Məhkəmə qərarları › İş №2(059)-197/2020

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-197/2020

31.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-197/2020 31.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh, cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "müqavilələrin etibarsız hesab edilməsi" iddia tələbi ilə məhkəməyə müraciət edərək, "X19 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı, WDF**********5800 ban nömrəli avtomobilin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Nigar Hüseynova iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qalan hissədə müdafiə etməklə, yanaşı, mübahisəli "X19 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomaşına münasibətdə xx xxxxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı cavabdehin qardaşı mərhum X7 ilə xx xxx 1985-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahlarından üç uşaqları olmuş, uşaqlarının hər üçü də yetkinlik yaşına çatmışdır. Cavabdeh isə iddiaçının qaynıdır. Qeyd edir ki, iddiaçının əri Mirələsgər Əzizov xx xxxxxx 2020-ci il tarixdə bədxassəli yenitörəmə səbəbindən ölmüşdür. İddiaçının mərhum əri Mirələsgər Əzizov "X19 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı, WDF**********5800 ban nömrəli avtomaşını xx xxxx 2016-cı il tarixdə birgə nikah dövrü zamanı öz adına qeydiyyatdan keçirmişdir. Bundan əlavə, mərhum Mirələsgər Əzizov bir ildən artıq onkoloji xəstəlikdən əziyyət çəkmiş və bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkoloji Mərkəzində qeydiyyatda da olmuşdur. Belə ki, o, tez-tez anlaqsız vəziyyətdə olmuş, nə dediyini bilməmişdir. İddiaçının xəbəri olmadan onun mərhum əri qardaşı Cavabdeh mübahisəli avtomobilə münasibətdə ümumi etibarnamə vermişdir. Cavabdeh də mərhum qardaşının ölümündən, eləcə də, iddiaçının başının yas mərasimlərinə qarışmasından istifadə edərək xx xxxxxx 2020-ci il tarixdə mübahisəli avtomaşını bacanağı Şahin Ağayevin vasitəsilə alqı-satqı müqaviləsinə əsasən öz adına keçirmişdir. Hesab edir ki, Mirələsgər Əzizovun sağlığında verdiyi etibarnamə onun öldüyü gündən qüvvədən düşmüş və həmin avtomaşın alqı-satqı olunarkən birgə nikah dövründə əldə olunmuş əmlak kimi iddiaçının da razılığı olmamışdır. Həmçinin, cavabdeh iddiaçının mərhum ərinin anlaqsız vəziyyətdə olmasından sui-istifadə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçı onun mərhum qardaşı Mirələsgər Əzizovun arvadı olmuş, qardaşı xx xxxxxx 2020-ci il tarixdə ölmüş, ölməmişdən əvvəl təxminən 1 il ərzində onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Qardaşı Mirələsgərin sağlığında onunla aralarında əldə edilmiş razılığa əsasən mübahisəli avtomobilin müqabilində ona 25000 manat pul vermiş, qardaşı öldükdən sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə mübahisəli avtomaşını bacanağı Şahin Ağayev vasitəsilə alqı-satqı müqaviləsinə əsasən öz adına keçirmişdir. Həmçinin, mübahisəli avtomobil hazırda da onun sahibliyində və istifadəsindədir. Əlavə olaraq bildirir ki, mərhum qardaşı Mirələsgərin dəfn və yas mərasimlərini də özü təşkil etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında göstərdi ki, Cavabdeh onun bacanağıdır. Cavabdehin qardaşı Mirələsgər Əzizov öldükdən 4 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə bacanağı Cavabdeh mübahisəli "X19 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun adına etibarnamə vermiş və həmin etibarnamə əsasında bu avtomobili o, yenidən xx xxxxxx 2020-ci il tarixli alqı-satqısı müqaviləsi ilə Cavabdeh satmışdır. Qeyd edir ki, həmin vaxt cavabdehin qardaşı Mirələsgərin ölməsindən onun da məlumatı olmuş, habelə mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. O, alqı-satqı müqaviləsinə əsasən sözügedən avtomobili cavabdehə 27 000 manat müqabilində satmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X17 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, etməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan da, baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, keçmiş Dəvəçi rayonu Dağquşçu kənd XDS İcraiyyə Komitəsi tərəfindən xx xxx 1985-ci il tarixdə verilmiş İİİ-ЖГseriyalı, 408612 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 xx xxx 1985-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Əzizova" soyadı verilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 028704 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2020-ci il tarixdə Siyəzən rayonu, Dağquşçu kəndində bədxassəli yenitörəmədən ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020ci il tarixdə 11 nömrəli qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X16 xx xxxx 2020-ci il tarixli, 016-62173-1220 saylı məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından, eləcə də nəqliyyat vasitəsinin alqı-satqısı barədə xx xxxxxx 2020-ci il tarixli müqavilənin surətindən görünür ki, "X19 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı, WDF**********5800 ban nömrəli avtomaşın xx xxxx 2016-cı il tarixdə X2 adına qeydiyyata alınmış, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək X4, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Cavabdeh, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək X8 etibar edilmiş, xx xxxxxx 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında 27000 manat pulun müqabilində mərhum X7 adından X10 tərəfindən qeydiyyatdan çıxarılaraq, Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan xx xxxx 2020-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İlk növbədə iddiaçının verilmiş tələb üzrə subyektiv hüququnun müəyyən olunması üçün mübahisəli avtomobilin birgə mülkiyyət olub-olmaması araşdırılmalıdır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəllsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsində qeyd olunur ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu məcəllənin 36.3-cü maddəsinə görə isə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi, qeyd olunan mübahisəli avtomaşına olan payı iddiaçı və onun mərhum əri Mirələsgər Əzizov birgə nikah dövründə əvəzli olaraq əldə etmişlər. Bununla da, mübahisəli nəqliyyat vasitəsi iddiaçının və onun mərhum əri Mirələsgər Əzizovun birgə nikah dövründə qazandıqları əmlak olduğundan məhkəmə hesab edir ki, avtomaşın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-cü maddəsinə əsasən, ərlə arvadın ümumi mülkiyyəti olmuşdur. Buradan da görünür ki, İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək hüquqları mövcuddur və istisna edilməməklə, yanaşı bu halı təkzib edəcək hər hansı bir mötəbər sənəd və ya sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinin İ hissəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Bu Məcəllənin 362-ci maddəsinin İ hissəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd olunan Məcəllənin 365-ci maddəsinin İ hissəsinin Vİİ bəndinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. Yenə bu Məcəllənin 366-cı maddəsinin İİ, İİİ və İV hissələrinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. İşin faktiki halları, eləcə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, iddiaçının mərhum əri Mirələsgər Əzizov mülkiyyətində olmuş "X19 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomaşını xx xxxxxx 2019-cu il tarixdə qardaşı, Cavabdeh etibarnaməli idarəçiliyinə vermiş, lakin, sonuncu qardaşı Mirələsgər Əzizovun xx xxxxxx 2020-ci il tarixdə öldüyünü, bununla da, ona mübahisəli avtomaşına görə verilmiş etibarnaməyə xitam verildiyini bildiyi, o cümlədən etibar edilmişi mərhumun hüquqi varisinə, iddiaçıya qaytarmalı, onların mənafeyi naminə hərəkət etməli olduğu halda, hüquqlarından sui-istifadə etməklə, qardaşının adına olan əmlakı onun ölümündən 4 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə üçüncü şəxs X8 etibar etmiş, bundan sonra, X13 Əzizovun adından onun öldüyünü bilməsinə baxmayaraq, mübahisəli avtomobili elə həmin tarixdə alqı-satqı müqaviləsi əsasında 27000 manat pulun müqabilində Cavabdeh satmışdır. Beləliklə, cavabdeh əsl həqiqəti təhrif edərək, özü üçün əlverişli olan müqavilənin bağlanmasına nail olmaqla, bu yolla arzuladığı və öz iradəsinə müvafiq olan, lakin iddiaçı tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olmuş, nəticədə Mülki qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də, mülkiyyət toxunulmazlığı pozulmuş və iddiaçı pozulmuş hüquqların bərpasının təmin edilməsi, eləcə də mülki hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bundan başqa, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu mənada qeyd olunur ki, Cavabdeh qardaşı, iddiaçının mərhum əri Mirələsgər Əzizovun sağlığında sonuncu ilə aralarında əldə edilmiş razılığa əsasən mübahisəli avtomobilin müqabilində mərhum qardaşına 25000 manat pul verdiyini qeyd etsə də, cavabdeh istinad etdiyi bu halı sübuta yetirməmiş, o cümlədən bunu təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi (iltizam, qəbz və s.) məhkəməyə təqdim etməmişdir ki, bu da, onun istinad etdiyi bu halın yalnız mülahizədən ibarət olmaqla, cavabdehlilikdən yayınmaq niyyətinin olmasına dəlalət edir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "X19 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə Cavabdeh ilə mərhum X7 adından X10 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X18 bağlanmış xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə, həmin avtomobil Cavabdeh alınaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm tələbdə göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfdən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ İddiaçı özünə aid edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "X19 115 CDİ" markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə Cavabdeh ilə mərhum X7 adından X10 arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X18 bağlanmış xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilməklə, həmin avtomobil Cavabdeh alınaraq İddiaçı təhvil verilsin. Tələb üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar