Məhkəmə qərarları › İş №2(059)-211/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-211/2025

31.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-211/2025 31.01.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqli şəxs (Maraqlı şəxs) “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Ərizəçi ilə Maraqlı şəxs arasında 30.11.24-cü il tarixdə barışıq sazişi imzalanmış, Maraqlı şəxs tərəfindən könüllü icra müddətində həmin saziş icra edilməmiş və ərizəçi barışıq sazişinin alimentə dair 2-ci bəndinin təsdiq edilməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin tələbi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış 30.11.24-cü il tarixli MŞQ-MT-027-2024-01864 saylı barışıq sazişinin 2-ci bəndinin (alimentə dair hissənin) təsdiq edilməsi və həmin sazişə əsasən 2024-cü il noyabr ayından başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin Maraqlı şəxs ərizəçinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin tələbi onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmiş və bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. Evləndikdən sonra bir müddət mehriban yaşasalar da, sonradan aralarında tez-tez narazılıqlar yaranmışdır. Ona görə də məcbur olub mediasiyaya müraciət etmişlər və aralarında xx.xx.2024-cü ildə Barışıq sazişi imzalanmışdır. Bu saziş ilə alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlsələr də, həmin saziş Maraqlı şəxs tərəfindən könüllü şəkildə icra edilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, iclasa gəlməmiş, lakin 31 yanvar 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, işdə olması səbəbindən iclasda iştirak edə bilməyəcəyini və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Bununla da, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Ərizəçi ərizəni müdafiə edərək izahatında ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəlləsi 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını və maraqlı şəxsin ərizəsini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar 1 saylı Mediasiya təşkilatında 30 noyabr 2024-cü il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinindən görünür ki, 1-ci bəndə əsasən tərəflər nikahın 3 ay vaxt verilmədən pozulması və birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları Ərizəçi himayəsinə verilməsi, 2-ci bəndə əsasən 2024-cü il noyabr ayından başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçiz Əziz qızının xeyrinə ödənilməsi barədə razılığa gəlmişlər. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət ərzində könüllü qaydada icra edilmədiyi üçün ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin təsdiq edilməsi tələb edilən 2-ci bəndinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də, sazişin təsdiq edilməsi tələb edilən 2-ci bəndi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin 2-ci bəndinin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin alimentə dair 2-ci bəndinin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən sazişin 2-ci bəndi təsdiq edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 30.11.24-cü il tarixli barışıq sazişinin 2-ci bəndi aşağıdakı şərtlərlə təsdiq edilməlidir: -Maraqlı şəxs Ərizəçi birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa 250 manat olmaqla, cəmi 500 manat aliment pulunu xx.xx.2024-cü il tarixdən hesablanaraq ödəməyi öhdəsinə götürür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 355-25-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 30.11.24-cü il tarixli barışıq sazişinin 2ci bəndi aşağıdakı şərtlərlə təsdiq edilsin: -Maraqlı şəxs Ərizəçi birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir uşağa 250 manat olmaqla, cəmi 500 manat aliment pulunu xx.xx.2024-cü il tarixdən hesablanaraq ödəməyi öhdəsinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar