Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-410/2022 18.08.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən X26 oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Bəşirova Gülnarə Əlikram qızının iştirakı ilə Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərinin ölümünün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər ərizənin dəqiqləşdirilməsi barədə başqa ərizə ilə məhkəməyə müraciət edərək, 12 iyul 1967-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Tağay kəndində doğulmuş X5 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Körgöz qəsəbəsində xəstəlikdən ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizə ərizəçi tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, X14 ilə 12 oktyabr 2004-cü ildə, Siyəzən rayon İHB-nin, Yenikənd İƏV üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmaqla evlənmiş, nikahdan Nuran adlı övladı doğulmuşdur. Lakin, ərinin ailəyə laqeyd münasibəti səbəbindən 2016-cı ildə nikahları pozulmuşdur. X27 rayonu ərazisində yerləşən daş karxanasında fəhlə kimi işləmiş və 23 fevral 2022-ci il tarixdə orada ölmüşdür. Həmin tarixdə, oğlu Nurana zəng edilərək, atasının öldüyü bildirildikdən sonra, o, dərhal bu barədə qaynı Həsrətə məlumat vermişdir. Hazırda, oğlu üçün ona Nazim Abzərovun ölüm haqqında şəhadətnaməsi lazım olduğundan qaynı Həsrətlə əlaqə saxlamış, sonuncu şəhadətnaməni almadığını, yəni ölüm faktının qeydə alınmadığını bildirərək, Nazim Abzərova məxsus şəxsiyyət vəsiqəni ona verib, şəhadətnaməni özünün düzəltdirməsini söyləmişdir. Nazim Abzərovun ölümünü qeydə aldırmaq üçün Maraqlı şəxsnə müraciəti zamanı ondan mərhumun adına qeydə alınmış ölüm haqqında tibbi arayış tələb edilsə də, sonuncunun ölümünü təsdiq edən heç bir sənəd olmadığından ona imtina məktubu təqdim edilməklə, məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında əlavə olaraq göstərdi ki, keçmiş əri Nazimin qardaşı Ələkbər mərhumun meyitinin yarılmasına icazə verməmişdir. Keçmiş əri Nazim Siyəzən rayonu, Tağay kəndində dəfn olunmuş, sonuncunun qohumları ilə münasibətləri yaxşı olmadığı üçün dəfn mərasimində özü iştirak etməsə də, oğlu Nurlan orada olmuşdur. Hüquqi faktın təsdiq edilməsi mərhum ərinin vərəsəsi olan yetkinlik yaşına çatmayan oğlu Nurlan Abzəronun əmlak hüquqlarını həyata keçirmək üçün zəruridir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Bəşirova Gülnarə Əlikram qızı ərizənin təmin edilməsinə etməyərək izahatında göstərdi ki, Ərizəçi mərhum Nazim Abzərovun ölüm haqqında şəhadətnaməsini almaqdan ötrü rayon qeydiyyat şöbəsinə müraciət etsə də, mərhumun tibbi şəhadətnaməsi olmadığı üçün ölüm haqqında şəhadətnamənin sonuncuya verilməsi mümkün olmamış və Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid Abizərov Həsrət Ağasalam oğlu ifadəsində özündən yaşca kiçik olan qardaşı Nazim Abzərovun 23 fevral 2022-ci il tarixdə Qaradağ rayonunda vəfat etdikdən sonra Siyəzən rayonunun Tağay kənd qəbiristanlığında dəfn edildiyini, lakin hələ ki qəbir daşının qoyulmadığını bildirdi. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, qardaşı Nazimin 23 fevral 2022ci il tarixdə Qaradağ rayonunda ölməsi barədə ona telefon vasitəsilə məlumat verilmiş, prokurorluqda mərhum qardaşı cavan öldüyü üçün sonuncunun meyitinin yarılmasını istəməmişdir. Qardaşı Nazim keçirdiyi ağır həyat şəraiti səbəbindən ürək xəstəliyindən əziyyət çəkdiyi üçün sonuncunun məhz qəflətən ölməsini ehtimal edir. Həmin ərəfədə atası Ağasalam da vəfat etdiyi üçün qardaşı Nazimin ölüm sənədini vaxtın məhdudluğu səbəbindən düzəltdirə bilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 06 iyul 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, atası X10, anası X11 olan X14 12 iyul 1967-ci il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan Siyəzən rayonu İHB-nin Yenikənd İƏV üzrə nümayəndəliyi tərəfindən 02 iyun 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 771572 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X14, anası X7 olan X16 09 fevral 2006-cı il tarixdə Siyəzən şəhərində doğulmuşdur. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 24 avqust 2016-cı il tarixli, 2(059)-298/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə, X7 ilə X14 arasında Siyəzən rayon İHB-ni Yenikənd İƏV üzrə nümayəndəliyində bağlanmış 12 oktyabr 2004-cü il tarixli, 23 nömrəli nikah pozulmuş, nikah pozulduqdan sonra 09 fevral 2006-cı il təvəllüdlü X2 Mahirə Nəsbulla qızının yanında saxlanılmış, həmçinin, X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 X3 xeyrinə hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 14 oktyabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 247634 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikah 14 oktyabr 2016-cı il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında həmin gün 47 nömrəli qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra ər öz soyadında qalmış, arvada isə "Xalıqova" soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən 19 may 2022-ci il tarixdə verilmiş 43 nömrəli məktubun surətindən görünür ki, 23 fevral 2022-ci il tarixdə Qaradağ rayonu, Körgöz qəsəbəsində yerləşən daş karxanasında qəflətən vəfat etmiş 1967-ci il təvəllüdlü Nazim Abzərovun meyiti fərdi avtomobillə Qaradağ rayon polis əməkdaşlarının iştirakı ilə birlikdə ekspertiza şöbəsinin həyətinə gətirilmiş, meyit avtomobildən düşürülmədən yaxın qohumları (qardaşı X6 və əmisi oğlu X8) meyitin meyitxanaya daxil olmasına kəskin etiraz etmiş, habelə mərhumun meyitinin xarici və daxili müayinəsindən imtina etmələrinə dair Qaradağ rayon prokuroru Zəfər Əhmədovun adına yazılı ərizə ilə müraciət edərək, şöbənin qeydiyyat jurnalına, həmçinin meyit meyitxanaya daxil olmadan qohumları tərəfindən aparılmışdır. X1 meyitinin xarici və daxili müayinəsi aparılmadığından onun adına “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin Qaradağ rayon şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 23 may 2022-ci il tarixdə verilmiş 142 nömrəli məktubdan görünür ki, Nazim Abzərovun ölüm haqqında tibbi şəhadətnaməsi olmadığına görə ölüm faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilir. İş materiallarına əlavə edilmiş Siyəzən rayon, Tağay kənd sakinləri X13, X6, X9 və X21 tərəfindən 23 may 2022-ci il tarixdə tərtib edilmiş aktdan, eləcə də, Azərbaycan Respublikası Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 iyul 2022-ci il tarixdə verilmiş 315 nömrəli arayışdan görünür ki, X14 23 fevral 2022-ci il tarixdə Qaradağ rayonunda ölmüş, habelə mərhumun meyiti həmin gün Siyəzən rayon, Tağay kəndinə gətirilməklə Tağay kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan 25 may 2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Bu Məcəllənin 159-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Məhkəmə işin faktiki hallarından, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatından, şahidlərin ifadələrindən və təqdim edilmiş sübutlardan belə qənaətə gəlir ki, 12 iyul 1967-ci il təvəllüdlü X5 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Körgöz qəsəbəsində qəflətən vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Odur ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 12 iyul 1967-ci il təvəllüdlü X5 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Körgöz qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ərizəsi təmin olunsun. 12 iyul 1967-ci il təvəllüdlü X5 23 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Körgöz qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(059)-410/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-410/2022
18.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver