Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-170/2022 04.05.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, üçüncü şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X13 iştirakları ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması” tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma obyekti olan “Hyundai HD 72” markalı avtomaşına aid Cavabdeh adına qeydə alınmış nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və 2008-ci il buraxılışlı, ağ rəngli, ** EM *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq, ona qaytarılması, ödənilmiş cəmi 128 manat dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 17523,60 manat maddi zərər, eləcə də 142,57 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17666,17 manat pulun tutularaq ona ödənilməsi, o cümlədən bu vəsaitin ödənişinin “Hyundai HD 72” yük markalı avtomaşının cavabdehə qaytarılması ilə eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh ona və qeyrilərinə qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə iddiaçının iddianı təmin etmək tədbiri barədə ərizəsi təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra vərəqəsinə əsasən onun adına aşkar edilmiş, Siyəzən şəhərində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin ¼ hissədə, Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,94 ha kənd təsərrüfatlı təyinatı torpaq sahəsinin ½ hissədə, 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşının, cavabdeh X16 Siyəzən şəhərində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsinin, Zarat kəndində yerləşən 0,199957 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qara ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının, cavabdeh X5 adına aşkar edilmiş Siyəzən rayonu, Zarat kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin, Siyəzən şəhərində yerləşən 0,005 ha sahibkarlıq torpaq sahəsi üzərində 17 dekabr 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə icarə hüququ qeydiyyata alınmış ünvan 2 ünvanında yerləşən icarəsində olan qeyri-yaşayış binasının, eləcə də 1993-cü il buraxılışlı, ağ rəngli, ** BE *** dövlət qeydiyyat nişanlı, VAZ 21065 avtomaşının və cavabdeh X17 adına aşkar olunmuş əmlakların üzərinə iddianın təmin etmə tədbiri qaydasında həbs qoyulmuşdur. Göstərilənlərə əsasən və İcra haqqında Qanununun 53-cü maddəsini rəhbər tutaraq Siyəzən rayon İcra və probasiya şöbəsi tərəfindən qeyd edilən əmlakların satışını təşkil edib satışdan əldə olunan məbləğin müvafiq depozit hesabına köçürülməsi məqsədi ilə "xxxx" MMC-də rəsmi müraciət (sifariş) olunmuş, “İcra haqqında” Qanunun müvafiq maddəsinin bəndlərinə istinad edilərək, hərrac təşkil olunmuşdur. “X19 X10 “09/04 Nömrəli Protokolu”na əsasən 05 fevral 2021-ci il tarixdə tələbkar Cavabdeh 9800 manat hərracdakı satış qiymətinə onun adına olan 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşını almışdır. Lakin, bundan sonra hazırkı iş üzrə Cavabdeh 05 fevral 2021-ci il tarixdən mübahisə predmeti olan avtomobili öz adına keçirməyərək, borcunu nağd halda pul formasında tələb etmiş və Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019cu il tarixli icra vərəqəsi üzrə borclular, o cümlədən, o, X22, X8, X9, X11 və X26 tərəfindən müştərək qaydada 30267,75 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə 57856,2 manat pul vəsaiti tam məbləğdə tələbkar Cavabdeh 25 noyabr 2021-ci il tarixdə ödənilmişdir. Belə ki, bu barədə tələbkar Əzizov X3 rayon icra və probasiya şöbəsinə “icra sənədinin icraatına xitam verilməsi haqqında” 25 noyabr 2021-ci il tarixdə yazılı ərizə ilə müraciət edərək, icra sənədi üzrə ümumilikdə 109311 manat borcun ona tam şəkildə borclular tərəfindən ödənildiyini və onun borclulara qarşı heç bir tələb və şikayətinin olmamasını bildirmiş, həmçinin “İcra haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən məhkəmənin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Lakin, Cavabdeh 05 fevral 2021-ci il tarixli “X19 X10” 09/04 nömrəli protokolundan sui-istifadə edərək ona olan borcun tam ödənilməsinə və digər borcluların, həmçinin özünün qarşı tərəfə borcunun qalmamasına baxmayaraq, ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı avtomaşını 20 dekabr 2021-ci il tarixdə öz adına rəsmiləşdirməklə, əsassız varlanmışdır. Bundan əlavə, Cavabdeh təhvil verilərkən sözügedən avtomobilinin yanacaq sisteminin olmaması səbəbindən istismara yararsız olmasını və sırf bununla əlaqədar çəkilmiş xərcin ağlabatan məbləğinin 1250 manat təşkil etməsini qəbul edərək, avtomobilin ona qaytarılacağı təqdirdə, bu pulu qarşı tərəfə ödəməyə razıdır. Odur ki, ilk iddianın tam, qarşılıqlı iddianın isə qismən, yəni 1250 manat məbləğində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qismən şərtli qəbul etməklə, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X14, X12, X1, X2, X6 və X15 müştərək qaydada onun xeyrinə ödənilməmiş qalan 28500 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 55000 manat borc, habelə 21 yanvar 2018-ci ildən 23 may 2018-ci ilədək olan müddət ərzində 58500 ABŞ dolları və 80000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 991,25 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1354,2 manat, 23 may 2018-ci ildən 10 dekabr 2018-ci ilədək olan müddət ərzində 23 may 2018-ci ildə ümumilikdə ödənilmiş 30000 ABŞ dolları və 25000 manat, habelə ödənilmə müddəti nəzərə alınmaqla 28500 ABŞ dolları və 55000 manat məbləğin üzərindən illik 5 (beş) faiz hesablanmaqla 776,5 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1502 manat pul tutulmuş, həmçinin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. O, uzun müddət həmin məbləğin alınması üçün çalışmış, bunun üçün çox əziyyət çəkib, vəsait sərf etmişdir. Cavabdeh iddia tələbini onun əmlakının hesabına əsassız varlanması ilə əsaslandırsa da, onun istinad etdiyi bu hal tamamilə əsassız və qəbuledilməzdir. Belə ki, o, tələb edilən nəqliyyat vasitəsini tam qanuni əsaslarla əldə edərək, habelə icra hərəkətlərinin həyata keçirilməsi üçün xərclər çəkmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan, yəni cavabdehdən tutulmalı olmasına baxmayaraq, bu hal baş verməmiş, əksinə "xxxx" MMC-yə qiymətləndirmə işi üçün 3000 manat, hərracın keçirilməsi məqsədilə "xxxx"nə hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat vəsait ödəmişdir. Bundan əlavə, o, mübahisəli nəqliyyat vasitəsini 05 fevral 2021-ci tarixdə hərrac vasitəsilə alarkən, avtomaşın dəmir parçasından fərqli olmamış, onun hərəkəti üçün zəruri ehtiyat hissələri üzərindən götürülmüş, habelə İddiaçı özü tərəfindən çıxarılmaqla, istismara tam yararsız vəziyyətə salınmışdır. Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icraya yönəldilməsindən xeyli müddət keçdikdən sonra 25 noyabr 2021-ci il tarixdə səhhətində yaranmış problemlərlə əlaqədar müalicədə olarkən qarşı tərəf rayon icra və probasiya şöbəsinin vasitəçiliyi ilə oğlu Nərimanı aldadıb, xərcləri ödənilmədən tələsik şəkildə borcun tam şəkildə ödənilməsi ilə bağlı akta imza etdirmişlər. 01 dekabr 2021-ci il tarixdə Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verildikdən sonra o, uzun müddət icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkdiyi xərclərin ona qaytarılacağına ümid etsə də, ümidlərinin nəticəsi olmamışdır. Belə ki, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyev ona kişi sözü verərək, xərcinin cavabdeh tərəfindən qarşılanacağını, onlara 10 gün vaxt verməsini, əks təqdirdə xərclərinin əvəzi kimi 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” yük markalı avtomaşını adına rəsmiləşdirilməsini, buna kiminsə etirazının olmayacağını bildirmişdir. Bundan sonra, o, təxminən 10 gün gözləmiş, nə icra rəisi vəzifəsini icra edəndən, nə də cavabdehdən xərclərinin əvəzi ilə bağlı xəbər çıxmadığından özü Elnur Piriyevlə əlaqə saxlamış, lakin müraciətləri nəticəsiz qaldığından 20 dekabr 2021-ci il tarixdə mübahisəli avtomaşını xərclərinin əvəzi kimi öz adına rəsmiləşdirmişdir. Həmin vaxt da öz şəxsi vəsaitini sərf edərək, “Hyundai HD 72” yük markalı avtomaşın istismara yararsız vəziyyətdə olduğundan onu 20 dekabr 2021-ci il tarixdə evakuator vasitəsilə Siyəzən şəhərində yerləşən çörək sexinin qarşısından götürüb, Bakı şəhəri, Qaradağ rayonunda “Meyvəli” deyilən bazarın yanında yerləşən DİN BDYPİ-nin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinə aparmış, avtomaşına yeni ** EM *** dövlət qeydiyyat nişanı almış, habelə eyni evakuatorla Siyəzən şəhərinə gətirmişdir. Beləliklə, mübahisəli avtomobilin adına sənədləşdirilməsi üçün 88,60 manat, evakuatorla daşınması üçün isə 340 manat xərc çəkmişdir. Daha sonra, o, 26 dekabr 2021-ci il tarixdə yenidən əvvəlki evakuator vasitəsilə “Hyundai HD 72” yük markalı avtomaşını təmir-bərpa işlərinin görülməsi üçün Siyəzən şəhərindən götürüb, Bakı şəhəri, Xocasən dairəsində yerləşən “X30” MMC-yə aparmış, habelə avtomaşını ora təhvil vermişdir. Bu dəfə də yol xərci olaraq evakuatora 170 manat pul ödəmiş, bundan əlavə, mübahisəli avtomobil istismara yararsız olduğu üçün 9375 manat təmir-bərpa xərcləri çəkmişdir. Bununla belə, o, hazırda da əvvəldə olduğu kimi heç kimin avtomobilini istəmir. Lakin, icra hərəkətləri ilə bağlı sərf etdiyi vəsaitin əvəzi ödənilmədiyindən cavabdehin ona qarşı nəqliyyat vasitəsinin qaytarılması barədə iddia qaldırması anlaşılan deyildir. Çünki, xərcləri qarşılanmamaqla, yanaşı yararsız avtomobili təmir etdirməyi də ona izafi xərclər, zərər hesabına başa gəlmişdir. Əgər belə bir halın baş verəcəyini bilsə idi, heç avtomobilin təmir işləri ilə məşğul olmazdı. Avtomobil qaytarılacağı təqdirdə, xərclərinin kimin tərəfindən hansı formada qarşılanacağı sual altındadır. O, Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Elnur Piriyevin sözünə inanıb, bu addımı atmışdır. Eyni zamanda, hərrac vasitəsilə əldə edilmiş əmlaklar (mübahisəli avtomobil istisna olmaqla) onların əvvəlki sahiblərinə qaytarılmışdır. Bununla da, avtomobil əvvəlki sahibinə qaytarılacağı təqdirdə, çəkdiyi bütün xərclərin, o cümlədən 17523,60 manat vəsaitin də özünə qaytarılmasını, bunun isə avtomobilin qaytarıldığı vaxt eyni anda icra edilməsini istəyir. Odur ki, əgər mülki qanunvericiliyin tələbləri imkan verərsə, ilk iddia tələbinin qarşılıqlı iddiası təmin ediləcəyi təqdirdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Siyəzən rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X23 izahatında göstərdi ki, sözügedən icra sənədinin icrası ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən "xxxx" MMC-yə qiymətləndirmə işi üçün 3000 manat, hərracın keçirilməsi məqsədilə Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat vəsaitin ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd edilən icra sənədi üzrə icra xərclərinin tərəflər arasında bölgüsü ilə bağlı onlara vaxt verərək aralarında razılaşma əldə etmələrini təklif etsə də, razılıq əldə olunmamışdır. Göstərilən xərclərin tərəflər arasında bölgüsü ilə bağlı icra sənədi mövcud olmadığı üçün o, bu məbləği qarşı tərəfdən – İddiaçı və qeyrilərindən tələb edə bilməmişdir. Bundan başqa, 2008-ci il buraxılışlı, ağ rəngli, ** NG *** dövlət qeydiyyat nişanlı “Hyundai HD 72” yük markalı avtomaşını 08 iyul 2021-ci il tarixdə öz dəyərini itirməməsi üçün İddiaçı akt əsasında təhvil götürərək, Cavabdeh çörək sexinə evakuator vasitəsilə yerləşdirmişdir. Bu zaman avtomobilin yanacaq nasosu, forsunkası, şüşə siləni, akkumulyatoru, habelə refrijeratoru olmamışdır. Digər hissələrin istismara yararlı olub-olmamasını isə bu sahə üzrə mütəxəssis olmadığına görə bilmir. Eyni zamanda, hərrac vasitəsilə əldə edilmiş əmlaklar (mübahisəli avtomobil istisna olmaqla) onların əvvəlki sahiblərinə qaytarılmışdır. Odur ki, hər iki mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X14, X12, X1, X2, X6 və X15 müştərək qaydada iddiaçı Cavabdeh xeyrinə ödənilməmiş qalan 28500 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 55000 manat borc, habelə 21 yanvar 2018-ci ildən 23 may 2018-ci ilədək olan müddət ərzində 58500 ABŞ dolları və 80000 manat məbləğin üzərindən illik 5 faiz hesablanmaqla, 991,25 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1354,2 manat, 23 may 2018-ci ildən 10 dekabr 2018-ci ilədək olan müddət ərzində 23 may 2018-ci ildə ümumilikdə ödənilmiş 30000 ABŞ dolları və 25000 manat, habelə ödənilmə müddəti nəzərə alınmaqla 28500 ABŞ dolları və 55000 manat məbləğin üzərindən illik 5 faiz hesablanmaqla 776,5 ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə və 1502 manat pulun tutulması qət edilmişdir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin 21 oktyabr 2020-ci il tarixli məktubunun surətindən görünür ki, şöbə "xxxx"nə ünvanlanmış bu məktubunda borclulara məxsus əmlakların, o cümlədən mübahisəli avtomaşının "xxxx" MMC-nin qiymətləndirmə rəylərinə əsasən qiymətləndirildiyini göstərmiş, habelə əmlakların satışını təşkil edib, satışdan əldə olunan məbləğin Siyəzən rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsini xahiş etmişdir. İşdə olan X19 X10 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı məxsus ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomaşın həmin gün hərrac vasitəsilə 9800 manata Cavabdeh satılmışdır. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin 19 fevral 2021-ci il tarixli, 347/21-64-5 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-dən İddiaçı məxsus ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomobilin üzərindən məhdudiyyət götürülməklə, Cavabdeh adına rəsmiləşdirilməsi xahiş edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən 18 iyun 2020-ci il tarixdə verilmiş GİF/4 seriyalı, 847504 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, qiymətləndirmə işinə görə Cavabdeh tərəfindən MMC-nin hesabına 3000 manat ödəniş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Respublika Xammal və X27 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 03 mart 2022-ci il tarixli məktubundan görünür ki, Siyəzən rayon icra və probasiya şöbəsinin 20 avqust 2021-ci il tarixli, 1749/21-64-3 saylı və 21 oktyabr 2020-ci il tarixli, 3090/20 saylı sifariş məktublarına əsasən keçirilmiş hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində pul vəsaitinin hərrac mərkəzinə tərəfindən ödənilməsi ilə bağlı Cavabdeh cavab verilmişdir. İşdə olan Siyəzən rayon icra və probasiya şöbəsinin 01 dekabr 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın, eləcə də qarşılıqlı iddiaçının nümayəndəsi X7 25 noyabr 2021-ci il tarixli ərizəsinin surətlərindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(059)-91/2019 saylı icra sənədi üzrə borc tam şəkildə ödənildiyindən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Nəriman Əzizovun ərizəsi əsasında bu icra sənədinin icraatına xitam verilmişdir. İşdə olan 14 yanvar və 29 mart 2022-ci tarixli qəbzlərdən görünür ki, müvafiq olaraq ilk iddia tələbi üzrə İddiaçı 118 manat, qarşılıqlı iddia tələbi üzrə isə Cavabdeh 142,57 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi də qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir (Konstitusiyanın 71-ci maddəsinin İ, Vİİ hissələri). Bununla əlaqədar nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Bu Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün X10 protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Beləliklə, məhkəmə iclasında ilk iddia tələbinə münasibətdə müəyyən edildi ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar Siyəzən rayon icra və probasiya şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 05 fevral 2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə əsasən qalib gəlmiş Əzizov X4 Vaqif Ənvər oğluna məxsus ** NG *** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 72” markalı avtomaşını 9800 manata almış, habelə həmin gün X10 protokol imzalanmış, məhz bu sənəd əsasında sözügedən avtomaşın 20 dekabr 2021-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Hazırda ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnaməni mübahisələndirməklə, bununla da avtomobilin ona qaytarılmasını tələb etmişdir. Eyni zamanda, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “Hyundai HD 72” markalı avtomaşının satışını ehtiva edən X19 X10 05 fevral 2021-ci il tarixli, 09/04 nömrəli protokolu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən mübahisələndirilməmiş və hazırda da hərracın nəticələri qüvvədədir. Belə olan halda ilk iddia üzrə iddiaçının, nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin ləğv edilməklə, mübahisəli avtomaşının ona qaytarılması barədə ilk iddiası əsaslı sayıla bilməz. Çünki, həmin avtomobil X10 protokol əsasında qarşılıqlı iddia üzrə iddiaçıya satılmış, habelə adına sənədləşdirilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, X19 X10 05 fevral 2021-ci il tarixli protokol ilk iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, eləcə də, hərracın nəticələri ləğv edilməməklə hazırda da qüvvədə olduğundan, ilk iddia üzrə iddiaçı hazırkı tələb ilə bağlı hüquqi səlahiyyətə (hüquqi ixtiyara) malik olmamış və öz hərəkətlərini əsaslandıran sübuta malik deyildir. Göründüyü kimi sözügedən hərracın nəticələrinə dair protokol deyil, onun nəticəsi olaraq əldə edilmiş nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamənin mübahisələndirilməsi mübahisəli avtomobilin ilk iddia üzrə iddiaçıya qaytarılmasına dair ilk iddianın əhəmiyyətsizliyinə gətirib çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Belə olan halda, məhkəmə ilk iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Eyni zamanda, məhkəmə iclasında qarşılıqlı iddia tələbinə münasibətdə müəyyən edildi ki, Siyəzən Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclulara məxsus əmlakların qiymətləndirilməsi, habelə hərracla bağlı Cavabdeh tərəfindən müvafiq xərclər çəkilmişdir ki, bu da işin mübahisələndirilməyən hallarındandır. Belə ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borclu tərəfdən ödənilməli olsa da, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əmlakların qiymətləndirilməsi işi üçün 3000 manat, hərraclarda əmlakların əldə edilməsi üçün hərrac xərci olaraq 4550 manat məbləğində vəsait xərcləmiş, lakin, hərrac vasitəsilə əldə edilmiş əmlaklar (mübahisəli avtomobil istisna olmaqla) onların əvvəlki sahiblərinə qaytarılmışdır. Sözügedən bu hal da məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh pozulmuş hüququnu bərpa etmək üçün xərclər çəkmiş, habelə bu zaman əmlakından məhrum olmuşdur. Bu səbəbdən də o, öz arzusu (seçimi) ilə həmin xərcin ilk iddia üzrə İddiaçı tutulması üçün məhkəməyə müraciət etmişdir (Mülki Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır). Məhkəmə hesab edir ki, icra hərəkətləri ilə bağlı çəkilmiş xərclər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qaytarılmadığından, sonuncunun mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Bununla da, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə iddiaçının qanunsuz sahibliyindən öz əşyasını geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Sözügedən Məcəllənin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərdəndir. Bu Qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Beləliklə, məhkəmə qarşılıqlı iddia tələbinin “ödənilmiş icra xərclərinin qarşılıqlı iddia üzrə cavabdehdən tutulması” hissəsinin təmin edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə, hazırkı məqamda mübahisəli avtomaşın ilk iddia tələbinin təmin edilməməsi ilə əlaqədar qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh saxlanıldığından, habelə bununla əlaqədar avtomobilə münasibətdə çəkilmiş xərclərin (təmir-bərpa, qeydiyyat və s.) tutulması hissəsində qarşılıqlı iddia tələbi əhəmiyyətini itirdiyindən bu tələbin “qalıq məbləğ”ə dair hissəsinin təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla da, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması” tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia isə qismən əsaslı olduğundan qismən təmin edilməli, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 7550 manat maddi zərər tutularaq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, ilk iddia tələbi rədd edildiyindən həmin tələb üzrə ödənilmiş 118 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 142,57 manat dövlət rüsumunun 43 %-i, yəni 61,30 manatı isə sonuncudan tutularaq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “əsassız varlanma obyekti olan avtomobilə dair cavabdehin adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməklə, avtomobilin ona qaytarılması” tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməsin. İlk iddia üzrə ödənilmiş 118 (bir yüz on səkkiz) manat dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 7550 manat maddi zərər, eləcə də 142,57 manat dövlət rüsumunun 43 %-i, yəni 61,30 manatı, cəmi 7611,30 (yeddi min altı yüz on bir manat 30 qəpik) manat pul tutularaq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin ediməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-170/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-170/2022
04.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver