Məhkəmə qərarları › İş №2(059)-38/2023

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-38/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-38/2023 15.05.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mebellərin yığılması üçün verdiyi 10 000 manat, kirayədə qaldığı üçün ödədiyi 2500 manat, mənəvi zərərə görə 3500 manat, dəymiş maddi zərərə görə (mebellərin yenidən yığılması üçün) 6000 manat, həmçinin bu günədək gecikdirilmiş 10000 manatın illik 5%-i olmaqla, ümumilikdə 500 manat pulun və 157,50 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Cavabdeh “Elay Mobilya”da mebel satışı ilə məşğul olmuşdur. O, 2021-ci ilin iyul ayında “İnstaqram” hesabında cavabdehin işlərini görmüş və Bakı şəhərində yerləşən Qələbə dairəsinin yanındakı mağazada yataq otağı mebelinin yığılması üçün ilk öncə 5000 manat, 10 gün sonra mətbəx mebelinin yığılması üçün 4000 manat, boya və digər əlavə xərclər üçün 1000 manat olmaqla, cəmi 10 000 manat pulu cavabdehə vermişdir. Belə ki, tərəfindən 5000 manat pulun verilməsini Cavabdeh qaimə-fakturada möhürlə, əlavə 4000 manatın alınmasını əlyazma ilə təsdiqləmiş, əlavə xərclər üçün 1000 manat pulu isə evdə cavabdehin ustası işləri görərkən ondan almışdır. Cavabdeh 2021-ci ilin sentyabr ayında işləri tamamlamalı olsa da, sonuncu üzərinə götürdüyü işi tam görməmiş, habelə cüzi gördüyü işlər isə yararsız olmuşdur. Həmçinin, cavabdeh onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı o, polisə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi 05 sentyabr 2022-ci il tarixli məktubu ilə mübahisə mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Habelə, cavabdeh pulu aldıqdan sonra telefon zənglərinə cavab verməyərək, müxtəlif bəhanələrlə işi uzatmışdır. 27 aprel 2022-ci il tarixdə uzun sürən narazılıqdan sonra Cavabdeh ayrıayrı vaxtlarda 5000 və 4000 manat pulu mebelin yığılması üçün almasını yazılı qaydada etiraf etməklə, işi tam təhvil verəcəyini qeyd etsə də, bu günədək vədinə əməl etməyərək, artıq bir ildən çox olar onun evinə yataq otağı və mətbəx mebelini yığmamışdır. Nəticədə mebellərin qiyməti hazırkı dövrdə artdığına görə onların yenidən yığılması üçün ikiqat pul ödəməyə məcbur olmuş və buna görə də ona 6000 manat ziyan dəymişdir. Eyni zamanda, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin fevral ayınadək evinə mebellər quraşdırılmadığı üçün hazırda yaşadığı binanın 2-ci girişinin 12-ci mərtəbəsinin 6 nömrəli mənzilində aylıq 500 manat ödəməklə, kirayədə yaşamaq məcburiyyətində qaldığına görə ona cəmi 2500 manat maddi ziyan dəymişdir. Bundan əlavə, cavabdehin hərəkətsizliyi nəticəsində əlavə olaraq ona 10000 manat pulun illik 5%-i olmaqla, 500 manat ziyan da vurulmuşdur. Habelə, kirayə mənzildə yaşayarkən evində narazılıqlar baş vermiş, əsəb və stress keçirmiş, nəticədə ona mənəvi zərər də dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh aralarındakı razılaşmaya əsasən 30 sentyabr 2021-ci il tarixədək yekunlaşdırmalı olduğu işləri vaxtında təhvil verməmiş, ona məxsus Bakı şəhəri, Xətai rayonu, 2929-2930-cu məhəllə, Sadıqcan küçəsindəki 1K nömrəli evin 13-cü mənzilinin dəhliz, mətbəx və yataq otağının arxa hissəsində gördüyü cüzi işlər isə istifadəyə tam yararsız olmuşdur. Belə ki, cavabdehin 1/3 hissəsini quraşdırdığı mətbəx mebelinin, eləcə də, dəhlizin girişində yığdığı şkafın istifadəyə tam yararsız olmasını, sökülüb yenidən yığılmasının vacibliyini sonradan evinə dəvət etdiyi ustalar ona bildirmişlər. Sonradan narazılıq olmaması üçün mebelləri sökdürməmiş, onlar hazırda da cavabdehin quraşdırdığı vəziyyətdə qalmaqdadır. Bütün bunlarla bağlı cavabdehə rəsmi qaydada xəbərdarlıq göndərməsə də, dəfələrlə telefon vasitəsilə sonuncuya zəng etmiş, habelə 2021-ci ilin dekabr ayında cavabdehin işlədiyi ünvana gedərkən, oranın bağlı olmasını görmüşdür. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 07 mart 2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 2929-2930cu məhəllə, Sadıqcan küçəsindəki 1K nömrəli evin ümumi sahəsi 162,5 kv.m-dən ibarət 13-cü mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********54-05301- 093074 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan müştəri anketinin surətindən, 16 iyul 2021-ci il tarixli, ******* nömrəli qaimə fakturadan, eləcə də 27 aprel 2022-ci il tarixli yazılı sənəddən görünür ki, İddiaçı ona məxsus evdə mebellərin yığılması (quraşdırılması) məqsədilə Cavabdeh ümumilikdə 9000 manat məbləğində pul vermişdir. İşdə olan Azərbaycan Respublikası DİN Xətai RPİ-nin 36-cı Polis Bölməsinin 05 sentyabr 2022-ci il tarixli, 104-9689İ-3222 nömrəli məktubundan görünür ki, İddiaçı həmin quruma ünvanlandığı ərizədə göstərilən məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 30 sentyabr 2022-ci il tarixli aktdan və 01 oktyabr 2022-ci il tarixli, 25 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 2929- 2930-cu məhəllə, Sadıqcan küçəsindəki 1K nömrəli evin 61-ci mənzilində hər ay 500 manat ödəməklə, 01 may 2021-ci il tarixdən 01 fevral 2022-ci il tarixə kimi kirayə yaşamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2023-cü il tarixli, 9/375 nömrəli ekspert rəyindən görünür ki, ekspert baxışına təqdim olunmuş mebellərin istifadədə olması nəzərə alınmaqla, təmir-bərpasına çəkiləcək xərcin orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1550 manat müəyyən olunmuşdur. Həmçinin, bu rəyə əlavə edilmiş tədqiqat obyektinə baxışın nəticələrinə dair aktın surətindən görünür ki, mətbəx mebelində hədsiz nöqsanlar olduğundan yenisi ilə əvəz edilməsi məsləhət görülmüş, dəhlizdəki dolabın qapılarının isə normal işləmədiyi, korpusunda problemlərin çox olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarında olan 04 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 157,50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405-ci maddəsinin İ və İİ hissəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Bu Məcəllənin 324-cü maddəsinin İ və İİ hissələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329-cu maddəsinin İİ və İİİ hissələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qeyd olunan Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sözügedən Məcəllənin 762-ci maddəsinin İ və İİ hissəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Yenə bu Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 2021-ci ilin iyul ayında iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, 2929-2930-cu məhəllə, Sadıqcan küçəsindəki 1K nömrəli evin 13-cü mənzilində mebellərin yığılması (quraşdırılması) məqsədilə podrat müqaviləsi bağlanmış, o cümlədən podratçı, Cavabdeh müqavilə ilə nəzərdə tutulan işi icra etməyi sifarişçi, İddiaçı isə razılaşdırılmış məbləği, yəni ümumilikdə 9000 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, İddiaçı sifarişçi kimi podratçı, Cavabdeh qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsə də, sonuncu podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş, habelə onun tərəfindən görülmüş işlər, o cümlədən sifarişin nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun deyil, qüsurlarla natamam icra edilmişdir. Məhz bu səbəbdən də iddiaçı cavabdehi xəbərdar etməklə ondan əlavə icra tələb etmiş, lakin, bu zaman da yaranmış qüsur cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Sifariş qüsurlu natamam icra edildiyindən iddiaçının cavabdehdən müqavilə ilə bağlı xərclərin (zərərin) əvəzini tələb etmək hüququ yaranmışdır. Göründüyü kimi, cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir ki, nəticədə o, öhdəliyin lazımi səviyyədə icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında öz riski ilə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 452-ci maddəsinin İİ hissəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bu Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin mahiyyəti üzrə həlli baxımından mübahisənin obyektiv, tam və hərtərəfli araşdırılması məqsədilə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yarandığından Siyəzən Rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(059)-641/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspert qarşısında Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 2929-2930-cu məhəllə, Sadıqcan küçəsindəki 1K nömrəli evin 13-cü mənzilinin yataq otağında, mətbəxində və dəhlizində quraşdırılmış mebellərin yerində müəyyən edilməklə, bu mebellərin istifadəyə yararlı olub-olmamasının aydınlaşdırılması, əgər istifadəyə yararlıdırsa, sözügedən mebellərin orta bazar qiymətinin, o cümlədən mebellər quraşdırılarkən görülmüş işlərin (zəhmət haqqı, materiallar) dəyəri nəzərə alınmaqla, müəyyən edilməsi sualı qoyulmuşdur. Lakin, ekspert rəyi qoyulmuş sual əsasında, ona uyğun tərtib edilməmiş, qeyrimüfəssəlliyə yol verilmişdir. Belə ki, ekspert qarşısında qoyulmuş sual “cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin yataq otağında, mətbəxində və dəhlizində quraşdırılmış mebellərin yerində müəyyən edilməklə, bu mebellərin istifadəyə yararlı olubolmamasının aydınlaşdırılması, əgər istifadəyə yararlıdırsa, sözügedən mebellərin orta bazar qiymətinin, o cümlədən mebellər quraşdırılarkən görülmüş işlərin (zəhmət haqqı, materiallar) dəyəri nəzərə alınmaqla, müəyyən edilməsi” olmaqla, ondan sözügedən sualın cavablandırılması tələb olunsa da, sonuncu qeyd olunan suala tam cavab verməyərək, buna zərurət olmadığı halda, mebellərin təmir-bərpasına çəkiləcək xərcin orta bazar qiyməti ilə ümumi dəyərini hesablamış, bununla da, verilmiş rəyin mötəbərliyini qismən şübhə altına almışdır. Belə ki, bu rəyə əlavə edilmiş tədqiqat obyektinə baxışın nəticələrinə dair akta əsasən mətbəx mebelində hədsiz nöqsanlar olduğundan yenisi ilə əvəz edilməsi məsləhət görülmüş, dəhlizdəki dolabın qapılarının isə normal işləmədiyi, korpusunda problemlərin çox olduğu göstərilmişdir. Bu səbəbdən də həmin rəy qismən, yəni görülmüş işlərin qüsurlu olması hissəsində əsaslı hesab edilməli, nəticədə cavabdeh tərəfindən iddiaçının mənzilində görülmüş işlər şərtləşdirilmiş keyfiyyətə uyğun gəlmədiyinə, beləliklə istifadə üçün yararlı olmamaqla, qüsurlu olduğuna görə ekspertin müəyyən etdiyi 1550 manat məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmiş 9000 manat puldan çıxılmamalıdır. Həmçinin, məhkəmə, iddiaçının mebellərin yığılması (quraşdırılması) məqsədilə boya və digər əlavə xərclər üçün 1000 manat da vəsait sərf etməsi ilə bağlı istinad etdiyi hala münasibət bildirərək qeyd edir ki, iddiaçı istinad etdiyi bu halı sübut edəcək mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etmədiyindən tələb bu hissədə əsaslı sayılmamaqla, təmin edilə bilməz. Bundan əlavə, iddiaçı, kirayədə qaldığı üçün ödədiyini iddia etdiyi 2500 manat vəsaitin də cavabdehdən tutulmasını tələb etməsinə baxmayaraq, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı istinad etdiyi bu halı 30 sentyabr 2022-ci il tarixli aktla və 01 oktyabr 2022-ci il tarixli arayışla əsaslandırmağa çalışsa da, qeyd edilən sənədlər bu tələbin əsaslılığını sübut etmək üçün kifayət deyildir. Çünki, iddiaçının kirayəçi kimi üçüncü şəxsin qarşısında əmlak kirayə münasibətlərindən irəli gələn öhdəlik daşıması, habelə tərəflər arasında hüquq münasibətlərinin, o cümlədən hüquq və vəzifələrin yaranması məqsədilə onların iradə ifadəsini əks etdirən yazılı müqavilənin olması zəruridir. Hazırda isə iddiaçının kirayəçi kimi üçüncü şəxsin qarşısında hər hansı bir formada əmlak kirayə öhdəliyinin yaranmasını təsdiq edən müqavilə məhkəməyə təqdim edilməmiş, habelə iddiaçının kənarda yaşamasının məhz cavabdehin hərəkətləri ilə əlaqədar əmələ gəlməsi öz təsdiqini tapmamış və bu əməllər arasında səbəbli-əlaqə müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçı cavabdehdən 3500 manat mənəvi ziyanın tutularaq, ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya"nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Sübutların tədqiqi zamanı İddiaçı Cavabdeh hərəkətləri nəticəsində onun hər hansı mənəvi sarsıntı, iztirablar keçirməsi halları barədə sübut təqdim etməmiş, habelə iddia tələbində mənəvi zərərlə əlaqədar göstərilən hallar məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Bundan başqa, İddiaçı dəymiş maddi zərərə, yəni mebellərin təzədən yığılmasına görə Cavabdeh 6000 manat tələb etməsinə baxmayaraq, tələbin bu hissəsi gələcək münasibətləri əhatə etməklə, yanaşı mötəbər sübut və sənədlərlə təsdiq edilmədiyindən təmin edilməsi istisna edilir. Həmçinin, İddiaçı Cavabdeh gecikdirilmiş 10000 manatın illik 5%-i olmaqla, ümumilikdə 500 manat pul da tələb edərək, hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad etsə də, qeyd edilən maddənin mahiyyətindən də göründüyü kimi gecikdirilmiş vaxt üçün borcludan illik beş faiz məbləğində pulun tələb edilməsi yalnız müqavilə üzrə, habelə vaxtaşırı və hissə-hissə ödənilməli olan pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində mümkündür və həmin məbləğin zərərin əvəzi kimi tutulması sözügedən öhdəlik münasibətlərinin dairəsi ilə məhdudlaşır. Bu səbəbdən də, iddia tələbinin qeyd olunan hissədə təmin edilməsi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Qeyd olunan Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla da, məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə mebellərin yığılması üçün verilmiş 9000 manat və ödənilmiş 157,50 manat dövlət rüsumunun 40 %-i, yəni 63 manatı tutulmalıdır. Həmçinin, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 100 manatın 60%-i, yəni 60 manatı İddiaçı, 40 %-i, yəni 40 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə mebellərin yığılması üçün verilmiş 9000 (doqquz min) manat və ödənilmiş 157,50 (bir yüz əlli yeddi manat 50 qəpik) manat dövlət rüsumunun 40 %-i, yəni 63 (altmış üç) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın 60%-i, yəni 60 (altmış) manatı İddiaçı, 40 %-i, yəni 40 (qırx) manatı Cavabdeh tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar