Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-197/2024 03.06.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxs-Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə Ərizəçi "şəxsin ölmüş elan edilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "şəxsin ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə digər ərizə ilə məhkəməyə müraciət edərək, 08 noyabr 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş X3 29 oktyabr 1997-ci il tarixdən ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 08 noyabr 1973-cü il təvəllüdlü oğlu X7 1991-ci ildə həqiqi hərbi xidmətə yollanmış, 1996-cı ilin avqust ayında tərxis olunaraq, geri qayıtmışdır. Bundan sonra, oğlu Sənan Babayev 29 oktyabr 1997-ci il tarixdə səhər saatlarında Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisindən əlavə 5 nəfər balıqçı ilə birgə Xəzər dənizinə balıq tutmağa getsə də, sonradan sonunculardan heç bir məlumat alınmamışdır. Daha sonra, onlar dəfələrlə polis, prokurorluq orqanlarına müraciət etsələr də, oğlunun və digər 5 nəfər balıqçının taleyi barədə heç bir məlumat əldə edə bilməmişlər. Bundan əlavə, əri X2 17 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda, oğlu Sənan Babayev barəsində hər hansı bir məlumat olacağı təqdirdə ona rəsmi bildirilməsi üçün Siyəzən rayon Polis Şöbəsinə yazılı ərizə ilə müraciət etmiş və ərizə 05 dekabr 2023-cü il tarixdə şöbənin “törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 1264 nömrə ilə qeydə alınmışdır. Sənan Babayevin olduğu yeri əməliyyat-axtarış tədbirləri ilə müəyyən etmək və sonuncunun tapılması istiqamətində cinayət axtarış bölməsinin əməkdaşlarına tapşırıqlar verilsə də, bu yöndə heç bir müsbət nəticə əldə olunmamış, nəticədə hər hansı bir cinayət hadisəsinin olması müəyyən edilmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi müdafiə etdiyi ərizədə göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, mərhum oğlu X3 adına qeydə alınmış daşınmaz əmlakla əlaqədar sənədləşmə işlərinin aparılması zərurəti yarandığı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X4 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Şahid1 ifadəsində göstərdi ki, uşaqlıq illərindən Ərizəçi ilə qonşuluqda yaşayır. Uzun illər bundan əvvəl qonşusu, Ərizəçi oğlu Sənan Babayevin dənizdə batması xəbərini eşitmiş, habelə bu hadisədən sonra axtarışlar aparılmasına baxmayaraq, Sənan Babayev tapılmamışdır. Bundan əlavə, hadisə zamanı X3 yanında kimlərin olmasından məlumatsızdır. Eyni zamanda, sözügedən hadisədən sonra Sənan Babayevi hər hansı bir məkanda görməmiş və ümumiyyətlə sonuncu ilə qarşılaşmamışdır. Odur ki , o , Sənan Babayevin dənizdə batmasını bir daha təsdiq edir. Şahid2 ifadəsində göstərdi ki, o, 18 yaşınadək Ərizəçi ilə qonşuluqda olan Siyəzən şəhərinin Mikayıl Müşviq küçəsində yerləşən 6 saylı evdə yaşamış, lakin ata evi olduğu üçün həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, hazırda orada yaşamır. Ərizəçi böyük oğlu 1973-cü il təvəllüdlü Sənan Babayev 1997-ci ilin payız aylarında, təxminən oktyabr ayının sonlarında hava şəraitinin küləkli olduğu bir gündə Xəzər dənizinə balıq tutmağa getsə də, bir daha geri qayıtmamışdır. Eyni zamanda, hadisə zamanı qayıqda sonuncudan əlavə 3- 4 nəfər Siyəzən rayonunu Həmyə kəndinin başqa sakinləri də olmuş, lakin onlarla hər hansı biri ilə şəxsi tanışlığı olmamışdır. O zamanlar 18 yaşının olmasına baxmayaraq, hadisəni yaxşı xatırlayır. X11 dənizinə balıq tutmağa səhər saatlarında, alaqaranlıqda getdiyi üçün hadisə günü sonuncunu görməmişdir. Daha sonra, dənizdə axtarışlar aparılsa da, Sənan Babayev tapılmamış, habelə o, bu axtarışlara qoşulmamışdır. Eyni zamanda, hadisədən sonra Sənan Babayevi hər hansı bir məkanda görməmişdir. Odur ki, o, X3 dənizdə batmasını bir daha təsdiqləyir. İşdə olan keçmiş Dəvəçi rayon Siyəzən şəhər soveti tərəfindən 14 yanvar 1974-cü il tarixdə verilmiş İİ- ЖГ seriyalı, 388577 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X2, anası Ərizəçi olan X7 08 noyabr 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayon prokurorluğunun 21 mart 2024-cü il tarixli, 2-2/1- 037289/2024 nömrəli məktubundan görünür ki, X3 ölümü ilə bağlı Siyəzən rayon prokurorluğunda cinayət işi başlanılmamışdır. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin 15 dekabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarının surətindən görünür ki, X3 əməliyyat-axtarış tədbirləri ilə olduğu yeri müəyyən etmək və sonuncunun tapılması istiqamətində CAB-ın əməkdaşlarına tapşırıqlar verilsə də, bu yöndə heç bir müsbət nəticə əldə olunmamış, habelə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Siyəzən rayon Polis Şöbəsinin 18 aprel 2024-cü il tarixli, 3-13-106/2- 4961/2024 nömrəli məktubundan görünür ki, X5 05 dekabr 2023-cü il tarixdə Sİyəzən RPŞ-yə müraciəti əsasında 19 dekabr 2023-cü il tarixdə “yaxın qohumları ilə əlaqəsini itirmiş şəxs kimi” 850173 nömrəli iş açılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətindən daxil olmuş 04 aprel 2024-cü il tarixli, 3-38-2/33-1120/24 nömrəli məktubundan görünür ki, X3 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan 01 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 41-ci maddəsinin İ, İİİ və İV hissələrinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırıb, hesab edir ki, 08 noyabr 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş X7 barəsində 29 oktyabr 1997-ci il tarixdən sonra onun sağ olmasına dəlalət edən hər hansı bir məlumat olmadığından ərizə təmin olunmalı və Sənan Babayev ölmüş elan edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 08 noyabr 1973-cü il tarixdə Siyəzən şəhərində doğulmuş X7 29 oktyabr 1997-ci il tarixdən ölmüş elan edilsin. Qətnamə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd aparılması üçün əsasdır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-197/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-197/2024
03.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver