumilikdə 115 manat dəyərində ləvazimatların, qiyməti 150 manat olan 1 ədəd saç buran fenin, qiyməti 130 manat olan 1 ədəd hava feninin, qiyməti 30 manat olan 1 ədəd vaflinka fenin və ya həmin əşyaların dəyərinin, yəni 2286 (iki min iki yüz səksən altı) manatın, eləcə də, ödənilmiş 44 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Siyəzən şəhəri ərazisində "xxxx" ASC-nin yanında yerləşən 0,0044 ha torpaq sahəsi Siyəzən bələdiyyəsinin 30 yanvar 2003cü il tarixli, 1-9 nömrəli qərarı və torpaq icarə müqaviləsi əsasında 99 il müddətinə cavabdehlərin mərhum atası X1 icarəyə verilmiş, habelə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində məişət cihazlarının təmiri yeri kimi fəaliyyət göstərən 44 kv.m ölçüdə qeyri-yaşayış sahəsi mövcud olmuşdur. Lakin, həmin qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin obyektdə məişət cihazlarının təmiri ilə məşğul olan əvvəldən tanıdığı Fuad usta bir dəfə söhbət əsnasında ona bildirmişdir ki, sahibi həmin obyekti satmaq niyyətindədir. O, maraqlandıqda, həmin obyektin sahibinin vəfat etməsini, hazırda isə mərhumun övladları Raman və Kamilə məxsus olmasını öyrənmişdir. O, həmin yeri almaq qərarına gəlib bu barədə dostu Şahinlə məsləhətləşərkən, sonuncu Ramanın sinif yoldaşı olmasını bildirmişdir. Beləliklə, Şahin vasitəsilə Ramanı tapmış və 2020-ci ilin yanvar ayının sonlarında onlar birlikdə görüşüb söhbətləşmişlər. Söhbət əsnasında həmin obyektin heç bir sənədinin olmaması, torpağın sənədinin Ramanın mərhum atasına məxsus olması məlum olmuşdur. Raman həmin yeri 20 000 manata satmaq istədiyini bildirdikdə, onlar söhbətləşərək yerin ona 18 000 manata satılmasına razılaşmışlar. Bu zaman Raman torpağın sənədinin vərəsəlik qaydasında öz adına keçirilməsi üçün müəyyən qədər pula ehtiyacının olduğunu qeyd etmişdir. Bu minvalla onlar lazım olan pulları Ramanın ödəməsinə, sonuncunun sənədləri qaydasına salmasına və yekunda sənədləşməyə çəkilən xərclərin razılaşdıqları 18 000 manat puldan çıxılmasına anlaşmışlar. Bundan əlavə, Raman obyektin arxasında 90 kv.m boş torpaq sahəsinin olduğunu və həmin sahəni öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini bildirmişdir. Raman həmin sahəni almasını da ona təklif etmişdir. Beləliklə, onlar Cavabdeh1 boş torpaq sahəsini də sənədləşdirməsi və sənəd üzrə neçə kv.m olarsa, bir kvadrat metri 220 manatdan ona satması barədə razılığa gəlmişlər. 20 fevral 2020-ci il tarixdə Siyəzən rayonunun girişində yerləşən “Bənövşə” kafesi kimi tanınan yerdə 200 ABŞ dolları məbləğində pulu Cavabdeh1 sonuncunun sənədləşdirmə işlərini aparması məqsədilə vermişdir. Bundan 1-2 gün sonra, o, 15 günlük iş növbəsinə getmiş və 25 fevral 2020-ci il tarixdə Raman ona zəng edərək daha 200 manat pul lazım olduğunu bildirmişdir. O, işdə olduğu üçün xalası oğlu Muxtardan onlardan 200 manatın dollar ekvivalenti olan 120 ABŞ dolları məbləğində pulu götürüb Ramana çatdırmasını xahiş etmişdir. 26 fevral 2020-ci il tarixdə xalası oğlu Muxtar 120 dollar məbləğində pulu "xxxx" ASC-də mühafizəçi işləyən qaynı Əjdərə vermiş, Raman da pulu Əjdərdən götürmüşdür. Həmin ilin mart ayının əvvələrində Raman yenə ona zəng edərək, sənədləşmə üçün əlavə 120 manat da, pul lazım olduğunu bildirmiş və o, dostu Şahindən 120 manat pulu Ramana verməsini xahiş etmiş, həmçinin işdən qayıtdıqdan sonra həmin pulu ona verəcəyini bildirmişdir. Beləliklə, dostu Şahin onun adından Ramana 120 manat pul vermişdir. O, 07 mart 2020-ci il tarixdə işdən çıxmış və dərhal Şahinin verdiyi 120 manatı sonuncuya qaytarmışdır. Elə həmin günün axşamı Raman yenə də, ona zəng edib bələdiyyəyə icarə və ya vergi borcunu ödəmək üçün 200 manat pul lazım olduğunu bildirmiş və o, Siyəzən rayonun girişində yerləşən Bənövşə kafesində həmin məbləğində pulu Ramana vermişdir. Bundan sonra, Raman ona telefonuna “sms” gəlməsini, sənədlərin 10 mart 2020-ci il tarixdə tam hazır olacağını bildirib, pulunu hazır etməsini tapşırmış, habelə alqı-satqı edəcəklərini qeyd etmişdir. O, öncədən Ramana bu yeri almaq üçün hazırda nağd pulunun olmadığını bildirmiş, özünə məxsus “Mercedes-E” markalı, ** VC *** dövlət nömrə nişanlı avtomobilini satacağını və bankdan kredit götürəcəyini ifadə etmişdir. Buna görə də, o, 8 mart 2020-ci il tarixdə özünə məxsus avtomobili real bazar qiymətindən 2000-2500 manat ucuz qiymətə, yəni 13300 manata maşın alverçisinə satmış, üstündən 3-5 gün keçdikdən sonra alverçi həmin maşını 15800 manata sayta qoymuşdur. Bundan sonra, o, 10 mart 2020-ci il tarixdə “Beynəlxalq Bank”ın Siyəzən filialından 6000 manat kredit götürmüş, ona bank xərcləri çıxıldıqdan sonra, 5940 manat məbləğində pul verilmiş, habelə o, həmin pulu 24 ay müddətinə ümumilikdə 7837,48 manat olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, o, avtomobili satdıqdan və kredit götürdükdən sonra 11 mart 2020-ci il tarixdə onlar, yəni, o və hər iki cavabdeh alqı-satqı etmək üçün Siyəzən rayonuna gələrək, Səyyar “ASAN” Xidmət avtobusuna, notariusa yaxınlaşmışlar. Belə ki, obyektin arxasındakı torpağın sənədi hələ tam hazır olmadığından həmin yeri sonradan alqı-satqı edəcəkdilər. Lakin, burada onlara sənədlərin tam qaydasında olmadığı bildirilmiş və alqı-satqı baş tutmamışdır. Bu zaman Raman öz qayınatası Sabirə zəng edərək, vəziyyət barədə məlumat vermiş, sonuncu isə onu da götürüb Şabrana getmələrini orada tanışının olduğunu bildirmişdir. Onlar dördü bir yerdə Şabran rayon notariat kontoruna getmiş, orada onlara, torpaq bələdiyyə mülkiyyəti olduğu üçün Bələdiyyədən razılıq almağın lazım olduğunu qeyd etmişlər. Onlar yenidən Siyəzən şəhərinə qayıtmış və bələdiyyəyə gəlmişlər. Öncə Raman içəri keçmiş, daha sonra çölə çıxaraq ona bələdiyyə sədri Azər müəllimin onu çağırdığını bildirmişdir. O, içəri daxil olmuş, Azər Babayev onlara, ən yaxşı variantın notariusda etibarnamə vermək olduğunu ifadə etmişdir. O, buna etiraz etdikdə, bələdiyyə sədri həmin torpaq sahəsinin indiki vəziyyətdə Ramanın adına sənədləşdirməyin daha məqsədəmüvafiq olduğunu bildirmiş, həmçinin rayon İcra Hakimiyyəti başçısından həmin yeri Sabirin yeznəsi Ramanın adına sənədləşdirməsini istəyəcəyini, başçının isə Sabiri tanıdığı üçün buna etiraz etməyəcəyini qeyd etmişdir. Bələdiyyədən çıxdıqdan sonra o, yenə də pulu adi etibarnamə almaq üçün verməklə razılaşmamış, sənədlərinin tam qaydasında olmasını istəmişdir. Bu zaman Ramanın qayınatası Sabir onlara pulun qalmasını, etibarnamənin verilməsini, onun təmirə başlayıb, obyekti işlətməsini, həmin vaxtadək də bütün sənədlərin hazırlanmasını və birdəfəlik alqı-satqı edilməsini təklif etmişdir. Bu zaman Raman və Kamil əlavə olaraq heç olmasa, onlara 3000 manat məbləğində pul verməsini, obyektin arxasındakı torpağı da sənədləşdirib ona satmalarını təklif etmişlər. Onlar bir daha orada cavabdehlərə 3000 manat pulun ödənilməsi, sonuncuların da ona etibarnamə vermələri, daha sonra isə obyektin arxasındakı boş torpaq sahəsinin də sənədləşdirib kvadrat metrini 220 manatdan ona satmaları barədə razılaşmışlar. Beləliklə, 11 mart 2020-ci il tarixdə cavabdehlər ona Siyəzən rayon dövlət notariat ofisində 1 il müddətinə etibarnamə vermiş, onlar birlikdə “Bənövşə” kafesinə getmiş və orada o, 3000 manat məbləğində pulu Ramana vermiş, sonuncu da həmin pulun 1000 manatını Kamilə vermişdir. Bundan 3 gün sonra, 14 mart 2020-ci il tarixdə məişət cihazları təmiri ilə məşğul olan Fuad obyekti boşaltmış və Raman obyekti ona təhvil vermişdir. Bu zaman Raman ondan 100 manat da Fuada vermək məqsədilə almışdır. Beləliklə, 2020-ci ilin fevral - mart ayları ərzində o, Ramana 320 ABŞ dolları və 3420 manat məbləğində pul vermişdir. Bundan əlavə, həmin ilin aprel ayının 3-ü 200 manat, 22-si 20 manat, 25-i 50 manat, may ayının 12-si isə 50 manat məbləğində Ramana pul vermişdir. 15 mart 2020-ci il tarixdən etibarən o, obyektdə təmir işlərinə başlamış və obyektin təmirinə usta pulu da daxil olmaqla, 4450 manat məbləğində pul xərcləmiş və aprelin sonunadək təmiri bitirmişdir. Orada gözəllik salonu açmış və avadanlıqların alınmasına da əlavə olaraq 3750 manat pul xərcləmişdir. Pandemiya şərtlərinə görə, 05 may 2020-ci il tarixdən gözəllik salonlarının fəaliyyətinə icazə verilmiş və o vaxtdan salon fəaliyyətə başlamış, daha sonra yenə sərt karantin olmuş və təxminən 15 gün işləməmiş, karantin bitəndən sonra salon yenidən fəaliyyətini bərpa etmişdir. Daha sonra, 04 sentyabr 2020-ci il tarixdə Raman ona zəng edərək, görüşə çağırmış və onunla yenə də “Bənövşə” kafesində görüşmüşdür. Bu zaman Cavabdeh1 ona əlavə olaraq almaq istədiyi evə 3000 manat da beh verməsini istəmişdir. O, da buna etiraz edib, obyektin adına keçirilməsini, bundan sonra bütün pulları verəcəyini, obyektin arxasındakı torpağın sənədinin isə hazır olacağı zaman onu da ayrıca alqı-satqı edəcəklərini bildirmişdir. Bu zaman Raman arxadakı torpağın qiymətini ucuz deyib, oranın kvadratını 220 manata deyil, 500 manata satdığını bildirmişdir. O, isə Ramana sözügedən sahəni təklif etdiyi qiymətə yox, razılaşdıqları 220 manata ala biləcəyini bildirmişdir. Bundan 3 gün sonra, 07 sentyabr 2020-ci il tarixdə Raman və Kamil ona verdikləri etibarnaməni ləğv etdirmiş və ondan obyektdən çıxmasını tələb etməklə, hədəqorxu gəlmişlər. O, isə cavabdehlərdən nağd verdiyi pulları, təmirə və avadanlıqlara çəkilmiş xərcləri ona qaytarılmasını tələb etmişdir. Çünki, yer olmadıqdan sonra onun nə avadanlığa ehtiyacı qalmış, nə də ki, təmiri dağıda və ya mebelləri söküb apara bilməcəyini dərk etmişdir. Ona görə də bundan əvvəl də başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, o, cavabdehlərə qarşı daha öncə "pul və maddi-mənəvi ziyan" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonunculardan müştərək qaydada onlara ödədiyi 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, habelə əsəb-stress keçirdiyinə, eləcə də psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, habelə Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Sonradan bu qətnamədən apellyasiya və kassasiya şikayəti verilsə də, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, onun həmin obyektdə qalmış, əvvəlki iş üzrə məhkəmə ekspertizası tərəfindən qiymətləndirilməmiş əmlakı və həmin tarixə təxminən 1976 manata qədər dəyəri olan peşə fəaliyyəti üçün istfadə olunan ləvazimatlar cavabdehlər tərəfindən mənimsənilmiş və əmlakın əksəriyyəti başqa gözəllik salonlarına xəbəri olmadan satılmışdır. Bununla yanaşı, könüllü olaraq peşə öyrənməyə gələn xanıma məxsus olan, cavabdehlər tərəfindən mənimsənilmiş və dəyəri sonradan onun tərəfindən ödənilən ləvazimatlara görə 310 manat zərərə dümüşdür. Bir neçə dəfə cavabdehlərə avadanlıqları götürməklə bağlı müraciət etsə də, onlar buna müxtəlif bəhanələrlə mane olmuşlar. Beləliklə, iddia ərizəsinin tələb hissəsində sadalanan ümumi dəyəri 2286 manat təşkil edən əşyaları onun qanuni sahibliyindən çıxmışdır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini qismən müdafiə edərək, izahatında göstərdi ki, iddia ərizəsində sadalanan əşyaları obyektdən götürəcəyinə əmin olduğu üçün əvvəlki məhkəmə prosesində hazırda tələb etdiyi əşyaları cavabdehlərdən istəməmişdir. Bundan başqa, həmin vaxt hazırkı ərizəsində sadalanan əşyaları obyektdən götürəcəyinə əmin olsa da, sonradan cavabdehlər onun xəbəri olmadan bu əşyaları Siyəzən şəhərində gözəllik salonu işlədən Gülşən adlı xalalarına satmışlar. Bununla da hazırda da sözügedən əşyalar Gülşənə məxsus gözəllik salondadır. Bundan əlavə, təqdim etdiyi video görüntüyə əsasən mütəxəssislər tərəfindən gözəllik salonunda gözlə görünən bütün əşyalar qiymətləndirilsə də, iddia ərizəsində sadalanan bəzi əşyalar dolabların içərisində olduğu üçün onların qiymətləndirilməsi mümkün olmamışdır. Ona görə də iddia tələbini mütəxəssislər tərəfindən qiymətləndirilmiş əşyaların və ya onların dəyərinin qaytarılmasına dair hissədə müdafiə etməklə, təmin edilməsinə, həmçinin qiymətləndirmə aktının tərtib edilməsi üçün tərəfindən ödənilmiş 200 manat xidmət haqqının, habelə iddia tələbi üzrə ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli, 2(059)-63/2021 nömrəli qətnaməsi ilə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərc, vəkilin göstərdiyi hüquqi yardıma görə ödədiyi 500 manat məsrəf, məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndirici) ekspertizası üçün ödədiyi 400 manatın 38%-i, yəni 152 manatı, iddia tələbi üzrə ödədiyi 30 manat dövlət rüsumunun 38%-i, yəni 11,40 manatın tutularaq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş CD diskə köçürülmüş fotoşəkil və videogörüntülərdən görünür ki, iddia ərizəsində sadalanan müxtəlif növ avadanlıqların əsas hissəsi, yəni “X2” MMC-nin 04 mart 2024-cü il tarixli qiymətləndirmə aktında göstərilən avadanlıqlar həqiqətən iddiaçının faktiki sahibliyində, cavabdehlərin isə icarəsində olmuş Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsinin üzərində olan “Beaty Center” gözəllik salonunda mövcud olmuşdur. İşdə olan “X2” MMC-nin 04 mart 2024-cü il tarixli, 262 nömrəli qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus müxtəlif növ avadanlıqların, o cümlədən 1 ədəd qırmızı rəngli kreslonun qiyməti 30 manat, 1 ədəd muncuqlu asma pərdənin qiyməti 50 manat, divardan asılan 2 ədəd ləvazimat şkafının hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat, 4 ədəd işıqlandırıcı plafonun hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat, 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgənin qiyməti 7 manat, 1 ədəd pas-pas döşəməsilənin qiyməti 12 manat, 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəstinin qiyməti 20 manat, 1 ədəd plastik ləvazimat rəfinin qiyməti 40 manat, 1 ədəd Tefal markalı elektrik sobasının qiyməti 25 manat, 1 ədəd “Galaxy” markalı tavanın qiyməti 10 manat, 1 ədəd saatın qiyməti 70 manat, 4 ədəd fincanın hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat, 2 ədəd paltar asılqanının birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat, 2 ədəd sabun qabının hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat, 3 ədəd əl-üz dəsmalının hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat, 3 ədəd ayaqaltı xalçasının hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat, 1 ədəd işıqlı reklam lövhəsinin (Beauty Center) qiyməti 550 manat, 3 ədəd bayner reklam lövhəsinin hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat, 4 ədəd vinil reklamın hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat, 1 ədəd profillə birgə qapı kilidinin qiyməti 25 manat, 1 ədəd X4 qiyməti 238 manat, “Fara” markalı 1 ədəd lipuçka aparatının qiyməti 25 manat, 1 ədəd manikür aparatının (Nail drill) qiyməti 40 manat olan, 10 ədəd dırnaq lakının hər birinin qiyməti 2,5 manat olmaqla, ümumilikdə 25 manat, “Sun” markalı 1 ədəd lak qurudan aparatın qiyməti 40 manat, 2 ədəd dırnaq gelinin hər birinin qiyməti 6,5 manat olmaqla, ümumilikdə 13 manat, 1 ədəd “West” markalı saç buran feninin qiyməti 150 manat, 1 ədəd “West” markalı hava feninin qiyməti 130 manat və 1 ədəd “Mega Watt” markalı hava feninin qiyməti 150 manat olmaqla, 04 mart 2024-cü il tarixə ümumilikdə bu əşyaların bazar dəyəri 1995 manat müəyyən edilmişdir. İşdə olan Buta "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı qiymətləndirmə aktının verilməsi üçün Mərkəzin hesabına 200 manat xidmət haqqını tam ödəmişdir. İşdə olan 19 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 44 (qırx dörd) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bu Məcəllənin 135-ci maddəsinin İ və İİ hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Sözügedən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə qeyd olunan Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bu Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Sözügedən Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iclasında iddiaçının izahatı, eləcə də tədqiq olunmuş sübutların məcmusu, həmçinin Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021ci il tarixli qətnaməsi ilə müəyyən edildi ki, İddiaçıla Cavabdeh1 2020-ci ilin yanvar ayının sonlarında Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsinin torpağın sənədləşmə xərcləri də daxil olmaqla, 18000 manata alqı-satıqısı barədə razılaşmış, bundan əlavə, sonuncu qeyri-yaşayış sahəsinin arxasında boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək üçün bələdiyyəyə müraciət etdiyini bildirərək, bu torpağı da almasını iddiaçıya təklif etmiş, bu məqsədlə İddiaçı Cavabdeh1 2020-ci ilin fevral-mart ayları ərzində şəxsən və bilavasitə cəmi 3300 manat, eləcə də 320 ABŞ dolları məbləğində pul vermişdir. Bundan sonra, 11 mart 2020-ci il tarixdə cavabdehlər Raman və Cavabdeh2lar Siyəzən şəhərində yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki icarə hüququndan onlara məxsus olan hissələrə dair bütün hüquqları 1 il müddətinə, yəni 11 mart 2021-ci il tarixədək İddiaçı etibar etmişlər. Daha sonra, 2020-ci ilin mart-aprel ayları ərzində iddiaçı, etibarnaməli idarəçiliyinə keçmiş torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsində vicdanlı sahib kimi yenidənqurma və təmir işlərinə başlamış, habelə oraya avadanlıqlar quraşdırmış və əşyalar yerləşmişdir. Lakin, sonradan tərəflər arasında münasibətlər pozulmuş, nəticədə alqı-satqı baş tutmamış və cavabdehlər iddiaçıya 11 mart 2020-ci il tarixdə verdikləri etibarnaməni 07 sentyabr 2020-ci il tarixdə notariat ofisinə gedərək ləğv etdirmişlər. Bu səbəbdən də, iddiaçı cavabdehlər tərəfindən hüquq və mənafeyinin pozulduğunu əsas gətirməklə, çəkmiş olduğu xərclərin, eləcə də ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb etmiş, habelə, iddiaçının qismən əsaslı olan iddia tələbi Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilməklə, Cavabdeh1 İddiaçı xeyrinə 3300 manat və 320 ABŞ dollarının ödəniş vaxtına manatın məzənnəsi üzrə pulun tutulması, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə sonuncunun təmirə çəkdiyi 4258 manat xərcin, eləcə də, məhkəmə məsrəflərinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı özünün də bildirdiyi kimi bir müddət onun etibarnaməli idarəçiliyində olmuş obyektdən götürəcəyinə əmin olduğuna görə yuxarıda qeyd edilən məhkəmə işinə baxılarkən, hazırkı iddia tələbində sadalanan müxtəlif növ əşyaları və ya onların dəyərini cavabdehlərdən tələb etməmiş, həmçinin iddia ərizəsində sadalanan əşyaların əksər hissəsinin iddiaçıya məxsus olması, Siyəzən şəhəri ərazisində yerləşən 0,0044 ha torpaq sahəsi üzərindəki qeyri-yaşayış sahəsi (“Beaty Center” gözəllik salonu) iddiaçının qanuni sahibliyində olarkən sonuncu tərəfindən çəkilmiş fotoşəkil və videogörüntülərlə tam təsdiq edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A- 52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Bununla da, məhkəmə hesab edir ki, mübahisələndirilən əmlaklar, İddiaçı məxsusdur və sonuncu cavabdehlər tərəfindən həmin əşyalara qanuni sahiblikdən məhrum edilmişdir. İddiaçı öz əmlaklarını başqalarının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qiyməti 30 manat olan 1 ədəd qırmızı rəngli kreslo, qiyməti 50 manat olan 1 ədəd muncuqlu asma pərdə, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində divardan asılan 2 ədəd ləvazimat şkafı, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 4 ədəd işıqlandırıcı plafon, qiyməti 7 manat olan 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgə, qiyməti 12 manat olan 1 ədəd pas-pas döşəməsilən, qiyməti 20 manat olan 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəsti, qiyməti 40 manat olan 1 ədəd plastik ləvazimat rəfi, qiyməti 25 manat olan 1 ədəd Tefal markalı elektrik sobası, qiyməti 10 manat olan 1 ədəd “Galaxy” markalı tava, qiyməti 70 manat olan 1 ədəd saat, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 4 ədəd fincan, birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat dəyərində 2 ədəd paltar asılqanı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat dəyərində 2 ədəd sabun qabı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat dəyərində 3 ədəd əl-üz dəsmalı, hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat dəyərində 3 ədəd ayaqaltı xalçası, qiyməti 550 manat olan 1 ədəd işıqlı reklam lövhəsi (Beauty Center), hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 3 ədəd bayner reklam lövhəsi, hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 4 ədəd vinil reklam, qiyməti 25 manat olan 1 ədəd profillə birgə qapı kilidi, qiyməti 238 manat olan 1 ədəd X5, qiyməti 25 manat olan “Fara” markalı 1 ədəd lipuçka aparatı, qiyməti 40 manat olan 1 ədəd manikür aparatı (Nail drill), hər birinin qiyməti 2,5 manat olmaqla, ümumilikdə 25 manat dəyərində 10 ədəd dırnaq lakı, qiyməti 40 manat olan “Sun” markalı 1 ədəd lak qurudan aparatı, hər birinin qiyməti 6,5 manat olmaqla, ümumilikdə 13 manat dəyərində 2 ədəd dırnaq geli, qiyməti 150 manat olan 1 ədəd “West” markalı saç buran feni, qiyməti 130 manat olan 1 ədəd “West” markalı hava feni, qiyməti 150 manat olan 1 ədəd “Mega Watt” markalı hava feni və ya həmin əşyaların dəyəri, yəni 1995 (bir min doqquz yüz doxsan beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə tələbin təmin edilmiş hissəsinin məbləğinə mütənasib olaraq iddia tələbi üzrə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun 87%-i, yəni 38,28 (otuz səkkiz manat iyirmi səkkiz qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, qiymətləndirmə aktının (mütəxəssis rəyinin) alınması üçün “Buta” Qiymətləndirmə Mərkəzinə İddiaçı tərəfindən ödənilmiş 200 manat məhkəmə məsrəfinin 87%-i, yəni 174 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Qiyməti 30 manat olan 1 ədəd qırmızı rəngli kreslo, qiyməti 50 manat olan 1 ədəd muncuqlu asma pərdə, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 60 manat dəyərində divardan asılan 2 ədəd ləvazimat şkafı, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 4 ədəd işıqlandırıcı plafon, qiyməti 7 manat olan 1 ədəd xəkəndazla birlikdə şotkalı süpürgə, qiyməti 12 manat olan 1 ədəd pas-pas döşəməsilən, qiyməti 20 manat olan 1 ədəd altlığı ilə birlikdə Tefal markalı çaydan dəsti, qiyməti 40 manat olan 1 ədəd plastik ləvazimat rəfi, qiyməti 25 manat olan 1 ədəd Tefal markalı elektrik sobası, qiyməti 10 manat olan 1 ədəd “Galaxy” markalı tava, qiyməti 70 manat olan 1 ədəd saat, hər birinin qiyməti 2 manat olmaqla, ümumilikdə 8 manat dəyərində 4 ədəd fincan, birinin qiyməti 4 manat, digərinin qiyməti 7 manat olmaqla, ümumilikdə 11 manat dəyərində 2 ədəd paltar asılqanı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 6 manat dəyərində 2 ədəd sabun qabı, hər birinin qiyməti 3 manat olmaqla, ümumilikdə 9 manat dəyərində 3 ədəd əl-üz dəsmalı, hər birinin qiyməti 7 manat olmaqla, ümumilikdə 21 manat dəyərində 3 ədəd ayaqaltı xalçası, qiyməti 550 manat olan 1 ədəd işıqlı reklam lövhəsi (Beauty Center), hər birinin qiyməti 40 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 3 ədəd bayner reklam lövhəsi, hər birinin qiyməti 7,50 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 4 ədəd vinil reklam, qiyməti 25 manat olan 1 ədəd profillə birgə qapı kilidi, qiyməti 238 manat olan 1 ədəd X5, qiyməti 25 manat olan “Fara” markalı 1 ədəd lipuçka aparatı, qiyməti 40 manat olan 1 ədəd manikür aparatı (Nail drill), hər birinin qiyməti 2,5 manat olmaqla, ümumilikdə 25 manat dəyərində 10 ədəd dırnaq lakı, qiyməti 40 manat olan “Sun” markalı 1 ədəd lak qurudan aparatı, hər birinin qiyməti 6,5 manat olmaqla, ümumilikdə 13 manat dəyərində 2 ədəd dırnaq geli, qiyməti 150 manat olan 1 ədəd “West” markalı saç buran feni, qiyməti 130 manat olan 1 ədəd “West” markalı hava feni, qiyməti 150 manat olan 1 ədəd “Mega Watt” markalı hava feni və ya həmin əşyaların dəyəri, yəni 1995 (bir min doqquz yüz doxsan beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı qaytarılsın. İddia tələbi üzrə ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun 87%-i, yəni 38,28 (otuz səkkiz manat iyirmi səkkiz qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qiymətləndirmə aktının (mütəxəssis rəyinin) alınması üçün “Buta” Qiymətləndirmə Mərkəzinə İddiaçı tərəfindən ödənilmiş 200 manat məhkəmə məsrəfinin 87%-i, yəni 174 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-137/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-137/2024
13.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver