Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-360/2024 24.07.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Cavabdeh2, digər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, iddiaçı Nağıyeva (Kərimova) Şəfa Valid qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının dəyərinin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nağıyeva (Kərimova) Şəfa Valid qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya istehsalı, əyarı 583, çəkisi 20 qram, qiyməti 2000 manat olan bir ədəd boyunbağının, Rusiya istehsalı, əyarı 583, çəkisi 10 qram, qiyməti 1000 manat olan bir ədəd qolbağın, Rusiya istehsalı, əyarı 583, çəkisi 5 qram, qiyməti 500 manat olan bir ədəd nişan üzüyünün, Rusiya istehsalı, əyarı 583, çəkisi 5 qram, qiyməti 500 manat olan bir cüt sırğanın naturada, təqdim edilmədiyi halda isə onların cəmi 4000 manat təşkil edən dəyərinin və ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı Şəfa Nağıyeva iddia tələbinin dəqiqləşdirilməsinə dair digər ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində sadalanan qızılların dəyərini təşkil edən cəmi 4000 manat pulun qarşı tərəfdən alınaraq, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxış iclası əvvəl 01 iyul 2024-cü il tarixə, saat 16:00-a, sonuncu dəfə isə 24 iyul 2024-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. İddiaçı Nağıyeva (Kərimova) Şəfa Valid qızı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Eyni zamanda, məhkəmə iclasında iştirak edən Cavabdeh2, eləcə də, digər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçı tərəf məhkəmədə iştirak etmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Nağıyeva (Kərimova) Şəfa Valid qızı məhkəmədə iştirak etmədiyindən, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, həmçinin məhkəmə iclasında iştirak edən Cavabdeh2, eləcə də, digər Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi üzrə iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: iddiaçı Nağıyeva (Kərimova) Şəfa Valid qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının dəyərinin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 60 (altmış) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-360/2024
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-360/2024
24.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver