Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-158/2020 17.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən ödənilmiş məbləğin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Dövlət Komitəsi Cavabdeh qarşı "alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən ödənilmiş məbləğin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Komitə ilə cavabdeh arasında Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55 D ünvanında yerləşən 26 saylı mağazanın alqı-satqısına dair xx xxxxxx 2018-ci il tarixli, 4208 saylı müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 75 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı tərəfin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin onun hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55 D ünvanında yerləşən 26 saylı mağaza xx xxxxxx 2018-ci il tarixli, 4208 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X4 Dövlət Komitəsi tərəfindən alıcı Cavabdeh 750 manata satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 75 manat ödəniş etmiş, digər hissəni, yəni 675 manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı-satqı müqaviləsinin şərtlərini, həmçinin, bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 750 manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. X4 Dövlət Komitəsi tərəfindən cavabdehə müqavilə üzrə ödənilməmiş məbləğin ödənilməsinə, əks təqdirdə müqavilənin ləğv olunacağına dair xx xxxxxx 2019-cu il tarixli bildirişgöndərilsə də, cavabdeh satın aldığı əmlakın dəyərini tam ödəməmişdir. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini, eləcə də Mülki Məcəllənin tələblərini pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır. Bu səbəbdən də, cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Beləliklə, məhkəmə tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə yanaşı, müqavilənin predmeti olmuş əmlakın satıcıya qaytarılması vəzifəsi də cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərdən əlavə bildirirlər ki, cavabdeh müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuş, müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. Buna görə də, cavabdeh tərəfindən müqavilə üzrə ödənilmiş vəsait satıcıya vurulmuş zərərin əvəzi kimi nəzərə alınmalı və alıcıya qaytarılmamalıdır. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iclasın iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış müəssisənin (obyektin) alqı-satqısı haqqında xx xxxxxx 2018-ci il tarixli, 4208 saylı müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə görə keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55 D ünvanında yerləşən ümumi sahəsi 33,1 kv.m təşkil edən 26 saylı mağazanı hərracda alıcı Cavabdeh 750 manata satmış, sonuncu alınmış müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10 % də nəzərə alınmaqla 750 manatını müqavilə bağlandığı andan 30 bank günü müddətindən gec olmayaraq və ya xx xxxxxx 2019-cu il tarixədək satıcının Mərkəzi Bankdakı hesabına köçürməyi öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, **********73 saylı bildirişin surətindən görünür ki, X1 müəssisənin (obyektin) alqı-satqısı haqqında xx xxxxxx 2018-ci il tarixli, 4208 saylı müqavilə üzrə əmlakın satış qiyməti olan 750 manatdan 75 manatı ödəmiş, qalan 675 manatı isə ödəməmişdir. Bu səbəbdən də, Çingiz Nəzərovdan müqavilə üzrə ödənilməmiş 675 manat vəsaitin 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə, müqavilənin əlavə xəbərdarlıq edilmədən ləğv ediləcəyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və toplanmış mötəbər sübutlarla iddia tələbinin ilk, yəni "alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" hissəsinə münasibətdə müəyyən edildi ki, keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış müəssisənin (obyektin) alqı-satqısı haqqında xx xxxxxx 2018-ci il tarixli müqaviləyə görə keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55 D ünvanında yerləşən ümumi sahəsi 33,1 kv.m təşkil edən 26 saylı mağazanı hərracda alıcı, Cavabdeh 750 manata satmış, sonuncu alınmış müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10 % də nəzərə alınmaqla 750 manatını müqavilə bağlandığı andan 30 bank günü müddətindən gec olmayaraq və ya xx xxxxxx 2019-cu il tarixədək satıcının Mərkəzi Bankdakı hesabına köçürməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh əmlakın satış qiyməti olan 750 manatdan 75 manatı (beh kimi 10 %) ödəmiş, üzərinə öhdəlik götürməsinə baxmayaraq, qalan 675 manatı isə ödəməmişdir. Bununla da, cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinə tam əməl olunmamış, o cümlədən əmlakın qalıq dəyəri iddiaçıya ödənilməmişdir. Cavabdehə əmlakın qalıq qiymətinin ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, o, buna məhəl qoymamış və müəyyənləşdirilmiş məbləği tam ödəməkdən yayınmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Cavabdeh üzərinə düşdüyü öhdəliyi lazımınca icra etmədiyinə və o, müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna, o cümlədən əmlakın tam dəyəri müqavilə ilə müəyyən edilmiş müddət ərzində iddiaçı tərəfə ödənilmədiyinə görə iddiaçı onlar arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini, habelə cavabdehin qanunsuz sahibliyində olan əmlakını geri tələb etməkdə haqlıdır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 389-cu maddəsinin İ və İİ hissələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Qeyd olunan Məcəllənin 421-ci maddəsinin İ və İİ hissələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Yenə bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598-ci maddəsinin İ, İİ və İV hissələrinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Bundan əlavə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxx 2000-ci il tarixli Qanununun İ maddəsinin İ, İİİ və Vİİ bəndlərinə əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Özəlləşdirmənin obyekti özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Özəlləşdirmə əqdi - bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir. Bu Qanunun 8-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 1.1-ci yarımbəndinə əsasən İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir (bundan sonra - Dövlət X3 üzrə Dövlət Komitəsi). Bu Proqramın 2-ci bəndinə əsasən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə baxımından aşağıdakı kimi təsnifatlaşdırılır: özəlləşdirilməsi qadağan olunan əmlak; özəlləşdirilməsi barədə qərar qəbul edilən anadək dövlət mülkiyyətində saxlanılan əmlak; Azərbaycan Respublikası prezidentinin qərarı ilə özəlləşdirilən əmlak; Əmlak Məsələləri Dövlət Komitəsi qərarı ilə özəlləşdirilən əmlak. Yenə bu proqramın 2.3.1-ci abzasına əsasən topdansatış və pərakəndə ticarət müəssisə və obyektləri (o cümlədən istehsal-texniki təyinatlı məhsullar satan müəssisə və obyektlər) Əmlak Məsələləri Dövlət Komitəsi qərarı ilə özəlləşdirilən müəssisə və obyektlərdəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Müəssisənin (obyektin) alqı-satqısı haqqında xx xxxxxx 2018-ci il tarixli, 4208 saylı müqavilənin 1.3-cü bəndinə əsasən hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən və hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüquqları yaranır. Bu müqavilənin 3.1-ci bəndinə əsasən əgər alıcı satın aldığı müəssisənin (obyektin) dəyərini müqavilə imzalandığı andan 30 bank günü ərzində ödəməzsə, müqavilə qüvvədən düşmüş hesab edilir və onun tərəfindən ödənilmiş beh geri qaytarılmır. Beləliklə, məhkəmə iddia tələbinin ilk, yəni "alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" hissəsinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, habelə keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55 D ünvanında yerləşən 26 saylı mağazanın alqı-satqısına dair xx xxxxxx 2018-ci il tarixli, 4208 saylı müqavilə ləğv edilməklə, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin "cavabdeh tərəfindən ödənilmiş məbləğin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi" hissəsinə münasibətdə isə qeyd edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi). Lakin, işdə olan mötəbər sənədlərdən və sübutlardan, o cümlədən müəssisənin (obyektin) alqı-satqısı haqqında xx xxxxxx 2018-ci il tarixli müqavilənin 2.2.2-ci yarımbəndində göstərilmiş "alınmış müəssisənin (obyektin) dəyərini, yəni hərracdan əvvəl beh kimi ödənilmiş 10 % də nəzərə alınmaqla 750 manatını" və 3.1-ci bəndindəki "onun tərəfindən ödənilmiş beh geri qaytarılmır" müddəalarından da göründüyü kimi mübahisəli 75 manat məbləğ iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilə bilməz. Çünki, tərəflər mübahisəli bu məbləği müqavilə əsasında beh kimi nəzərə almış, habelə müəyyənləşdirmişlər. Bu səbəbdən də, mübahisəli həmin məbləğin zərər kimi qiymətləndirilməsi mülki qanunvericiliyin tələblərinə zidd olardı. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci maddəsinin İ və İİ hissələrinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Bununla belə, müəssisənin (obyektin) alqı-satqısı haqqında xx xxxxxx 2018-ci il tarixli müqavilənin icra edilməsi beh vermiş tərəfin, yəni cavabdeh tərəfin öz öhdəliyini pozması nəticəsində mümkün olmadığından, habelə müqavilə icra edilmədiyindən ödənilmiş 75 manat beh məbləği iddiaçıda qalmalıdır. Bundan əlavə, məhkəmə iclasları gedişatında iddiaçı tərəfə müqavilənin icra edilməməsi nəticəsində əlavə hər hansı bir məbləğdə zərər dəyməsi müəyyən edilməmiş, o cümlədən bunu təsdiq edəcək hər hansı bir mötəbər sənəd və ya sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 492-ci maddəsinin İİ hissəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55 D ünvanında yerləşən 26 saylı mağazanın alqı-satqısına dair xx xxxxxx 2018-ci il tarixli, 4208 saylı müqavilə ləğv edilməklə, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə — büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Bu Qanunun 8.4.12-ci bəndinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən, 10 manat məbləğində dövlət rüsumu alınır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 55 D ünvanında yerləşən 26 saylı mağazanın alqı-satqısına dair xx xxxxxx 2018-ci il tarixli, 4208 saylı müqavilə ləğv edilməklə, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-158/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-158/2020
17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver