Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-221/2020 17.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi "şəxsin ölmüş gününün müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "şəxsin ölmüş elan edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-221/2020 saylı qətnaməsi ilə Ərizəçi ərizəsi təmin edilməklə, xx xxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş X2 ölmüş elan edilmişdir. Daha sonra, Ərizəçi "şəxsin ölmüş gününün müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş X1 ölüm gününün xx xxxxxx 2015-ci il tarixdən sayılması barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi sonuncu ərizəsini müdafiə edərək, izahatında göstərdi ki, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək, mərhum atası, xx xxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş X2 ölmüş elan edilmişdir. Lakin, tərəfindən mərhum atası Salamat Qasımovun, eləcə də digər balıqçılar Mustafa Quliyevin və Şahid xx xxxxxx 2015-ci il tarixdə balıq tutmaq məqsədilə yüngül qayıqla Xəzər dənizinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən dənizə çıxmaları, bir müddətdən sonra qayıqda olan dəlikdən qayığa su dolması nəticəsində qayığın batmağa başlaması və beləliklə 3 balıqçıdan 2-si atası Salamat Qasımovun və Mustafa Quliyevin dənizə düşərək boğularaq ölmələri barədə məhkəməyə sübutlar təqdim edilməklə, izahatlar verilsə də, Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsində ölüm günü haqqında hüquqi nəticəyə gələrək, əsaslandırıcı hissədə, “Beləliklə məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırıb, belə hesab edir ki, xx xxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş X2 barəsində xx xxxxxx 2015-ci il tarixdən sonra onun sağ olmasına dəlalət edən hər hansı bir məlumat olmadığından ərizə təmin olunmalı, X2 ölmüş elan edilməlidir”, kimi qeyd edilməsinə baxmayaraq, qətnamənin qət etdi hissəsində X1 ölüm gününün xx xxxxxx 2015-ci il tarixdən sayılması qeyd edilməmişdir. Ona görə də, ərizənin təmin olunması barədə əlavə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbini bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında Ərizəçi ərizəsini müdafiə edərək, izahatında göstərmişdir ki, mərhum atası X2 və anası X3 xx xxxxx 1992-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmiş, özü isə bu nikahdan xx xxxxxx 1994-cü il tarixdə Siyəzən rayonu, Zarat kəndində doğulmuşdur. Mərhum atası X5 dənizində balıq tutmaqla məşğul olmuş, növbəti dəfə xx xxxxxx 2015-ci il tarixdə dənizdə balıq tutarkən bədbəxt hadisə nəticəsində dənizə düşmüş və sağ qalan yoldaşı Şahid gözü qarşısında suda boğularaq ölmüşdür. Belə ki, xx xxxxxx 2015-ci il tarixdə təxminən günorta saatlarında atası Salamat Qasımov, Mustafa Quliyev və Şahid balıq tutmaq məqsədilə yüngül qayıqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətində Xəzər dənizinə girmiş, bir müddətdən sonra yaranmış dəlikdən qayığa su dolmağa başlamış və nəticədə qayıq batmışdır. Bu zaman balıqçılardan atası Salamat Qasımov və Mustafa Quliyev dənizə düşmüş və boğularaq ölmüşlər. Bədbəxt hadisədə balıqçılardan biri Şahid qayığın batmayıb suyun üzərində qalan burun hissəsindən yapışaraq xilasedicilər köməyə gələnədək gözləmiş və sonuncu soyuq suya tab gətirə bildiyi üçün sağ qalmışdır. Atası X1 bədbəxt hadisə nəticəsində həlak olmasına baxmayaraq, hal-hazıradək onun ölməsi barədə rəsmi sənəd alınmamışdır. Buna görə də mövcud vərəsələr atasına məxsus miras əmlakı qəbul edə, habelə digər şəxsi və əmlak hüquqlarını həyata keçirə bilmirlər. Bundan əlavə, eyni tarixli məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, xx xxxxxx 2015-ci il tarixdə təxminən günorta saat 10-11:00 radələrində o, Salamat Qasımov, Mustafa Quliyev balıq tutmaq məqsədilə yüngül qayıqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi istiqamətindən Xəzər dənizinə girmiş, həmin gün axşam qaranlıq düşənədək dənizdə qalmışlar. Təxminən axşam saat 18:30-da geri qayıdarkən, qayıq, onda deşik olduğuna görə su ilə dolmağa başlamışdır. Bu zaman onlar qayığın suya batmayan burun hissəsindən yapışmışlar. Bundan sonra, Salamat Qasımov təxminən 20 dəqiqə, Mustafa Quliyev isə bir saat yarım dözmüşdür. Lakin, Salamat Qasımovun əynində kombinezon geyimi olduğuna görə paltarın içərisinə dolmuş su çıxa bilmədiyi üçün, onun bədəni ağırlaşmış və bədənin ağırlığı onu dənizin dibinə doğru çəkmişdir. Mustafa Quliyev də bir saat yarım dözdükdən sonra soyuğa tab gətirməyib, suya düşsə də, o, təxminən 3 saatadək dözmüş, bundan sonra, hadisə yerinə gələn xilasedici dəstə tərəfindən dənizdən salamat çıxarılmışdır. Qeyd edir ki, 2019-cu ildə Mustafa Quliyevin ölmüş elan edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsində keçirilən məhkəmə prosesində də şahid qismində ifadə vermişdir. Əvvəlki məhkəmə iclaslarında işin faktiki halları və təqdim olunmuş mötəbər sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi mərhum Salamat Qasımov və Sevinc Qasımovanın birgə nikahından doğulmuşdur. Həmçinin, Salamat Qasımovun boğulması barədə Siyəzən rayon prokurorluğuna məlumat daxil olmamış, eləcə də həmin fakt üzrə rayon prokurorluğunda cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamış, eləcə də, onun barəsində Siyəzən rayon Polis Şöbəsində itkin düşmüş kimi axtarış işi açılmamışdır. Bundan başqa, X2 xx xxxx 2013-cü il tarixdə Rusiya Federasiyasına getmiş, xx xxxxxxxx 2013-cü il tarixdə isə geri qayıtmış və onun sonuncu dəfə dövlət sərhədindən bu hərəkəti İAMAS bazasında qeydə alınmışdır. Eyni zamanda, X1 xx xxxxxx 2015-ci il tarixdə bədbəxt hadisə nəticəsində Xəzər dənizində boğularaq ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda hər hansı araşdırma aparılmasa da, işdə olan Müsavat qəzetinin xx xxxxxx 2015-ci il tarixli, 286 (6314) nömrəli buraxılışında, həmçinin, bir ədəd CD diskə əlavə edilmiş videogörüntüdə Salamat Qasımovun, Mustafa Quliyevin və Şahid xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən balıq tutmaq məqsədilə dənizə çıxması və onlardan Salamat Qasımovun, eləcə də Mustafa Quliyevin dənizdə batması, baş vermiş hadisə ilə bağlı Şahid, eləcə də boğulmuş balıqçıların ailə üzvlərinin dindirilməsi, eləcə də balıqçıların axtarışına başlanılmaqla, axtarışlara Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopterinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin cəlb edildiyi, habelə baş vermiş bədbəxt hadisənin “Space” telekanalının “Hər gün” informasiya proqramı tərəfindən nümayiş etdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu Məcəllənin 229-cu maddəsinin İ hissəsinin İ bəndinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 41-ci maddəsinin İ, İİİ və İV hissələrinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 15-ci bəndinin İ, İİ və İİİ bəndlərinə əsasən əlavə qətnamənin çıxarılmasına yalnız Azərbaycan Respublikası MPMnin 229-cu maddəsində müəyyən edilmiş hallarda yol verilir. Bu halların siyahısı qətidir və genişləndirilə bilməz. Qeyd etmək lazımdır ki, əlavə qətnamənin çıxarılması barədə məsələyə əsas qətnamə qanuni qüvvəyə minənə kimi baxıla bilər. Məhkəmə baxışında müəyyən edilməmiş hallar barədə əlavə qətnamənin çıxarılmasına yol verilmir. Əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydalarına əsasən həyata keçirilir. Göründüyü kimi əvvəlki məhkəmə iclaslarında Ərizəçi atası Salamat Qasımovun xx xxxxxx 2015-ci il tarixdə bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən sübutlar təqdim etmiş, o cümlədən özünün izahatı, hadisənin birbaşa şahidi olmuş Şahid ifadəsi dinlənilmiş, iş üzrə digər mötəbər sübut və sənədlər tədqiq edilmişdir. Lakin, ərizəçi məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi ərizəsinin predmetini dəyişdirməmiş, o cümlədən xx xxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə ərizəçinin verdiyi tələb üzrə qətnamə çıxararaq, tələbdən kənara çıxmamışdır. Bununla belə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsi qanunda göstərilən müstəsna hallarda hakimə iddia tələbindən kənara çıxa bilmə imkanı yaratmış, bu müstəsna hal isə Azərbaycan Respublikasının Mülki Məcəllənin 41.4-cü maddəsində qanundan irəli gələn tələb olaraq hakimə şəxsin həlakının güman edildiyi günün onun ölüm günü sayma səlahiyyəti vermişdir. Eyni zamanda, ərizəçi hazırda mərhum atası Salamat Qasımovun ölüm gününün müəyyən edilməsi üçün əlavə qətnamə çıxarılması məqsədilə məhkəməyə müraciət etmiş, habelə Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almamışdır. Beləliklə, xx xxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş X2 xx xxxxxx 2015-ci il tarixdə bədbəxt hadisədən həlak olsa da, qeyd edilən hal üzrə ərizəçi tərəfindən sübutların təqdim edilməsinə, habelə izahat, eləcə də ifadələr dinlənilməsinə baxmayaraq, diqqətəlayiq bu hal üzrə qətnamə çıxarılmamışdır ki, bu da nəticədə Salamat Qasımovun ölüm gününün xx xxxxxx 2015-ci il tarix kimi müəyyən edilməsi zərurətini yaratmışdır. Odur ki, məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ərizəsi təmin edilməli, xx xxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş X2 xx xxxxxx 2015-ci il tarixdən ölmüş elan edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 229, 315, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin edilsin. xx xxxxxx 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Zarat kəndində doğulmuş X2 xx xxxxxx 2015-ci il tarixdən ölmüş elan edilsin. Əlavə qətnamə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd aparılması üçün əsasdır. Əlavə qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-221/2020
Siyəzən Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(059)-221/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver